Sual məktəbəqədər təhsildə təhsilləndirici mühit anlayışı


-2,5 aydan böyük süjetli oyuncaqlar



Yüklə 129,61 Kb.
səhifə44/58
tarix24.12.2022
ölçüsü129,61 Kb.
#77729
növüTəhsil proqramı
1   ...   40   41   42   43   44   45   46   47   ...   58
MÜHITIN TƏŞKILI. IMTAHAN.

2-2,5 aydan böyük süjetli oyuncaqlar (kukla, ayı) əlavə edilir, onları çarpayı və manejin yanına qoyurlur. Eyni zamanda, səsli oyuncaqlar (zınqırov və s.) lazımdır. Oyuncağın səslənməsi körpənin gözündə ona əlavə cazibədarlıq verir. Bundan başqa, uşağın sinəsinin üstündə əllə tutula bilən xırda oyuncaqlar asırlar.
5-6 ayından başlayaraq, əşyalarla hərəkət etmək üçün uşağa müxtəlif oyuncaqlar verilir: plastik, rezin, taxta oyuncaqlar, səsli oyuncaqlar, müxtəlif ölçülü toplar. Oyuncaqların ölçüsü kiçik və orta ola bilər, yığcam, bir və ya iki əlində tutmaq üçün əlverişli olmalıdır.
0-1 yaşlı uşaqlar - bir çox fikirlərə zidd olaraq, bu yaş uşaqlar üçün oyuncaqların əhəmiyyəti həddindən artıq böyükdür. Onlar müxtəlif rəngli, formalı və səsli olmalıdır. Uşaq yatağının üzərindən asılmış oyuncaqlar çox vacibdir. Bu oyuncaqlar görmə, barmaq motoru bacarıqlarını inkişaf etdirir, körpə rəngləri ayırmağı, səbəb-nəticə əlaqələrini öyrənir. Yuxudan əvvəl körpəyə oxumaq üçün müvafiq kitablar, körpə yatanda isə qucağında saxlaya biləcəyi yumşaq oyuncaqların (ayı, dovşan, gəlincik və s.) olması zəruridir. Su prosedurlar zamanı oynamaq üçün rezin ördək balası oyuncağı və ya rəngli böyük topdan istifadə etmək olar. Nəzərə almaq lazımdır ki, çox kiçik hissələrdən ibarət oyuncaqlar bu yaş uşaqlar üçün təhlükəlidir.
Həyatın ikinci ilində uşağa bütün növ oyuncaqlar təklif olunur. Bu zaman obrazlı oyuncaqlardan daha çox istifadə olunur. Müxtəlif materiallardan hazırlanmış kuklalar və su oyunları üçün kuklalar da bura daxildir. Kuklaların geyimi sadə olmalıdır (çıxarıla bilən və ya çıxarılmayan). Kukla mebeli böyük ölçülü, möhkəm olmalıdır.
Oyun məişətinin vacib əşyaları:
• Mətbəx üçün dəst (iri, uşağın əlinin ölçüsünə görə qab-qacaq: boşqablar, fincanlar, qaşıqlar, qazanlar);
• Oyuncaq yataq dəstləri (yorğan üzləri, döşəklər, ədyal və s.);
• Səsli və səslənməyən müxtəlif materiallardan hazırlanmış heyvan fiqurları (dovşan, tülkü, inək, keçi, at və s.);
• Su oyunları üçün balıq, su quşları (kiçik və orta ölçülü);
• Süjetli-nəqliyyat oyuncaqları: kuklalar, çarxlar, arabalar, avtomobillər.

Yüklə 129,61 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin