Sual Dastani Əhməd Hərami də Əhməd Hərami və Güləndəmın müqayisəli səciyyəsi


Sual 5‼️Arif Ərdəbilinin həyatı və onun “Fərhadnamə” əsəri



Yüklə 55,49 Kb.
səhifə5/25
tarix24.04.2022
ölçüsü55,49 Kb.
#56228
1   2   3   4   5   6   7   8   9   ...   25
ədəbiyyat tarixi

Sual 5‼️Arif Ərdəbilinin həyatı və onun “Fərhadnamə” əsəri

Arif Ərdəbili 1310-cu ildə Ərdəbil şəhərində anadan olmuşdur.Burada təhsil almış,müəllim,xəttat və şair kimi yetişmişdi.Doğma şəhərində nüfuz tapmayan şair Keyqubadın dəvətilə Şamaxıya gəlir.Şahın oğlunun müəllimi olur.

_Fərhadnamə_ _əsəri_

1369-cu il sentyabrın 22də Fərhadnamənin birinci hissəsini,22 noyabrda isə ikinci hissəsini tamamlayır.Poemanın birinci hissəsi Şeyx Üveys Cəlairiyə,ikinci hissəsi isə Hüşəngə ithaf olunmuşdur.Əsər Nizami ənənələrinin davamı kimi meydana çıxır.Arif Ərdəbili Nizami Gəncəvi olmadığı kimi, onun Fərhadı da Nizami Fərhadı kimi ideal deyildir. Arif Ərdəbili Fərhadı öldürən və öldürülən Fərhaddır. Üstün cəhəti isə ondan ibarətdir ki, hökmdar oğlu olmasına baxmayaraq, gözəl nəqqaşdır.O, süd arxı çəkir (Oğuzda “Fərhad arxı” deyilən yer vardır – V.Aslan), Bisütunu yarıb yol açır. O, Gülüstanın şəklini də çində olarkən görmüşdü. Onu sevir. Gülüstan öləndə ona uzun müddət yas saxlayır. Məzarı üzərində kümbəz tikir, orada mücavirlik edir. Rahiblər sayağı həyat sürür. Bununla belə gülüstanın ölümündən sonra  Şirinə bağlanır. Şirin Xosrovun nişanlısı olsa da, Fərhad onunla gizli-gizli görüşür. Gizli eşq macəraları açılmasın deyə Xosrovun göndərdiyi Gərayı öldürür. Üstəlik Fərhad bir rumlu gənci də öldürür, çünki o, Fərhadı xəncərlə vurmuşdu.Gülüstan adi bir daşyonan qızdır. Səmimidir. Fərhadı öpmək səhnəsində olduğu kimi. Şirin bir qədər yüngüldür. Hörmüz, Xosrov, Abxaz şahı, Fəğfur, Fərhadın kürəkəni, Məhinbanu obrazları isə köməkçi obrazlardır.Elə ki, Fərhadın atası ölür, onda əmisi Fəğfur həbsdən qaçır, taxta çıxır, qardaşı arvadını alır. (Şekspirə bu mövzunun haradan gəlməsi məsələsi – V.Aslan), Fərhadı öldürmək istəyir.

Xosrovun Şirinə münasibətini bilən Məryəm özünü öldürmək istəyir. Onda Xosrov Şirini Fərhada verəcəyini elan edir.Fərhadın qulluqçusu Müqbil türkdür. O, sadiq dostdur. Fərhad Bisütunu çaparkən Rumlu qadın zəhər qatılmış  su verir. Bu zəhər Fərhadı öldürür. “Fərhadnamə” əsəri həm də Azərbaycan coğrafiyasında yarandığı üçün tarixi əhəmiyyət daşıyır.


Yüklə 55,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin