illərində Azərbaycan Respublikası Elmlər Akademiyasının Dilçilik
İnstitutu nəzdində nitq mədəniyyəti şöbəsi fəaliyyətə başlamış, nitq
mədəniyyəti məsələlərinə həsr edilmiş kitablar (Abdullayev A.S. Nitq
mədəniyyəti və natiqlik sənəti. Bakı, "Maarif' nəşriyyatı, 1981;
Yusifov M. Nitq mədəniyyətinin əsaslan. Bakı, 1998; Həsənov H.
Nitq mədəniyyəti və üslubiy- yatın əsasları. Bakı, 1999; Əliyev
K.Nitq mədəniyyəti və üslu- biyyatm əsasları. Bakı, 2001;
Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı,
2008; Babayev A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, 2009.)
nəşr olunmuş, 80-ci illərdən isə bəzi ali məktəblərdə tədris planına
daxil edilmişdir.
Nitq mədəniyyəti adı altında düzgün və aydın danışıb-yazmaq
sənəti, nitqdə müxtəlif dil vasitələrindən məqamında, eyni zamanda
məqsədəuyğun şəkildə istifadə olunması, nitqin aydınlığı, təmizliyi,
münasibliyi, imkan daxilində ifadəliliyi, sözlərin ədəbi dilin orfoepiya
qaydalarına uyğunluğu nəzərdə tutulur. Deməli, dilin lüğət tərkibinə
dərindən bələd olmaqla onun fonetik və leksik sisteminə, eləcə də
qrammatik quruluşuna aid olan müəyyənləşmiş normalara
yiyələnmək və gündəlik ünsiyyətdə ondan faydalanmaq nitq
mədəniyyətidir.
Qrammatik və məntiqi cəhətdən düzgün qurulmuş cümlələrdə
ədəbi dilin orfoqraflya və orfoepiya normalannm praktik şəkildə
tətbiq olunması, vurğu və intonasiyanın gözlənilməsi bacarığı nitqin
normativliyini şərtləndirir. Dilçilər nitq mədəniyyəti fənninin
Dostları ilə paylaş: