Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə172/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   168   169   170   171   172   173   174   175   ...   196
Milli Kitabxana

403


qabaq-qabağa oynamağa başladı. Bu xəbər bir anda ağalıq xidmətçilərinə yayıldı.

Onlar  dəstə ilə yüyürüb  qapının  ağzından  tamaşa  etməyə başladılar.  Bu  xəbər

Pəricahan xanıma da çatdı. O da tamaşaya gəldi. Ancaq o, qızının oynamağına əsla

şad olmayıb acığından bilmirdi ki, nə etsin.

Qızlar oynamaqlarını bitirdilər, hər tərəfdən onlar alqışladılar. Hüseynqulu ağa

fərəhlənib qızını bağrına basdı. Bəylər onu tərif edib başını sığalladılar.

Bir  azdan  sonra  Pəricahan  xanım  qulluqçusunu  göndərib  Ağca  xanımı  yanına

çağırtdı.  Hüseynqulu  ağa  duydu  ki,  arvadı  qızını  tənbeh  etmək  üçün  çağırır.  Bu

fikir düz də çıxdı. O biri otaqdan Pəricahan xanımın bağırtısı gəlirdi. Hüseynqulu

ağa  səbir  edə bilməyib  qonaqlardan  üzr  istədi  və Pəricahan  xanımın  yanına  gəlib

gördü ki, Ağca xanım hönkürtü ilə ağlayır və Pəricahan xanım da qışqırır:

-

De görüm, bu oynamağı sənə kim öyrətmişdir?



Hüseynqulu ağa dedi:

-

Buyur, cavabım mən verim, bunu Qaraca qız öyrətmişdir. Sözün nədir?



-

Qaraca  qız  onu  harada  görürdü  ki,  öyrətsin.  Mən  onunla  görüşməyi

qadağan etməmişdimmi?

-

Sən etmişdin, lakin mən etməmişdim. Bu evin sahibi mənəm, yoxsa sən?



Kimin həddi var bundan sonra mənim əmrimdən çıxsın...

Pəricahan xanım indiyə qədər ərini bu dərəcədə hirsli görməmişdi.

-

İndi ki, belədir, daha mən bu evdə nə üçün oturmuşam.



-

Özün  bilərsən,  oturursan-otur,  gedirsən-get.  Bunu  bilməlisən  ki,  bundan

sonra mən öz istədiyim kimi davranacağam.

O  biri  otaqdan  bəylər  onun  səsini  eşitdilər.  Rəhim  bəy  və Səlim  bəy  onun

ailəsinə məhrəm  olduqları  üçün  onları  sakit  etməyə gəldilər.  Hüseynqulu  ağanı

çəkib  o  biri  otağa  apardılar. Bu  itifaqdan  qonaqlar  pərişan  olub  bir-bir  dağılmağa

başladılar.  Ancaq  Rəhim  bəy  ilə Səlim  bəy  qaldılar  ki, ər  ilə arvadı  barışdırıb,

getsinlər.  Bunlar  istədiklərinə çatdılar.  Hüseynqulu  ağanın  hirsi  yatıb  arvadına

dedi:

-

Nə üçün razı olmursan Ağca xanım oynasın, oynamağın nə zərəri var ki?



Səlim bəy dedi:


Milli Kitabxana

404


-

Pəricahan xanım, mənim qızım Ağca xanım kimi oynamaq bilsəydi, onun

başına  dolanardım.  Amma  nə etməli  ki,  atası  kimi  şüursuz  çıxıb,  ayaq  atmağı  da

bilmir.


Rəhim bəy dedi:

-

Uşaq tayfası Ağca xanım kimi oynamağa, gülməyə yaranmışdır.



Yoxsa, mənim qızım kimi qaradinməzdən nə fayda.

Pəricahan xanım onun sözünü kəsərək dedi:

-

Mən dəmirəm ki, qızım oynamaq bilməsin, lakin mən deyirəm ki, Mehdi



ağanın  nəvəsi  Ağca  xanıma  bir  qaraçı qızı  ilə yoldaş  olub,  oturub-durmaq

yaraşmaz. Bu ittifaqdan sonra, mən Ağca xanımı burada qoya bilməyəcəyəm. Mən

irəliki  kimi  şəhərə köçəcəyəm  və qızımı da pansiona  verəcəyəm.  Hüseynqulu ağa

burada qalsın, çünki şəhərdə yaşamağı sevmir.

Hüseynqulu ağa buna razı oldu.

* * *


Sabahısı günü Ağca xanım anası ilə şehərə köçdü. Yazıq qızcığaz istəkli dostu

Qaraca  qızla  görüşe  bilmədi.  Ağca  xanımın şəhərə koç-məsi  Qaraca  qıza  böyük

təsir  etdi.  Bir  tərefdən  Ağca  xanımın  aynlıq  həsrətİ,  o  biri  terəfdən  də onun  ata-

anasının arasma ədavət düşməsi Qaraca qızı çox qəmgin edirdi. Onu şad edən bir

şey  varsa,  o  da  qonaqlıqda  zühur  edən  ittifaqdan  sonra  Hüseynqulu  ağanın

günlərini dostu Səlim bəy və Rəhim bəygildə keçirib öz evində az görünməsi idi ki,

beləliklə də Qaraca qızı da oynanıağa çağırmırdı. Bundan elavə Qara-ca qız özü də

oynamağı tərk etmişdi. O, günlərini bağda keçirirdi. Yoldaşı da Qara köpək idi. Bu

it Qaraca qızla elə dost olmuşdu ki,  yanından iraq olmaq istəmirdi. Qaraca qız da

onu  elə öyrətmişdi  ki,  hər  istədiyini  edirdi.  Piri  kişi  həmişə bunları  bir  yerdə

görəndə gülüb deyirdi:

- İki qara yaxşı tapışmısınız.

Bir  ittifaqdan  sonra  Qaraca  qızın  Qara  köpəyə məhəbbəti  daha  da  artmışdı.

Belə ki,  bir  gün  Qaraca  qız  moruq  yığmaq  qəsdi  ilə cəvərəni  görürüb  meşəyə

getmişdi.  Qara  köpək  də yanında  idi.  Meşə Hüseynqulu  ağanın  mülkündə idi.

Qaraca qız azmaqdan və meşə heyvan-





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin