Sual 2. Seçki senzl
əri
Seçki müəyyən olunmuş siyasi prosedurdur. Bu prosedurda
bir tərəfdə seçənlər,
digər tərəfdə seçilənlər
(siyasətçilər) iştirak edirlər. Seçilənlər seçici maraqlarından çıxış edərək öz siyasi platformalarını, proqramlarını tərtib
edir və hakimiyyət uğrunda mübarizə aparır. BMT insan haqlarına dair Ümumi Deklarasiyanın 21-ci maddəsinə görə:
«hər bir insanın öz ölkəsinin idarə olunmasında birbaşa, yaxud azad surətdə seçilmiş nümayəndələr vasitəsiylə iştirak
eimək hüququ var».
İnsanlar üçün geniş seçki hüquqları mövcud olduğu kimi, müəyyən yasaqlar da mövcuddur ki, buna seçki senzi
deyilir. Senz seçkilər üçün tətbiq olunan bəzi məhdudiyyətlərdir və onlar konkret qanunlarda öz ifadəsini tapır.
a) Vətəndaşlıq senzi. Bu senzin tələbinə görə seçmək və seçilmək hüququ vətəndaşlıq məsələsi ilə bağlı olur.
Məsələn, ABŞ-da
seçki hüququna malik olmaq, yəni nümayəndələr palatasına seçilmək üçün 7 il, Senata seçilmək
üçün 9 il, prezident olmaq üçün 14 il bu ölkənin vətəndaşı olmaq lazımdır.
Finlandiya, Belarus, Qazağıstan kimi
ölkələrdə isə həmin ölkələrdə doğulmuş vətəndaşlar prezident seçilə bilər.
b) Daimi yaşayış yeri senzi. Bu senz hər hansı bir dövlətin ərazisində qanunla
müəyyənləşdirilmiş daimi
yaşayış müddəti ilə bağlıdır. Məsələn, Yaponiyada seçkidə iştirak etmək üçün bu ölkədə 3 ay yaşamaq kifayət edir.
c) Yaş senzi. Müəyyən yaş həddinə çatmaqla seçkidə iştirak hüququnu nəzərdə tutur.
Dünya ölkələrinin
əksəriyyətində 18 yaşına çatmış vətəndaşlar seçkilərdə seçici qismində iştirak hüququ qazanır. Braziliya, İran, Kuba
kimi ölkələrdə seçmək
hüququnu təsbit edən yaş, 16 yaşdır. Seçilmək üçün də senzlər mövcuddur. Məsələn,
Azərbaycanda 35 yaşına çatmış vətəndaşlar prezident ola bilər.
d) Əmlak senzi. Bu senz seçkidə iştirak etmək üçün müəyyən ölçüdə əmlaka sahib olmaq və müəyyən vergini
ödəmək imkanını özündə ehtiva edir. XX əsrin əvvəllərində bu senz praktik olaraq hər yerdə ləğv olundu.
e) Cins senzi, ancaq kişilərə seçki hüququ tanıyan məhdudiyyət idi. Bu senz dünyada ilk dəfə 1893-cü ildə Yeni
Zelandiyada, Avropada isə ilk dəfə 1906-cı ildə Finlandiyada, 1945-ci ildə İtaliya və Fransada, 1971-ci ildə İsveçrədə
ləğv olunub. ABŞ-da 1920-ci ildə Konstitusiyaya düzəliş edildi və cins senzi ortadan qaldırıldı.
Seçki senzlərinin mövcudluğu seçkilərin demokratik
keçirilməsinə təsir göstərmir, yaxud bu siyasi aksiyanın
qeyridemokratik olmasına dəlalət etmir. Əksinə, demokratik seçkilər üçün hansısa məhdudiyyətlərin olması zəruridir.
Məsələn, yaşla bağlı senz müəyyən
həyat təcrübəsinə malik olan, vətəndaşlıqla bağlı senz isə ölkəni yaxşı tanıyan
şəxslərin yüksək vəzifələrə seçilməsinə imkan yaradır. Seçkidə cins, irq, etnos, dinlə bağlı məhdudiyyətlər azadlığın və
demokratiyanın məhdudlaşdırılması demək olardı.
Dostları ilə paylaş: