Suleyman-m teze qxd


Azərbaycan  dilinin dövlət dili hüququ



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə7/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   2   3   4   5   6   7   8   9   10   ...   153
Nitq-mədəniyyəti(1)

Azərbaycan 
dilinin dövlət dili hüququ 
qeyd edilməsinə baxmayaraq onun bu 
hüququ tam mənası ilə təmin olunmurdu. Mətbuatda, radio-televiziya 
verilişlərində, təlim-tədrisdə bu dilə geniş yer ayrılsa da, Moskvaya, 
Sovet dövləti və Kommunist partiyası rəhbərliyinə xoş gəlsin deyə 
respublikamızda rəsmi dairələrdə, təşkilatlarda, dövlət idarələrində 
ana dilimiz işlədilmirdi, yazışmalar, rəsmi-kargüzarhq sənədləri bu 
dildə aparılmırdı, ona sayğısızhq vardı. Sovet hakimiyyəti illərində 
partiya və dövlət məclislərində, iclaslarda, qurultay, plenum, 
konfrans, simpozium və sessiyalarda rəsmi sənədlər, mühazirə, 
məruzə və çıxışlar rus dilində aparılırdı. VII-XVIII əsrlər arasında 
yazılmış elmi əsərlər ərəb-fars dillərində idi, bu dillər eyni zamanda 
dövlət və tədris dili idi. XIX- XX əsrlərdə isə bu missiyanı artıq rus 
dili oynayırdı. 1920- 1991-ci illərdə rus dilinin SSRİ-də rəsmi dil kimi 
qəbul edilməsi nəticəsində rus dili aparıcı dil, milli dillər isə ikinci 
dərəcəli dil kimi fəaliyyət göstərirdi. Deməli, Azərbaycanda da 
Azərbaycan dili məişət dili kimi işlədilirdi. Çox şükürlər olsun ki, 
respublikamız müstəqillik qazanandan, 1995-ci il noyabrın 12- də isə 
xalqımız referendum yolu ilə Azərbaycan Respublikasının 
Konstitusiyasını qəbul edəndən sonra Azərbaycan dili, sözün həqiqi 
mənasında rəsmi dövlət dili oldu. Burada yazılmışdır: "Azərbaycan 
Respublikasının 
dövlət 
dili 
Azərbaycan 
Respublikası 
Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq 
Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan 
Respublikası vətəndaşının borcudur". İndi Azərbaycan dili dövlət dili 
kimi ölkəmizin siyasi, ictimai, iqtisadi. 
20 


elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Hər il avqust 
ayının 1 -i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və 
Azərbaycan dili günü kimi qeyd edilir. 
Azərbaycan dili dövlət statusu alandan sonra dil üslubları da 
işlənmə genişliyi qazandı, bədii və məişət üslubları ilə yanaşı elmi, 
publisistik və rəsmi-kargüzarlıq üslubları da tam hüquqlu dil üslubları 
kimi inkişafının yüksək səviyyəsinə doğru qalxmaqdadır. Dilsiz nitq, 
nitqsiz mədəniyyətin olmadığını nəzərə alsaq, nitq mədəniyyəti də bu 
axma qoşulmuşdur. Nitq mədəniyyəti 1920-1960-cı illərdə ən çox dil 
mədəniyyəti, yazı mədəniyyəti terminləri ilə verilirdisə, 1960-cı ildən 
sonra nitq mədəniyyəti artıq dilçiliyin müstəqil bir sahəsi kimi 
fəaliyyət göstərməyə başlayır, 1978-1992-ci illərdə "Nitq 
mədəniyyəti məsələləri" adlı məcmuələr nəşr etdirilir. Hazırda X 
sinfin Azərbaycan dili dərsliyində nitq mədəniyyətinə xüsusi bölmə 
aynimışdır. 
Elmi-texniki inqilabın müvəffəqiyyətlə həyata keçirilməsində və 
yeni insan tərbiyəsi kimi çox mühüm işdə normallaşdml- mış dil 
quruculuğunun, yəni nitq mədəniyyətinin durmadan yüksəlməsinin 
böyük əhəmiyyəti vardır. 
Xalqımız sözü, gözəl nitqi, xüsusən də danışığı həmişə yüksək 
qiymətləndirmişdir. "Xoş söz könül açar, ucuz söz qan qaraldar", el 
arasında sözünün yerini bilənə, gözəl danışana "Dilinə qurban", 
"Özünə də qurban, sözünə də", yersiz danışana, məqamını 
gözləməyənə "Əvvəl düşün, sonra danış", "Dilin qurusun", "Nə özünü 
bilir, nə sözünü", "Sözünü yeyəsən", "Ağzının qaytanı yoxdur", 
"Ağzından qan iyi gəlir" - demişlər. Bir bayatıda "Məclisdə məqam 
gözlə. Hər sözün öz yeri var" - deyə sözün məqamını gözləmək 
tövsiyəsi verilir. Belə yanaşmaya atalar sözləri, zərb-məsəllər və 
aforizmlərdə də rast gəlirik; "Dadlı söz dost qazandırar, acı söz 
düşmən", "Danışan dağı aşar, danışmayan yolu çaşar", "İki dinlə, bir 
söylə", "Sözü əvvəl ağzında bişir, sonra düşür". Bütün bunlar 
Azərbaycan türklərinin - biz azərbaycanhlann qədim zamanlardan 
sözə, sözün ecazkar qüvvəsinə, nitqə, danışıq qabiliyyətinə 
münasibətini göstərir. 
Z1 


Nitq mədəniyyəti nitq anlayışı ilə paralel işlənsə də, onlar eyni 
məzmunda deyildir. Ümumxalq səciyyəsi daşıyan dil və nitq xalq 
mədəniyyətinin tərkib hissələridir. Xalqın mədəni inkişafı dildə daima 
yeni söz və terminlərin yaranmasına səbəb olur. Mətbuatın, radio, 
televiziya verilişlərinin kütləviləşməsi xalqın nitq mədəniyyətinin 
yüksəlməsinə güclü təsir göstərir. Yeni-yeni söz və terminlərin, 
xüsusən alınma sözlərin hesabına dilimizin lüğət tərkibi zənginləşir. 
Bu sahədə elmi-texniki və idman terminləri çoxluq təşkil edir. 
İnsanların ümumi mədəni səviyyəsinin inkişafı hesabına ədəbi dillə 
xalq danışıq dili arasında yaxınlaşma sürətlənir və bu prosesin nəticəsi 
olaraq xalqın nitq mədəniyyəti səlisləşir, nitq forması kimi 
elmi-kütləvi üslub formalaşır. 
Dil ünsiyyət vasitəsi, nitq isə ünsiyyət prosesidir. Dilsiz nitq 
yoxdur. İnsan öz dünyagörüşü və savad dərəcəsindən asılı olaraq dilə 
şüurlu münasibət göstərərək onun hazır modellərindən məqsədəuyğun 
istifadə nəticəsində öz nitqini qurur. Deməli, nitq yalnız dilin ifadə 
imkanları əsasında meydana gəlir. 
Dilin və nitqin quruluşuna eyni meyarla yanaşmaq olmaz. Dilin 
quruluşu onun böyük vahidi cümlədə öz əksini tapır, həm də o, 
danışanın ifadəsindən, fərdi zövqündən tam asılı deyildir. Nitqin 
quruluşu isə cümlədən başlanır, cümlələr silsiləsini, abzas- lan, 
bütövlükdə fikrin tamamlanmasını bildirən mətni əhatə edir. Deməli, 
dil sisteminin ən böyük vahidi nitq sisteminin ən kiçik vahidinə 
çevrilir. Nitqin quruluşu danışanın təhsil səviyyəsi, dünyagörüşü, 
fərdi zövqü və s. amillərlə bağlıdır. 
Nitqin formalaşıb kommunikativ funksiya daşımasında bir sıra 
fizioloji, psixoloji və ictimai amillər iştirak edir. Dilin nitqə 
çevrilməsi çox mürəkkəb bir proses olub insanın sosial həyatla, onun 
fiziologiyası və psixologiyası ilə əlaqədardır. Bunlann qarşılıqlı 
əlaqəsi əsasında nitq axını fəaliyyətə başlayır. Hiss üzvləri, xüsusən, 
eşitmə, görmə orqanları, danışıq üzvləri, xüsusən səs aparatı və 
şüurun akkumulyatoru rolunu oynayan baş-beyin normal inkişaf 
etməmişsə, dinləyib anlama, danışma, oxu və yazı formalannda 
mütləq qüsurlar meydana çıxacaqdır. Əgər in 
22 


san hər hansı bir dildə danışıb yazırsa, əbyektiv və subyektiv tələbləri 
nəzərə alaraq ənun bu dildən istifadəetmə üsulu nitq fəaliyyətini təşkil 
edir. "Nitq, şəxsin müəyyən kəllektiv üzvləri ilə qarşılıqlı əlaqə 
saxlamaq məqsədilə dildən istifadə etmək fəaliyyətidir. Nitqin əsas 
məqsədi infərmasiya (məlumat, xəbər) mübadiləsi yaratmaqla 
infərmasiyanm ötürülməsi və qəbul edilməsidir. Lakin bununla yanaşı 
nitq infərmasiyanm qeydə alınması və saxlanılması məqsədinə də 
xidmət edir" (M.Məhərrə- mov. Psixələgiya. Bakı, 1968, səh.110). 
Dil və nitq anlayışlan bir-biri ilə qarşılıqlı əlaqədə olub bir- birini 
tamamlasa da, ənlann tətbiq əlunma sahələri fərqlidir. Dil 
mədəniyyəti anlayışı altında hər xalqın öz dilində fikirlərini ifadə edə 
bilməsi nəzərdə tutulur. Hər dilin özünəməxsus fonem- lər sistemi, 
zəngin lüğət tərkibi, sabit qrammatik quruluşu və yazı sistemi vardır. 
Dil dəyişən, inkişaf edən ictimai hadisədir, dil mədəniyyəti də əna 
uyğundur, dəyişkəndir. Elm və texnikanın inkişafı ilə əlaqəli dil yeni 
yaranan söz və terminlər hesabına zənginləşir. Dil ictimai həyatda 
qazanılmış bilik və məlumatların söz və cümlələrlə ifadəsi, fikir 
mübadiləsinin ən ümdə vasitəsidir. Dilin bu xüsusiyyətini XVI əsrdə 
yaşamış italyan yazıçısı Makiavelli - "Dil insana öz fikirlərini açıq 
bildirmək üçün yox, gizlətmək üçün verilmişdir" - ifadə edirdi, 
məşhur natiq Ta- leyran da elə o formada - "Dil fikri açmaq üçün yox, 
fikri gizlətmək üçündür" - deyirdi. İmam Həzrət Əli söyləyib: "İnsan 
öz dilinin altında gizlənibdir, danışmaymca onun ağıllı və ya ağılsız 
olması bilinmir". Xalqımız haqlı olaraq deyir: "Dil insanın özüdür". 
Dil öz daxili qanunları ilə tənzimlənir, yeni milli sintaktik 
konstruksiyalar yaranır, köhnə ünsürlər, elementlər, formalar dilin 
passiv fonduna keçir, ya da dildən çıxır. Obyektiv aləmdə, 
cəmiyyətdə baş verən dəyişikliklər dilə təsir göstərir. Dilin vəzifəsi 
yalnız fikir mübadiləsi aparmaq, informasiyanı ötürmək və qəbul 
etmək, ünsiyyət vasitəsi olmaqla bitmir. Dil olmasa idi, bəşəriyyətin 
mənəvi ruhu sayılan yazılı və şifahi ədəbiyyat xə 
23 


zinəsi, bütün dünyəvi və dini əsərlər yaranmaz, təbiətin sirləri hər 
xalqda, hər əsrdə yenidən tədqiq olunardı, inkişaf yerində sayardı, 
bütün bəşəriyyətin ixtiyanna verilməzdi. Bu xüsusiyyəti nəzərə alaraq 
demək olar ki, dil təbiətinə görə bəşəri, yalnız xidmətinə görə millidir. 
Fikir nitqlə ifadə olunur, nitqdə formalaşır. Dil və nitq arasında 
əlaqə obyektiv zərurətdir, çünki dil öz varlığını nitqdə, nitq isə öz 
mənbəyini dildə tapır. Nitq prosesi olmazsa dil, dil olmazsa nitq 
prosesi təzahür edə bilməz. Nitq dilin inkişafı üçün şərait yaradır. 
Dilin lüğət tərkibində və qrammatik quruluşunda baş verən yeniləşmə 
nitqdə özünü göstərir. Nitqdə baş verən dəyişikliklər dildəki köhnə 
sxemləri, modelləri yeniləşdirir və bu yeniliklər dildə öz əksini tapır. 
Nitq bir şəxs tərəfindən söylənilir, başqaları tərəfindən dinlənilir. Nitq 
prosesində hər kəs özü bacardığı şəkildə danışır, yazır. Axı nitqin 
funksiyası ünsiyyət yaratmaq, məlumat çatdırmaq, həmsöhbət 
tapmaqdır. Nitq də yalnız dil vasitəsilə ünsiyyətə xidmət edir. 
Görkəmli Azərbaycan yazıçıları nitq və dil məsələlərinə xüsusi 
diqqət yetirmişlər. Şah İsmayıl Xətai yazmışdır: 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin