Parlaqlığin təsnifatı
işıqlanan səthin işıqlanma səviyyəsini təyin etmək üçün onun parlaqlığı anlayışından istifadə olunur və o, bu düsturla təyin olunur:
𝐿=İ𝑆∗𝑐𝑜𝑠𝛼 (1.23)
burada, İ – işığın şiddəti, S – işıqlanan səthin sahəsi. Α – işığın səthə düşən bucağı.
Beləliklə, işıqlanan səthin parlaqlığı işığın xassələri, səthə düşmə bucağı və işıqlanma dərəcəsindən asılıdır.
İşıq selinin rəngi. Rəngin keyfiyyət və kəmiyyət göstəriciləri
İşıq seli müxtəlif dalğa uzunluqlu işıq sellərindən ibarətdir. Hər bir rəngli işıq selinin öz dalğa uzunluğu var. Belə ki, ağ rəng təsirini bağışlayan işıq selini prizmadan keçirsək, onun bir neçə monoxromatik, yəni eyni dalğa uzunluqlu, işıq sellərinə bölünməsini müşahidə edərik. Hər bir dalğa uzunluqlu işıq selinin rəngi ağ rəngin qatılması (qatılma nisbətindən asılı olaraq) ilə digər rənglərə çevrilməsi mümkündür. Bu hadisəni ilk dəfə Nyuton müşahidə etmişdir. Aşağıdakı cədvəldə ağ rənqli işıq selinin əsas yeddi şərti rəng zonasına bölünməsi və onlara aid dalğa uzunluqlarının qiymətləri verilmişdir.
monoxromatik şüalanmanın və ona məxsus rəngin keyfiyyətinin tam şəkildə təyin etmək üçün rəngin tonundan başğa onun təmizliyi anlayışından istifadə olunur. Eyni zamanda, rəngin dolğun xarakteristikasının müəyyən etmək üçün, onun kəmiyyət göstəricisi nəzərə alınmalıdır. Bu anlayış mövcud rəngə məxsus olan işıq şüalanmanın parlaqlığından asılır. Belə ki, şüalanmanın parlaqlığından asılı olaraq eyni bir monoxromatik işıq seli müxtəlif rəng təsirləri bəxş edı bilər. Beləliklə, müxtəlif rənglərin tam təsviri onların keyfiyyət (rəngin tonu, rəngin təmizliyi) və kəmiyyət (şüalanmanın parlaqlığı) göstəricilərindən asılıdır.
Dostları ilə paylaş: |