Mərkəzi Mesalar su ilə yaxşı təmin olunmuşdur.- qapalı dağ çökəklikləri-burada yeraltı sulardan geniş istifadə olunur. Lerma-Meksikada ən böyük göl olan Çapala tökülür. Göldən sonra bu çay suyunu Rio-Qrande-de Santyaqo adı altında Sakit okeana axıdır.
Montesuma yaylasının ikinci böyük su arteriyası Panukodur. Çayın yüxarı sistemi Mərkəzi Mesalardan şərqdə yerləşir, oradan ayrılaraq Şərqi Syerra – Madrenin dik yamacları ilə gur axaraq Panuko adı altında Meksika körfəzinə tökülür.
Vulkanik Syerradan cənubda, yağıntıların bol olduğu ərazidə çay şəbəkəsi sıxdır. Cənubi Syerra – Madre dağlarının şimal yamaclarından başlanğıcını götürən Balsas çayı Sakit okeana, Çyapas yaylasından başlanan Usumasinta çayı isə Meksika körfəzinə tökülür. Yukatan yarımadası yerüstü axından məhrumdur. Əhəngdaşlı karst mənşəli bu düzənlikdə yeraltı sulardan geniş istifadə olunur.
ölkənin geniş ərazisində gur yağıntıları olan rütubətli yay iqlimi üstünlük təşkil edir. Ona görə də Meksikanın bütün çayları üçün güclü daşqın səciyyəvidir. Ölkədə təhlükəli daşqınlar rütubətli şərq dağ yamaclarında, Usumasinta – Qrixalva hövzəsində – payız tropik siklonlarının təsirinə məruz qalan rayonlarda baş verir.
Dostları ilə paylaş: |