Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ


Pərdə Milli Kitabxana 151 SƏADƏT ZƏHMƏTDƏDİR



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə63/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   59   60   61   62   63   64   65   66   ...   196
Pərdə


Milli Kitabxana

151


SƏADƏT ZƏHMƏTDƏDİR

Bir pərdədə, üç şəkil

ƏFRADİ ƏHLİ MƏCLİS

Ş a h z a m a n -şah.

Ş ə m s ə d d i n -vəzir.

C ə m a l ə d d i n -vəkil.

Ş e y x İ b r a h i m -alim.

D u d a n - əcnəbi bir təbib.

M ə n s u r - xidmətçi.

B u l q e y s -kəniz.

C e f e r k i ş i - ixtiyar bir kəndli,

A b d u l l a -dərviş.

BİRİNCİ  ŞƏKİL

Səhnə Şahzamanın sarayını göstərir. Şəmsəddin, Cəmaləddin Şeyx

İbrahim məsləhət üçün cəm olublar.

Ş ə m s ə d d i n. Ey məmləkətimizin əyanları! Tam bir aydır ki, cavan şahimiz

bu  mərəzi-bidərmana  düçar  olmuş.  Vilayətimizdə bir  alim,  bir  təbib  qalmamış  ki,

ona  müalicə etməmiş  ola.  Fəqət  indiyə kimi  bir  səmərə verməmiş.  İndi əcnəbi

ölkədən Dudan namində bir alim biəvəz, təbibi-binəzir çağırılmış ki, şaha müalicə

etsin. Hərgah bu da bir şey bacarmazsa, ümidimizi ondan üzməliyik.

Dudan məyus bir halda şahın xabıgahından

1

cıxıb gəlir.



C ə m a l ə d d i n.  Həkim,  sizi  məyus  görürüz,  şahın sağlamlığına  ümid

yoxmu?


D u d a n.  Təbabətdə ümdə şərt  mərəzi  tapmaqdır,  müalicəsi  asandır.  Mən

Şahzaman  həzrətlərinin mərəzin  tapmadım.  Zahiri  və batili əzalələri  sağlam, əqli

yerində,  huşu  özündə.  Boylə olan  surətdə xörəkdən  kəsilməsi  nə illətdəndir?

Anlaya bilmirəm.



Xabıgah - yataq yeri.


Milli Kitabxana

152


Mənsur daxil olur.

M ə n s u r. Bir dərviş qibleyi-aləmə müalicə üçün gəlmiş, izin istəyir.

Ş ə m s ə d d i n. De, gəlsin.

Mənsur çıxır.

Ş e y x İ b r a h i m.  Zəmanəmizin Ərəstü  və Əflatunu  hesab  olunan  Dudan

əfəndilər müalicə etməkdə aciz olduqda bir dərvişmi edəcəkdir?

C ə m a l ə d d i n.  Bilmək  olmaz,  bəlkə dərviş  vilayətləri  gəzərkən  boylə

mərəzə mübtəla olmuş və onun müalicəsin öyrənmiş.

Abdulla daxil olur.

A b d u l l a. Şahzaman həzrətlərinin xəstəliyini eşidib gəlmişəm. İzin var isə baxım.

Ş ə m s ə d d i n.  Ağa  dərviş,  siz  burada  gözləyin,  şah  həzrətlərindən  izin  alım.  (İçəri

girir.)

Ş e y x İ b r a h i m. Ağa dərviş, təbibi-binəzir Dudan əfəndi şah həzrətlirinin mərəzini

tapmamış.

D u d a n. Təəccüb birmərəz! Mədəsi sağlam olduğu halda heç bir xörəyi götürməyir.

A b d u l l a. Bəs indiyə kimi təamı nə olmuş?

C ə m a l ə d d i n. Şah həzrətləri xurmadan başqa bir şey yemir.

Ş  e  y  x    İ  b  r  a  h  i  m. O da bağçasındakı  kənizin  zəhmətilə bəsləmiş  xurmanı - başqa

xurma ağaclarının barını yeyə bilməyir.

A b d u l l a. Ha, şah həzrətlərinin azarını anlayıram.

Şəmsəddin daxil olur.

Ş ə m s ə d d i n. Qibleyi-aləm cümlənizi hüzuruna dəvət edir.

Gedirlər.



Pərdə

İKİNCİ ŞƏKİL

Şahzamanın xabıgahını göstərir. Şah taxt üstündə uzanmış. Bulqeys, Şəmsəddin,

Şeyx İbrahim və Abdulla.

Ş a h z a m a n. Ağa dərviş, mərəzimdən nə anladın? Söylə.

A b d u l l a. Şah,  mərəzinizi  tapmışam.  Fəqət  müalicəsini  özünüzə məxfi

söyləyəcəyəm. Əmr ediniz burada kimsə olmasın.



Milli Kitabxana

153


Ş a h z a m a n. Ağa dərvişin xahişinə əməl gətiriniz.

Şəmsəddindən başqa cümləsi cıxır.

Ş ə m s ə d d i n. Qibleyi-aləm, əmrinizdən çıxmağa  üzr istəyirəm. Məhz  sizi

naməlum dərviş ilə tək qoymağa cürət etmirəm.

A b d u l l a. Şahım, əgər vəzirinizi özünüzə ən müqərrib bir şəxs sanırsınızsa

və mənim sizi bu mərəzdən xilas etmək tədbirimə mane olmazsa, burada qalmasına

razıyam.

Ş a h z a m a n. Ağa dərviş, Şəmsəddin mənim ən müqərrib vəzirlərimdəndir və

sənin tədbirindən çıxmaz, söylə.

A  b  d  u l  l a.  Şahim,  bu  mərəzdən  xilsa  olmaq  üçün  gərək  tam  bir  il  mənim

əmrimə tabe olub müalicəmi əmələ gətirəsiniz. Nə cür ağır təklif etsəm, bitirəsiniz.

Müalicə qəsdilə sizi  bir  ilin  müddətində vilayətimizi  seyr  etdirəcəyəm.  Təyin

etdiyim bir il tamam olduqda sizi sağ və salamat yenə buraya gətirəcəyəm. Əgər bu

şərtimə razısınızsa, dalını söyləyim.

Ş a h z a m a n. Razıyam, söylə.

A  b  d  u l  l a. Əcnəbi  vilayətə müalicəyə gedirəm – deyə elan  edirsiniz və

hökumət işlərini ərkani-dövlətə tapşırmağı əhaliyə məlum  edirsiniz. Onu da əlavə

edirəm ki, nərəyə getdiyiniz məxvi qalmalıdır. Bu gecə mənim ilə bərabər təqyiri-

libas olub saraydan çıxacağıq. Zəif olmağınıza görə bir kəniz də götürünüz ki, sizə

qulluq etsin.

Ş a h z a m a n. Şəmsəddin, ağa dərvişin tədbirinə nə deyirsiniz?

Ş ə m s ə d d i n. Şahım bir tədbir ki, zati-alilərinizin şəfa tapmağına səbəb ola -

mən nə deyə bilərəm.

Ş a h z a m a n. Onda ərkani-dövləti hüzuruma çağırınız.

Şəmsəddin çıxır.

Ş a h z a m a n. Ağa dərviş, mənim mərəzim nədən əmələ gəlmiş?

A  b  d  u l  l a.  Şahım,  təbiətdən  uzaqlaşıb,  onun  qanunun  pozmaqdan.  Mənim

müalicəm də sizi ona yavuqlaşdırmaq olacaqdır.

Ş ə m s ə d d i n. Cəmaləddin, Şeyx İbrahim daxil olurlar.

Ş a h z a m a n.  Ey ərkani-dövlət!  Bu  xəstəlikdən  xilas  olmaq  üçün əcnəbi

vilayətə müalicəyə gedirəm.  Hökumət  işlərini  sizlərə tapşırıram.  Mən  qayıdana

kimi Şəmsəddinin hökmünə tabe olmalısınız və





Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin