M.Ə
11.
XASIYYƏTNAMƏ
"Xasiyyətnamə"
ərəb
mənşəli
"xasiyyət"
və fars mənşəli
"namə"
(məktub, kağız) sözlərinin birləşməsindən əmələ gəlmişdir,
bir şəxsə, bir şeyə məxsus hal, xüsusiyyət mənasındadır. Bu sənəddə
bir adamın xüsusiyyətləri,
ictimai və əmək fəaliyyəti, kəllektivdəki
yeri haqqında ətraflı məlumat verilir. Məktəb illərində şagird məsul
vəzifəyə məsləhət görüldükdə, başqa məktəbə əxumağa köçürüləndə,
ərta məktəbi qurtanb ali məktəbə təhsil almağa gedəndə, sənralar işə,
müəyyən vəzifəyə seçildikdə əna əxuduğu və ya iş yerindən
xasiyyətnamə mütləq tələb əlunur.
Xasiyyətnaməyə verilən tələblər bunlardır;
1.
Vərəqin əvvəlində ortada böyük hərflə "Xasiyyətnamə" sözü
yazılır.
2.
Xasiyyətnamədə şəxsin həyatı, milliyəti, ailə vəziyyəti, əmək
fəaliyyəti, öz işinə münasibəti obyektiv şəkildə ardıcıl verilir.
3.
Dövlət əhəmiyyətli xasiyyətnamələr
müzakirə olunur və
yoxlanılır.
4.
Xasiyyətnamə vahid formada yazılmaqla həcmi 1-2 səhifədən
artıq olmur.
5.
Xasiyyətnamədə onun kimə, kimdən və haraya təqdim
olunması göstərilir.
6.
Xasiyyətnaməni rəsmi sənəd kimi müəssisə (idarə, təşkilat)
rəhbəri verir, onu ən azı iki məsul şəxs (əsasən, həmkarlar təşkilatının
sədri, şöbə müdiri) imzalayır, müəssisənin möhürü ilə təsdiqlənir və
verilmə tarixi qeyd edilir.
190
Nümunə:
Xasiyyətnamə
Verilir 1992-ci il noyabr ayının 30-da Lənkəran rayonunun Digah
kəndində
anadan olmuş, azərbaycanlı, orta təhsilli, bitərəf Əyyub
Etibar oğlu Pirverdiyevə.
Pirverdiyev Əyyub Etibar oğlu 2009/2010-cu tədris ilində Azərb.
DBTİA-ya
daxil olmuş, I kursun kredit ballarını vaxtında yüksək
səviyyədə toplamış və hazırda II kursda (qrup TA 9- 12) oxuyur. Bu
müddət ərzində özünü tərbiyəli, ünsiyyətli və nəzakətli bir tələbə kimi
göstərmiş, dərin bilik nümayiş etdirərək tələbə yoldaşlarının və
professor-müəllim heyətinin dərin rəğbətini qazanmışdır. O özünün
intizamı ilə həmişə yoldaşlarına
nümunə olmuş, heç vaxt dərslərə
gecikməmiş və üzürsüz səbəbdən dərs buraxmamışdır. Qrupun
nümayəndəsi kimi kollektivin ictimai həyatında da fəal iştirak edir,
dekanhqla və tələbə həmkarlar ittifaqı ilə əlbir işləməyi xoşlayır. Milli
vətənpərvərlik mövzusunda hazırladığı məruzə (elmi
rəhbəri
professor Məmməd Nəsrullayev) tələbələrin illik praktik
konfransında birinci yerə layiq görülmüş,
məruzənin tezisi nəşr
olunmaq üçün Akademiyanın elmi hissəsinə götürülmüşdür.
Pirverdiyev indiyə qədər heç bir inzibati cəza almamışdır.
Xasiyyətnamə Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin "Gənclərlə iş" şöbəsinə təqdim edilmək üçün verilir.
Dostları ilə paylaş: