Spektral əks olunma və buraxma əmsalları
Cismin strukturu və xassələrindən asılı olaraq o, işıq selini üzərindən buraxa və buraxmaya bilər. İşıq selini keçirməyən cisimlərdə, şüalar onun səthindən əks olunur və ya udulur. Öz üzərindən işıq selini keçirən cisimlərdə isə şüalar əks olunma və udulmaqla yanaşı keçmək qabiliyyətinə malikdirlər. Ümumiyyətlə, cismin üzərində keçən, əks olunan və udulan işıq selinin miqdarı aidiyyatı əmsallarla ölçülür. Belə ki, əks olunma əmsalı – ρ əks olunan işıq selinin – Fə səthə düşən işlq selinin - F nisbətinə bərabərdir:
𝜌 = 𝐹ə /𝐹 (1.24)
İşıq selinin udulma əmsalı – α cisim tərəfindən udulan işıq selinin – Fu səthə düşən işlq selinin - F nisbətinə bərabərdir:
𝛼 = 𝐹𝑢 /𝐹 (1.25)
İşıq selinin buraxılma əmsalı isə – τ cisimdən keçən işıq selinin – Fb səthə düşən işlq selinin - F nisbətinə bərabərdir:
𝜏 = 𝐹𝑏 /𝐹
Dostları ilə paylaş: |