subtropik qarışıq və iynəyarpaqlı meşələr dağlarda - yüksək zonallıq qurşaqlarında aydın seçilir. Həmişəyaşıl palıd meşələri 1200 – 1400 metr bitir. yuxarıda 1700 metrədək şam meşələri. Köndələn Vulkanik Syerralarda şam meşələri 1000 metr bitir.
Köndələn Vulkanik Syerralardan cənubda daim rütubətli və mövsümi rütubətli tropiklərdə qırmızı-laterit torpaqlar geniş yayılmışdır. Cənub massivləri və düzənliklərdə, Teuantepek bərzəxindən şərqdə bu meşələr qalın həmişəyaşıl rütubətli meşələrlə əvəz olunur. Bu meşələrdə lianalar və epifitlər, palma, bambuk, qırmızı ağac və digər qiymətli ağaclar bitir. Meksika körfəzi yaxınlığında bu meşələrdə bataqlaşmış sahələr çoxdur. Meksika sahili düzənliklərdə portağal, banan, ananas, şəkər qamışı, yemiş ağacı – papayya tropik bitkilər becərilir.
İnsanın əsrlər boyu təsərrüfat fəaliyyəti nəticəsində ölkənin təbiətinə böyük ziyan çox dəymişdir. Lakin XX əsrin son rübündən Meksikada təbiəti mühafizə məqsədilə ciddi tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Meksikada mövcud olan 50-dən artıq milli parkın ümumi sahəsi 800 min kv. km-dən artıqdır. Ölkədəki milli parklardan ən böyükləri dağlıq şam meşələri qorunan Bosençeve və Kumbres-de Monterrey, məşhur vulkanlar və yüksək şaquli zonallığın əks olunduğu La-Molinçe və Piko-de Orisabadır. Təbii abidələrdən – əsrarəngiz vulkanlar, dərin dağ dərələri, göllər, körfəzlər dövlətin nəzarəti altında qiymətli milli sərvət kimi qorunur.
TF: Sakit okean sahillərində baş verən sunamilər; ölkənin mərkəzində və cənubunda baş verən vulkan püskürmələri və dağıdıcı zəlzələlər; Sakit okean, Meksika körfəzi və Karib dənizi sahillərində dövri surətdə baş verən fırtınalar və qasırğalar.
Dostları ilə paylaş: |