194) Aşağıdakı hansı xəstəliyin radikal şüa müalicəsi zamanı CMD - 70 Qr –dir?
A) Bazalioma
B) Peyroni xəstəliyi
C) Hockin limfoması
D) Qreyvs xəstəliyi
E) Qida borusu xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 322.
195) Qida borusunun aşağı - döş hissəsinin xərçənginin 3DCRT - si zamanı şüa müalicəsi neçə sahədən aparılır?
A) Fərdi seçilir
B) 3 sahədən
C) 2 sahədən
D) 1 sahədən
E) 4 sahədən
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 322.
196) 77 yaşlı xəstədə alt dodağın qırmızı haşiyə xərçənginin I mərhələsidir. Hansı müalicə metodunun aparılması məqsədəuyğun sayılır?
A) Cərrahi əməliyyat
B) Hamısı
C) 4 – 6 MEV elektronla şüa+ cərrahi əməliyyat
D) Yaxın fokuslu rentgenoterapiya
E) Heç biri
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 136.
Dostları ilə paylaş: |