Sual məktəbəqədər təhsildə təhsilləndirici mühit anlayışı



Yüklə 129,61 Kb.
səhifə1/58
tarix24.12.2022
ölçüsü129,61 Kb.
#77729
növüTəhsil proqramı
  1   2   3   4   5   6   7   8   9   ...   58
MÜHITIN TƏŞKILI. IMTAHAN.


SUAL 1. Məktəbəqədər təhsildə təhsilləndirici mühit anlayışı.
Müasir məktəbəqədər pedaqoji elm və təcrübənin ən mühüm vəzifələri uşaqların sağlamlığının qorunması, onların hərtərəfli inkişafı, təlim və tərbiyə prosesinin humanistləşdirilməsi və gücləndirilməsi məsələləridir. Məktəbəqədər təhsil proqramı həyata keçirilən müəssisədə əşyavi-inkişaf mühiti təhsilin keyfiyyətinin qiymətləndirilməsi üçün ən vacib meyarlardan biridir. Məktəbəqədər müəssisələrdə təhsil mühitinin inkişaf etdirilməsi standartların həyata keçirilməsində əsas amil hesab olunur. Bu zaman fəalliyyət əsasdır və o, psixikanı qurur. Fəaliyyətsizlik şəxsiyyətin formalaşmasına mənfi təsir göstərir və imkanları məhdudlaşdırır. Bir çox alim şəxsiyyətin inkişafında fəaliyyət və fəaliyyətsizlik haqqında fikirlər bildirmişdir. Məsələn, A.V.Zaporojes fəaliyyəti yüksək dəyərləndirir və fəaliyyəti uşaqların zehni inkişafının gücləndirilməsi (zənginləşdirilməsi) kimi izah edirdi. Bu zaman aşağıdakılar nəzərə alınmalıdır:
Fəaliyyət-Təsir-Təsiretmə vasitələri-İstiqamətverici, İcraedici, Verici- Ümumiləşdirici təcrübə-Dünya təcrübəsi.
Tələblər-Əşya (Motiv)-Məqsəd-Şərtlər.
Təhsilləndirici mühit:
• Uşaqların fiziki və psixi sağlamlığının qorunması və möhkəmləndirilməsinə təminat verir;
• Uşaqların emosional rifahını təmin edir;
• Pedaqoji işçilərin peşəkar inkişafına kömək edir;
• Dəyişən variativ məktəbəqədər təhsil üçün şərait yaradır;
• Məktəbəqədər təhsilin açıqlığını təmin edir;
• Valideynlərin (qanuni nümayəndələrin) təhsil fəaliyyətində iştirakına şərait yaradır.
Məktəbəqədər təhsil müəssisəsinin təhsil mühiti təhsil prosesinin nəticələri, şəxsiyyətlərarası münasibətlərin xarakteri və hər bir uşağın inkişafına təsir göstərir. Təhsilləndirici mühit uşaqların inkişafına şərait yaradır.
J.J.Russo “ətraf mühit”in şəxsi inkişaf üçün bir sahə olduğunu söyləmişdi. Alimin sözlərinə görə səmərəli təlim üçün xüsusi “təlim mühiti” yaratmaq lazımdır ki, uşaqların ehtiyac və imkanları balanslaşdırılmış olsun.
Təlimin qarşıya qoyduğu vəzifələrin və prinsiplərin həyata keçirilməsi təlim-tərbiyə prosesinə təsir edən amillərdən və şərtlərdən, məhz öyrədici mühitdən əhəmiyyətli dərəcədə asılıdır. Uşağı əhatə edən şəraitin onun dərk etmək tələbatına, maraq və problemlərinə nə dərəcədə istiqamətlənmiş olması tədris prosesinə münasibətilə çox əlaqəlidir.
Öyrədici mühitin növləri:
əşyavi mühit;
• informasiya mühiti;
• sosial-psixoloji mühit.
Bu bölgü şərtidir, çünki ətrafdakı müəyyən obyektlər eyni zamanda ayrı-ayrı mühit növlərinin elementləri ola bilər.
Əşyavi mühit təlimin bütün maddi-texniki təminatını özündə cəmləşdirir:
• Məktəb maddi mühiti – dərsliklər, lövhələr, didaktik oyunlar və vəsaitlər, əyani vəsaitlər, texniki avadanlıq, laboratoriyalar, məktəb ləvazimatı və s.
• Təbii mühit – canlı və cansız təbiətin bilavasitə müşahidə oluna bilən əşyaları;
• Məişət mühiti – evin, yaşayış yerinin maddi əhatəsi, maddi mədəniyyət əşyaları, ictimai və mədəni müəssisələr və s.
İnformasiya mühiti şagirdin təlim ehtiyaclarını təmin etməyə yönəldilmiş məlumat mənbələri (dərsliklər, ensiklopediyalar, KİV, sosial əhatə), sistemli proqram təminatı və məlumat ötürmə vasitələridir. Informasiyanı dərk etməyə kömək edən psixoloji amilləri də unutmaq olmaz. Nəzərə almaq lazımdır ki, əgər uşaqlara oynamaq, təcrübədən keçirmək, əl vurmaq, eşitmək, görmək, hiss etmək imkanı yaradılırsa, o hər bir məlumatı mənimsəməyə qadirdir.
Sosial-psixoloji mühitə şagirdin həm digər insanlarla, həm də öz daxili aləmi ilə qarşılıqlı əlaqəsi aiddir.


Yüklə 129,61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin