göllərin ümumi sahəsi 9,2 min kv.km-dir. ən böyüyü axarsız, duzlu göl Van (3713 kv km. yüksəkdə yerləşir).
Torpaq-bitki örtüyü. Türkiyənin torpaqları dağ torpaqları olduğundan məhsuldarlığı zəifdir və əkinçiliyə az yararlıdır. Ərazisinin 20%-nidüzənlik torpaqları təşkil edir. Qərbi Anadolunun dağətəyi rayonları, Qara və Aralıq dənizinin bəzi sahillərində boz torpaqlar yayılmışdır. Qırmızı torpaqlar Qara dəniz bölgəsindədir.
Mərkəzi Anadolunun çölləri xırda buynuzlu mal-qara üçün otlaq kimi istifadə olunur. Şərqi Anadolunun qara torpaqları olan çöl əyalətləri əkinçilik- ölkənin «taxıl anbarı» sayılır.
Qara və Egey dənizi sahillərində zəngin subtropik bitki örtüyünün yayılmışdır. Dağların cənub yamacları enliyarpaqlı sıx meşələrlə (fıstıq, palıd, vələs, ağcaqayın, çinar, şümşad, zoğal, fındıq ağacları) örtülüdür. Dağ ətəklərində bağlar, üzümlüklər, ondan yuxarıda isə iynəyarpaqlı meşələr, üst qurşaqda alp çəmənlikləri yayılmışdır.
TF: Türkiyənin şimalında Mərmərə dənizi sahillərindən Van gölünədək intensiv baş verən zəlzələlər; sel və daşqın hadisələri; torpaq sürüşmələri və s.