Sual 6‼️ Şah Qasım Ənvar və onun yaradıcılığına xas olan sufi görüşlər
Şah Qasım Ənvar 1356-cı ildə Sərabda anadan olmuş,sonradan Təbrizdə köçmüşdür. Təbriz nisbəsidə burdan irəli gəlir.O,gəncliyində Şeyx Sədrəddin Ərdəbilinin müridi olmuşdur.Səfəviyyə təriqətini yaymaq üçün Hirkana,sonra Xorasana gedir.Oradan Herata göndərilmişdir.Heratdan da Şahruxun oğlu Baysunqurun xahişi ilə Səmərqəndə getmişdir.1434-cü ildə vəfat etmişdir.
Ənvarın yaradıcılığı o qədər də geniş tədqiq edilməmişdir.1958-ci ildə Səid Nəfisi Tehranda onun əsərlərini,Mirzə Abbaslı isə əsərləri haqqında olan məqalələri çap etdirmişdir.Onun “Ənüsül-Arifin”,”Təvəccöhnamə”,”Sual-Cavab”,”Risaleyi-vücud” əsərləri var.
Onun qəzəllərində sufiyanə bir aşiqlik var.O sufi görüşlərini belə ifadə edir.
Bu canla bu cahan,bu aləm bizik.
Dünyanın rövnəqi o Adəm bizik
Dirilən zamanda nəfəsimizlə
Bilirsən dirildən nəfəs,dəm bizik
Dostları ilə paylaş: |