Sual 2 İ.Həsənoğlu türkcə qəzəllərinin məzmun və dialekt özəlliyi.
📍 *”Apardı könlümü bir xoş qəmərüz cənfəza dilbər....” qəzəli*
Həsənoğlunun məhəbbət anlayışından real insani sevgi ilə mücərrəd fəlsəfi sevginin birləşdiyini bir-birini rədd etmədiyini daha aydın göstərir.Qəzəlin ilk beytindəreal bir sevginin ürək çırpıntıları verilir.Qəzəl dialoqun,sual cavab şəklindədir.Birinci qəzəldə Azərbaycan, fars və ərəb sözləri çox qəribə bir tərzdə birləşib “qohum” olmuşlar.
Büti-şəngül-
Badeyi əhmər-
Badeyi məsti-
Məstiyi sağər-
📍 *”Necəsiniz,gəl,ey yüzi ağum bənüm”* qəzəli
Barbara Fleminq tərəfindən aşkar edilmiş yeni qəzəldə isə təxminən eyni keyfiyyətlər nisbətən sadə və səmimi şəkildə ifadə olunur.Bu qəzəl ümumi əhval-ruhiyyəsi ilə “Apardı Könlümü” qəzəli ilə çox yaxındır.Hər iki qəzəldə son beytlərdə özünü bəndə adlandırır.Burada aşiqanə hiss ardıcıl şəkildə şərh olunur.Qəzəl Anadolu ləhcəsindədir.Səlcuq ləhcəsi ilə yazılıb.
📍 *”Əcəb,bilsəm bəni şeyda qılan kim”* qəzəli
Burada türkmən,özbək ləhcəsinə xas olan əlamətlər-“Banqa”,”Anunq” vardır
Dostları ilə paylaş: |