tərmişlər. Fəqət buna nail ola bilməmişlər. Əcdadlarımız Azərbaycan
dilini yad təsirlərdən qoruyub saxlamış və yaşatmışlar.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası neçə
əsrdən sonra Azərbaycan dilini ikinci dəfə dövlət dili elan etmişdi.
1991-ci ildə respublikamız müstəqillik qazanandan sonra Azərbaycan
dilinə rəsmi dövlət dili statusu verilmişdir. Bu gün dilimiz zəngin
ifadə vasitələrinə, mükəmməl qrammatik quruluşa, kamil əlifbaya,
orfoqraflya və orfoepiya qaydalarına, üslubi normalara malik bir dil
səviyyəsinə yüksəlmişdir.
Dostları ilə paylaş: