Qərbi Anadolu Egey və Mərmərə dənizlərinin sahillərini əhatə edir. Sahildə alçaq sıra dağlar çay vadiləri ilə əvəz olunur. Buradakı dağlar orta yüksəkliyə malikdir (Uludağ –2543 m). Şərqi Frakiya kənd təsərrüfatı üçün əlverişlidir. Düzənlik şimal-şərq və şimaldan yüksək olmayan dağlarla əhatələnir.
Daxili Anadolu Anadolu yaylasının çox yüksək hissəsidir. Hündürlüyü 850 m dağ tirəsində ölkənin paytaxtı Ankara şəhəri yerləşir. Yaylanın cənubunda sönmüş vulkanlar -ən hündürü Kayseri şəhərindən cənubda yerləşmiş Erdjieş dağıdır (3917m).