İcraedici hakimiyyət Baş nazir başda olmaqla Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Baş nazir prezidentin təklifilə parlament tərəfindən 4 turdan ibarət səsvermə yolu ilə seçilir. İnzibati cəhətdən ölkə 80 ilə (vilayətə) bölünür.
Mühüm partiyaları: Ədalət və İnkişaf partiyası, Cumhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Demokratik partiya.
AR müstəqilliyini ilk dəfə Türkiyə Respublikası tanımışdır (14 yanvar 1992-ci il). BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, EKO, Avropa Yenidənqurma və İnkişaf bankı Təşkilatların üzvüdür.
Əhali. Türkiyədə əhalinin ilk siyahıya alınması 1927-ci ildə aparılmışdır. 1927 və 2007-ci illərdəki siyahıya alınma- ölkə əhalisi 80 il ərzində 5 dəfədən çox artmışdır. 2019-cu ildə əhalinin sayı 83,9 mln.catmışdır. (2050 ildə 96,6 mln.nəfər).
Türkiyə üçün yüksək təbii artım (2%) səciyyəvidir. Ölkədə orta sıxlıq 1 kv. km-100 nəfərdən çox. Şərqi Frakiya, Anadolu dəniz sahilləri sıx, Mərkəzi və Şərqi Anadolu isə seyrək məskunlaşmışdır.
Dövlətin işsizliyə qarşı mübarizə siyasəti əmək ehtiyatlarının xarici dövlətlərə göndərilməsi təşkil edir. XX əsrin 70-ci illərinədək türk vətəndaşları Qərbi Avropaya (AFR) göndərilirdi. Lakin Qərbi Avropada iqtisadi və struktur böhranlarla əlaqədar Türkiyə fəhlə qüvvəsi Yaxın və Orta Şərqin neft çıxaran ölkələrinə istiqamətləndirilir. 80-ci illərin ortalarında bu region da immiqrant işçilərin sayını azaldır. Əhalinin 2,5 mln. AFR, Avropa İttifaqı ölkələri, Yaxın Şərq dövlətləri, Azərbaycanda çalışır.
Ölkə əhalisinin 87 %-i türklərdir. Türklər arasında kiçik etnik qrup – yüryük və təxtaclar- Anadolunun Cənub-Şərq və qərbində yaşayırlar.
Dostları ilə paylaş: |