Sənaye. Emaledici sənaye 90-cı illərin əvvəllərində sənaye bölməsi məhsullarının 77 %-ni ödəyirdi. əsas hissəsi yeyinti və yüngül sənayenin (35 %) payına düşür. emaledici sənayenin 18%-ni yeyinti sənayesi verir. Toxuculuq sənayesi məhsulları Avropa ölkələri, ABŞ, Rusiya, Azərbaycana ixrac olunur.
Energetika mühüm xammalı olan neft və qaz (enerji balansının 53%) idxal edilir. İstehlakın 10-12%-i yerli istehsal hesabınadır. Neft Batman, Qılı, İzmir, Əliağa və Mersin şəhərindəki müəssisələrdə emal olunur.
İri «Petkim» neft-kimya kompleksindən başqa Əliağada ikinci neft-kimya kompleksi fəaliyyət göstərir. Təbii qaz ölkədə 80-ci illərdən çıxarılır. Qaza olan tələbat idxal olunan təbii qazla Ankara, İstanbul, İzmirdəki zavodlar və İzmir və Əliağadakı neft emalı müəssisələrindəki maye qazdan istifadə edilməklə ödənilir. Türkiyə 2008-ci ildən Azərbaycandan qaz alır. On il ərzində elektrik stansiyalarının ümumi gücü 6 mln. kvt-dan 18-ə çatmışdır (35,5% SES).
1990-cı ildə Türkiyə qonşu ölkələrə (Bolqarıstan, Rumıniya, Albaniya, Gürcüstana 900 mln. kvt./s) elektrik enerjisi ixrac etmişdir. Yaxın Şərqdə «Afşin-əlbistan», «Keban» və «Karakala» su elektrik stansiyalarının istehsal gücləri genişləndirilmişdir. 1990-cı ildə Fərat çayı üzərində «Atatürk» bəndinin tikintisi başa çatdırılmış.
Son 15 il ərzində ölkədə qara metallurgiyanı inkişaf etdirmək, Avropa və qonşu ölkə bazarlarına daxil olmaq məqsədilə Türkiyə inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edir. Polad istehsalı 2017-ci ildə 19,7 mln. tona çatdırılmışdır. BuQaraböyük, Ereqli, İskəndərunda, İzmir rayonunda 15 xüsusi kiçik zavodlarda istehsal olunur. Polad və prokat ixracatında əhəmiyyətinə görə toxuma mallardan sonra ikinci məhsuldur. metallurgiya bazası Zonquldaq-Ereqli daş kömür hövzəsi (Qara d sah) ,Qərbi Anadoluda boz kömür yataqları, İES-dir. Seydişehirdə alüminium zavodu fəaliyyət göstərir.
Dostları ilə paylaş: |