Şərqi Anadolu şimalda Pont, cənubda Şərqi Tavr arasında yerləşir. İranla sərhəd yaxınlığında Böyük Ağrıdağ sönmüş vulkanı var. Türkiyənin ən yüksək nöqtəsi (5137 m) buradadır.
Şimali Anadolu (Pont) Qara dəniz sahillərinə paralel 100 km məsafədə uzanır. Bu dağlarda orta yüksəklik 1500 m – dir.
Türkiyənin cənubunda Aralıq dənizi boyu və Türkiyə - İran sərhəddinədək dağ sistemi Tavr (Toroslar) uzanır. Dağ sistemləri Qərbi (Liki), Mərkəzi (Kili) və Şərqi Tavrlara bölünür.
Faydalı qazıntılar.müxtəlif filiz, dağ – kimya, yanacaq – energetika xammalı ehtiyatları var- sənaye ehtiyatı azdır. Torosdakı xromit filizi yataqları ehtiyatına görə ümumdünya ehtiyatının 8 %. Daş və boz kömür, dəmir, mis, volfram, uran, molibden və manqan filizləri, boksit, civə, sürməyataqları aşkar edilmişdir.