Sual 4‼️Mahmud Şəbüstəri və onun “Gülşəni-Raz” əsəri
Mahmud Şəbüstəri sufizmi təmsil edən Azərbaycan alimi,şairi və filosofudur.Sədəddin Əbdülkərim oğlu Mahmud Şəbüstəridir.Təbriz yaxınlığında Şəbüstər kəndində anadan olmuşdur.Onun atası ilahiyyatçı alim idi.Ensiklopedik biliyə malik alim idi və fəlsəfə,astronomiya,tibb,filologiya ilə tanış idi.O İraq,Suriya,Misir və Kirmanşahda səyahətdə olmuşdur.O Kirmanda evlənmiş,uşaqları və nəvələri olmuşdur.Şəbüstəri bütpərəstlik,zərdüştlük,xristianlıq və müsəlmanlıq haqqında dərin biliklərə malik idi.O 1320-ci ildə vəfat etmiş,Gülşən Qəbirstanlığında müəllimi Bəhaəddin Yəqub Təbrizinin yanında dəfn olunmuşdur.Daha çox panteist kimi tanınmışdır.
_Gülşəni Raz_ əsəri
1317-ci ildə qələmə alınmışdır.
📍İdea-Varlığın vəhdətinin panteistcə izahıdır.Bütün aləm “Haqq təalanın kitabı”deyərək mərtəbələri ayələrə və durğuya bənzədir.O,dörd ünsürdə ayələrin aşkar olduğunu,onlardan törənmişlərdə ayələrin saymağın çətinliyini söyləyir.O insan nəfsini universal nəfs ilə bir tutur,insanın cahan,cahanın da insan olmasını göstərir.
Dostları ilə paylaş: |