Riyaziyyat guşəsi Riyaziyyat guşəsi - oyun, vəsait və materiallarla tematik təchiz olunan xüsusi ayrılmış yerdir.
Uşaq bağçasının erkən qruplarında riyaziyyat guşələri deyil, sensomotor zonalar və uşaqları əşyaların rəngi, forması və böyüklüyü ilə tanış edən avadanlıqlar kiçik və iri motorikanın inkişafı və məkanda oriyentasiyaya kömək edir, lakin kəmiyyət və qrupdakı əşyaların müqayisəsi, çoxluqların formalaşdırılması və s. kimi riyazi anlayışlar və əməliyyatlara aid deyil.
Riyaziyyat guşələri dörd və yuxarı yaşlı uşaqlar olan qruplarda qurulur. Onların yaradılmasının məqsədi uşaqların idrak fəallığını stimullaşdırmaq və onları yaş psixofizioloji xüsusiyyətlərinə uyğun riyazi təsəvvür və bacarıqlara yiyələnmə sahəsində müxtəlif fəaliyyətlərə sövq etməkdir.
Riyaziyyat guşəsinə olan tələblər:
Bir qrupda riyaziyyat guşəsini yaradan zaman tərbiyəçi-müəllim, ilk növbədə, həmin guşənin harada yerləşəcəyi, nədən ibarət olacağı və uşaqların marağına səbəb olması və qrupun ümumi dizaynı ilə uyğunlaşdırılması üçün necə bəzədiləcəyini düşünür. Diqqət yetirilməli olan əsas məsələ məktəbəqədər müəssisə tərəfindən inkişaf mühitinə qoyulan ümumi tələblərdir:
• Guşənin bütün avadanlığı uşaqların rahat istifadə edə bilməsi üçün nəzərdə tutulmalıdır;
• Uşaqlar oyunlardan sonra material və vəsaitləri yerinə qoymağı öyrənməlidirlər.
Riyaziyyat guşəsi mühüm inkişaf funksiyalarına malikdir. Bu guşədə maqnit lövhəsi, rəqəm kassası, rəqəmlər və miqdarın uyğunluğuna dair kart dəstləri, sayma üçün təbii materiallar (məsələn, şabalıdlar, xırda daşlar, qozalar və lobyalar), rəqəmlər, həndəsi fiqurlar, sayma üçün düymələr, nömrəli zər dəstləri və digər bu kimi vasitələr olur.
Riyaziyyat guşəsi rənglər, yapışqanlar üçün albomlar və riyazi məzmunlu yaradıcı oyunlar ilə təchiz olunmalıdır, məsələn, “Naxışı yığ”, “Rəqəmi canlandır”, “Həndəsi mozaika”.
Əlavə olaraq rəqəmlər üçün kassa olması məqsədəuyğundur.
SUAL 42. İnkişafetdirici və dəstəkləyici mühitin yaradılmasında gəlincik guşəsinin rolu.