Kənd təsərrüfatı: Ölkə ərazisinin 17%ni əkin sahələri təşkil edir. Adambaşına 0,04 hektar torpaq sahəsi düşür. Taxıl bitkiləri yığımına görə yüksək məhsuldarlıq əldə olunur. Əsas kənd təsərrüfatı sahəsi çəltikçilik. Arpa,soya,qarğıdalı,batat tərəvəz becərilir. Çəltik çay vadilərində düzən rayonlarda becərilir və tələbatı ödəyir. 20-ci əsrə qədər ölkənin əsas kənd təsərrüfatı məhsulu düyü idi, lakin indi məhsul çeşidi xeyli genişlənib və bir çox növ meyvə, tərəvəz, heyvandarlıq məhsulları və meşə məhsulları daxildir.
Cənubi Koreyanın əsas kənd təsərrüfatı məhsulu çəltikdir: Cənubi Koreya təsərrüfatların təxminən 80% -i bu dənli bitkini əkir. Düyü, bahalı olduğu üçün xarici bazarda rəqabət edə bilmədiyi üçün əsasən daxili istehlak olunur. Bundan əlavə, ölkədə arpa və buğda kimi dənli bitkilər, soya, kartof və bəzi meyvə istehsal olunur.
Dostları ilə paylaş: |