Sahəsi – 98,5 min kv km. Əhalisi -48,6 mln.Koreya- dilində Çoson – səhər təravəti ölkəsi Şərqi Asiyada Koreya yarımadasının cənubunda əlverişli iqtisadi-coğrafi mövqedə yerləşir.Dənizə çıxışı dəniz ticarətinin inkişafına səbəb olmuşdur.Şərqdə Yapon ,qərbdə Sarı dənizlə əhatələnir. Şimaldan KXDR, cənubdan Koreya boğazı vasitəsilə Yaponiyadan ayrılır.
Təbiəti: 36 şimal enliyindən cənuba doğru Cənubi Koreya dağları ilə əhatələnir. Qərbi sahilboyu çökəkliklər və ovalıqlardan ibarətdir.Koreya Çin-Koreya platformasının şərqində yerləşir.
Təbiisərvətləri:gümüş,qurğuşun,maqnezit,qrafit,daşkömür,qonurkömür,uran,molibden,qalay,dəmir filizi,tikinti materialları və.s çixarılır.
İqlimi: Dəniz tipli musson xarakterlidir.Ucqar cənubunda subtropik iqlim.Yanvarin orta tempraturu 21 C , ən isti aylar iyun-iyul və 22 C-dir. İllik yağıntının miqdarı 700-1500 mm-dir.
Hidroqrafiya:Böyük çayları Xanqan,Tedonqan,Haktonqan. Ərazinin ¾ hissəsi meşə və kolluqlarla örtülüdür.Kənd təsərrüfatının inkişafı üçün yararlı allüvial məhsuldar torpaqlar var.
SUAL 55. Koreya Respublikasının iqtisadiyyatının aparıcı sahələri
Sənaye: XX əsrin ikinci yarısından sonra Cənubi Koreya Respublikası Asiyanın yeni sənaye ölkələri içərisində sosial-iqtisadi inkişafına görə fərqlənməyə başladı. Cənubi Koreya Şimali Koreya ilə müharibədən sonra bir neçə mərhələdə inkişaf etdi. Birinci mərhələdə 1950-ci illərin ikinci yarısında təhsil almaq üçün bir sıra tədbirlər həyata keçirildi.Ölkədə aqrar reforma keçirildi,torpağı becərən xüsusi sahibkarlara torpaq sahələri verildi. savadsızlıq aradan qaldırıldı. 1960-cı illərdə əhalinin əksəriyyəti təhsil alir,iqtisadiyyatın inkişafında nailiyyətlər əldə edilirdi. Bu mərhələdə daxili bazarı təmin etmək,idxalatı dəyişmək modelində üstünlük əldə edilir.
İkinci mərhələ-60-ci illərdə Cənubi Koreya sənayedə siyasəti dəyişdi. yüngül sənaye sahəsində ənənəvi toxuculuq, pambıq parça,trikotaj,ayaqqabı, ağac emalı, yeyinti sənayesində ənənəvi unüyütmə,şəkər istehsalı sənaye sahələri inkişaf etdirildi. İqtisadiyyatın inkişaf modelində idxal ixraca çevrildi.
Üçüncü mərhələdə 1970-ci illərdən başlayaraq ağır sənayenin inkişafına fikir verildi. Metallurgiya,maşınqayırma,kimya sənaye sahələri inkişaf etməyə başladı.
polad əridilməsinə görə Asiyada Yaponiyadan sonra ikincidir. Phoxan və Kavnyendə-böyük metallurgiya kombinatı tikildi. Maşınqayırmanın əsası qoyuldu. Gəmiqayırma sənayesi ixracat əhəmiyyəti daşıyır. 1980-ci illərdə gəmi ilə yükdaşıma tonnajı 5 dəfə artdi. Məişət elektronikasının inkişafı ilə səciyyələnir. Kimya, neft-kimya,mineral gübrə,lif,plastmas,məişət malları istehsalı artdi. Ölkənin elektroenergenetika bazası möhkəmdir. AES-lərin gücü artdı. İlk AES 1978-ci ildə tikilib. Ağır sənaye sahəsi ixracat əhəmiyyəti daşıyır. Ölkənin ticarət balansı saldosu qənaətbəxşdir. Koreyanın başlıca alıcıları ABŞ,Yaponiya,Qərbi Avropa ölkələri əsas yer tutur.idxalatında birinci yeri Yaponiya tutur. Yaxın Şərq ölkələrindən neft idxal edir.
4-cü mərhələdə 1980-ci illırdə sənayeləşmə davam edir. Atom energetikasına fikir verilir. AES-lərin gücü artırılır. Avtomobilqayırmada gəmiqayırmada Yaponiyadan sonradır. Sənayesi elmtutumlu yüksək texnologiyaya əsaslanır. ticarət partnyorları Yaponiya,ABŞ,Çin və.s ölkələrdir.
5-ci mərhələdə 1990-cı illərdə ölkə sənayesi iti sürətlə inkişaf etdi. Dövlətin tərtib etdiyi 15 illik elmi-texniki plan əsasında mikroelektronika, kimya, informatika, avtomatlaşdırma, biotexnologiya sürətlə inkişaf edir. Məişət avadanlıqları, telekomunikasiya,köçürmə avadanlıqları istehsalına görə fərqləndi. 1990-cı ildə 12 atom reaktoru, 2006-cı ildə əlavə 9 reaktor işə salındı. 1993-cü ildə yeni sənaye sahələrində sosial-iqtisadi baxımdan kökündən dəyişikliklər aparıldı. 1997-1998-ci illərdə valyuta-finans sahəsində iqtisadi böhran keçirdi. Sənaye məhsulunun istehsalı azaldı. Elektroxtexnika, informatika elm tutumlu sənaye məhsullarının 1/3-i ixracat əhəmiyyətlidir.
4-cü onillikdə Koreya təsərrüfatınln sahə strukturunda güclü dəyişikliklər aparıldı. Əsas sənaye dəhlizi Seul-Pusan. Koreyada 50-yə qədər çoxsahəli monopoliyalar fəaliyyət göstərir. “ Samsunq “, “ LC “ , “ Deu” , “Hende” kimi 900 min kiçik və orta müəssisədə böyük fəhlə gücü olan sənaye müəssisələri ilə səciyyələnir. Bu sahə ÜDM-nin 30%-ni verir. Banklar kommersiya və ixtisaslaşmış sahə üzrə fəaliyyət göstərir. ÜDM-un 42% sənaye, 54% xidmət sahələri, 4% kənd təsərrüfatının payına düşür. 2,8 mln avtomobil, 46 mln ton polad istehsal edir. Cənubi Koreyanın meşə sahəsi 65% və ağac emalı sənayesi inkişaf etdirilir.
Dostları ilə paylaş: |