Milli Kitabxana
405
larından qorxmurdu, çünki hər iki halda qara köpəyin onu xilas edə biləcəyini
anlayırdı. Meşədə cəvərəni moruq ilə doldurub evə tərəf üz qoydu. Meşənin
içindən dəmir yolu gedirdi. Qaraca qız yolu keçdiyi zaman ayağı büdrəyib yıxıldı
və moruğu yola töküldü. Bunu yığan vaxt vaqon qatarı göründü. Qaraca qızın başı
moruğunu qarışıb qatarın gəlməsindən xəbəri yox idi. O vaxt Qara köpək meşədən
yola çıxdı və Qaraca qızı başı aşağı moruğ yığan və qatarı iti gələn görüb ildırım
kimi götürüldü və Qaraca qıza elə döş vurdu ki, o da, özü də derəyə uçdular,
Qaraca qızm sağ ayağı kola ilişib qanadı. Bunun ağrısından və Qara köpəyin belə
hərəkətindən acıqlanıb qışqırdı. Amma başını yuxarı qaldırdıqda vaqon qatarının
keçdiyini gördü. Qaraca qız anladı ki, ağıllı köpək onu bu tövr ölümdən
qurtarmışdır. Ona görə də dərhal acığı yatdı və Qara köpəyin başını sığallayıb, onu
əzizlədi. Sonra yola çıxdı ki, görsün cəvərəsi necə olmuşdur. Gördü ki, ondan
ancaq qırılıb yerə tökülmüş çöplər qalmışdır. Qaraca qız ölümdən qurtarmasına
çox şad olub, cəvərənin tələf olmasına bir o qədər də yanmadı.
Bu xəbər gedib şəhərə də çatmışdı. Ağca xanım dostu Qaraca qızın ölümdən
xilas olmasına çox şad olub atasına yazdığı məktubun içində bir şahı iriliyində zərli
bir kağız da qoymuşdu ki, bu da mənim tərəfimdən Qara köpəyə bəxşiş olsun.
* * *
Yayın axır günləri idi. Ağca xanımın pansiona girməsinə az qalmışdı. O,
anasından rica etdi ki, bu axır günlərini kəndlərində keçirməyə izin versin.
Pəricahan xanım razı olub dedi:
- Yaxşı, qızım, mən özüm də səninlə bərabər oraya gedəcəyəm ki, bir az rahat
olaq. Yoxsa, burada gəlib-gedənlərin əlindən bir dəqiqə asudə deyiləm. Ancaq
Ağca, şərtim budur ki, o qaraçı qızı ilə tamamilə əlaqəni kəsməlisən. Sən bəy
qızısan, elə rəiyyət qızı ilə oturub-durmaq sənə yaraşmaz. O gün atan şəhərə
gəlmişdi özü tutduğu əməlindən peşiman olmuşdur. O deyirdi ki, mən arvadımın
acığına Ağcanı Qaraca qızla görüşdürürdüm. Yoxsa, qızımın öz qaravaşilə dostluq
etməsinə heç mən də razı deyiləm. Bağın meyvəsi dərildikdən sonra Piri kişini də,
Qaraca qızı da qovacağam.
Milli Kitabxana
406
Bu xəbərdən Ağca xanım qəmgin və pərişan oldu. O, indi kəndə getməsinə şad
deyildi. O idi ki, səhəri günü anası onu yuxudan qaldırdıqda dedi:
-
Ana, mən kəndə getmək istəmirəm.
-
Nə üçün, dünən sən özün dəmirdinmi? Qalx, tənbəllik etmə. Ağca xanım
istər-istəməz qalxıb geyindi. Pəricahan xanım kəndə gələcəklərini teleqrafla
Hüseynqulu ağaya xəbər verdi.
Qatar stansiyada dayandıqda Ağca xanım pəncərədən atasını görüb çağırdı.
Vaqondan endikdə Ağca xanım Qaraca qızı kənarda durmuş gördü. Pəricahan
xanımın başı şeylərinə qarışmışdı. Nökərlər şeyləri alıb faytona yığırdılar. Ağca
xamm bundan istifadə edərək, gizlincə, Qaraca qızın yanına qaçıb onunla görüşdü.
-
Tez ol, get, xanım bizi burada görməsin, yoxsa yenə acığı tutar, - deyə
Qaraca qız Ağca xanımı tələsdirdi.
-
Doğru deyirsən, sonra görüşərik, - deyə Ağca xanım ata-anasına yanaşdı
və faytona minib yola düşdülər.
Ağalar qapıya çatdıqda xidmətçilər həyətdə cərgə ilə düzülüb zalım xanımın
qorxusundan tir-tir əsirdilər. Bunların içində Piri kişi də vardı. Pəricahan xanım
Qaraca qızı orada görməyib, qızının ürəyini ondan soyutmaq üçün rişxənd ilə dedi:
-
Qızım, bu da dostun Qaraca qızın vəfası, gör səni necə tez yadından
çıxarmış.
Ağca xanım anasının bu tənəsinə səbir edib, sirrin üstünü açmadı. Sabahı günü
Mariya İvanovna da gəlib çıxdı. Ağca xanımın buraya gəlməkdə məqsədi Qaraca
qız ilə gün keçirmək idi. O da mümkün olmadığından çox bikef və qəmgin idi.
* * *
Qaraca qız da qəmgin idi. Komadan çıxmaq istəmirdi. Gün çıxıb qalxmışdı.
Qaraca qız oyanmışdısa da, hələ yerindən qalxmamışdı.
-
Qızım, nə çox yatmısan, sən heç belə gecikməzsən, azarlı deyilsən ki, -
deyə Piri kişi soruşdu.
-
Yox, baba, azarlı deyiləm, amma durmağa heç könlüm yoxdur.
|