Coğrafi mövqe. Çin Şərqi Asiyada Şərqi Çin dənizi, Koreya boğazı, Sarı dəniz və Cənubi Çin dənizinin sahillərində, Şimali Koreya ilə Vyetnam arasında yerləşmişdir. Ərazi qərbdən-şərqə 1700 km, şimaldan cənuba 3650 km məsafədə uzanır. Sahəsi 9,6 mln. kv. km-dir.-Rusiya və Kanadadan sonra 3-cü dövlətdir.
Çin quru ilə 14 dövlətlə həmsərhəddir. Rusiya, Hindistan, Myanma, Qazaxıstan daxildir. Dövlətin quru sərhədlərinin ümumi uzunluğu 22117 km, sahil xəttinin uzunluğu 14500 km. Ölkənin quru sərhədləri yüksək dağlıq ərazilərlə əhatə olunduğundan bəzi yerlər keçilməzdir (Tibet yaylası). Çinin Sakit okeana geniş məsafədə çıxışı onun xarici aləmlə əlaqələrinin əhatəli olmasına səbəb olmuşdur. Sahillərdə yerləşmiş dənizlərdə 5 min ada Çinə məxsusdur.-ən böyükləri Tayvan və Xaynan.
Çinin cənubunda 2 xüsusi inzibati rayon-150 il Böyük Britaniyanın mülki olan Syanqan (Honq Konq), 1557-ci ildən Portuqaliyanın keçmiş müstəmləkəsi olmuş Aomındır (Makao). XX əsrin sonunda hər 2 müstəmləkə üzərində Çin öz suverenliyini bərpa etdi.
Tayvan adası ÇXR əyalətlərindən biridir. sahəsi 36 min kv. km, əhalisi 22 mln. nəfərdir. Materikdən eni 150-300 km olan boğazla ayrılmışdır. İnzibati mərkəzi Taybey. Ada Sakit və Hind okeanı dövlətlərini əlaqələndirən mühüm dəniz yolları üzərində hakim mövqe tutur. Tayvan yeni sənaye dövlətlərinə aid edilir. Bunlara Asiya «pələngləri» deyilir. Tayvan dünya iqtisadi mərkəzləri ilə əlaqələrini genişləndirərək insan kapitalının artırılmasına nail olmuşdur.