Közərmə lampaları və onların xüsusiyyətləri
S ual uzundu kim haranı oxusa özünə uyğun qısaltsın.
Közərmə lampaları işıq texnikasında çox geniş istifadə olunmaqdadır. Onlar gərginliyin qiyməti, gücü və konstruksiyasına görə fərqlənirlər. Şəkil 2.1-də onun konstruksiyası verilmişdir.
Közərmə lampanın korpusunun diametri gücündən asılı olaraq müəyyən edilir və şüşədən hazırlanır. Eyni zamanda, onun daxilində yüksək temperaturun mövcudluğu korpusun ölçülərinin düzgün təyin olmasını tələb edir. Korpusun aşağı hissəsi sokola birləşdirilir və şəbəkəyə qoşulur. Kolbanın daxilində şüşəli ayaq – ştabik yerləşdirilir. Onun aşağı hissəsi kürəyə birləşdirilir, yuharı hissəsi isə qarmacıqlara lehimlənir. Qarmacıqların üzərində lampanın közərmə teli yerləşdirilir və ona elektrodlar vasitəsilə gərginlik verilir. Sokol isə patrona bağlanır. Lampanın teli volframdan və spiral şəklində hazırlanır. Onun effektivliyinin artırılması üçün spirallar bir biri ilə təmasda olmur və hətta onların iki laylı konstruksiyası da tətbiq olunur. Lampanın daxilində müxtəlif qaz qarışıqları istifadə olunur. Belə ki, əksər hallarda neytral (Ar, Cr) və azot qazların sintezindən istifadə olunmaqdadır. Bunlar hamisi lampanın daxilində nisbi istilik itkilərinin və volfram telinin tozlanma səviyəsinin aşağı salınması üçün görülür. Şəkil 2.2.-də volfram telinin tozlanma səviyyəsinin qaz qarışığının təzyiqindən olan asılılığı təqdim olunub. Şəkildən də görünür ki, lampanın daxilində istifadə olunan qaz qarışığının təzyiqi artdıqca közərmə telinin tozlanma səviyyəsi aşağı düşür və bununla da lampanın effektivliyi yüksəlir.
Şəkil 4.2. Volframın tozlanmasının qazın təzyiqindən asılılığı
Əksər hallarda qazın təzyiqi 0.1 MPa təşkil edir. Təzyiqin bu qiymətdən çox olması istehsal prosesində müəyyən çətinliklər yarada bilər.
Ey ni zamanda qaz qarışığının istifadəsi müəyyən istilik itkilərinə və konveksiyanın pisləşməsinə səbəb olur. Bu fəsadları azaltmaq məqsədilə ağır qazlardan istifadə olunur. Məsələn, Ar (14%) və N (16%), Cr və N və s. Azotun miqdarının artması konveksiya itkilərinin yaranmasına səbəb olur. Cr-nun havada az miqdarda olması onun geniş şəkildə tətbiq olunmasına maneə törədir. Ona görə, Cr qazını yalnız kiçik gücıu lampalarda istifadə edirlər. 150 Vt-lıq közərmə lampalarında vakuum istifadə olunur və çərti olaraq B işarəsi ilə təqdim olunur. Bəzi hallarda Cr qazından istifadə olunur (K işarəsi qeyd olunur). Qazla dolan közərmə lampaları Q işarəsi ilə fərqlənirlər.
Eyni zamanda şəffaf kolbalı lampalarla yanaşı tutqun, süd, güzgü korpuslu lampalar da müxtəlif məqsədlər üçün istifadə olunur.
Dostları ilə paylaş: |