Faydalı qazıntılar. Ölkə ərazisinin genişliyi onun təbii şəraiti və ehtiyatlarının müxtəlifliyinə səbəb olmuşdur. Ölkə yanacaq-energetika xammalı ilə zəngindir-daş kömür-ölkənin şimal, şimal-şərq, mərkəz hissəsində. Şimal-şərqdə, dənizsahili ərazilərdə, Sarı dənizin şelf zonasında zəngin neft ehtiyatı vardır. təbii qaz,yanar şist və nüvə yanacağı ehtiyatı zəngindir.
Ölkədə dəmir filizi, manqan, volfram, molibden ehtiyatı çoxdur. Bu sərvətlərin ehtiyatına görə Çin dünyada liderdir. Xrom, nikel ehtiyatı isə çox azdır. Çində əlvan metallurgiya üçün xammal çoxdur. O, qalay və sürmə ehtiyatına görə dünyada qabaqcıl yerdədir. mis, polimetal, civə çıxarılır. Alüminium ehtiyatı da çoxdur. Uran yataqları aşkar edilmişdir. Bunlara kobalt, titan, sirkon, tantal, vismut, qızıl, gümüş, platin kimi mühüm metallar azdır.
Dağ-kimya xammal ehtiyatları tərkibinin müxtəlifliyi və ehtiyatına görə fərqlənir. Bir çox rayonlarda xörək duzu (Tsaydam çökəkliyində), kükürd xammalı, fosforit, kalium duzu, sulfat, yod, brom və s. vardır.
Çinin mineral sərvətlərinin coğrafi sərhəddini Tsinlin silsiləsi ayırır. Bu silsilədən şimalda daş kömür, neft, təbii qaz, yanar şist, dəmir, manqan filizləri və maqnezit yataqları yerləşir. cənubda volfram, digər əlvan və nadir metal filizləri, fosforit, boksit, alunit yataqları yerləşir. Çin hidroenerji ehtiyatlarına malikdir. Bu ehtiyatların potensialına görə ölkə dünyada aparıcı mövqe tutur. Lakin adambaşına düşən torpaq ehtiyatına görə Çin bir çox ölkələrdən geridədir. Ölkədə adambaşına düşən əkin yeri dünya üzrə orta göstəricidən 12-13 dəfə azdır.
İqlim. Çinin ərazisinin geniş olması, Avrasiya materiki ilə Sakit okean arasında yerləşməsi, relyefinin mürəkkəbliyi iqliminin müxtəlifliyinə səbəb olmuşdur.tropik, subtropik və mülayim qurşaqda yerləşir. Şərq zona- musson iqliminin təsiri. Qışda Sibir və Monqolustandan ölkəyə çox soyuq hava kütləsi daxil olur.Yay temperaturunda dəyişiklik enlik deyil, uzunluq istiqamətində, yəni okean sahillərindən ölkənin daxilinə doğru dəyişir. Yay mussonları yağıntı gətirir. yay hər yerdə isti keçir. Şərq zonasının ucqar cənubunda qış yumşaq və isti keçir, qış və yay temperaturları arasında fərq böyük olmur. Cənub-şərqdə tez-tez tayfunlar müşahidə olunur. Ölkənin qərbində kəskin kontinentaldır. Bu əraziyə mussonların daxil olmasına mərkəzdəki dağ silsilələri mane olur. Qış kəskin, çox soyuq, yağmursuz, yay dərələrdə isti, yüksək dağlıq rayonlarda isə sərin keçir. Sutkalıq temperatur amplitudu böyük olur, yağıntılar az düşür. təbii təhlükələr: tez-tez baş verən tayfunlar və qasırğalar , dağıdıcı sellər, sunamilər, zəlzələlər, quraqlıqlar, torpaqların çirklənməsi və s.