Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə99/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   95   96   97   98   99   100   101   102   ...   196
Küfr - dinsizlik


Milli Kitabxana

233


U s t a İ m a n. Arvad günah etdin, əstəxfar et. Mən ağamın qulluğuna gedirəm.

S ə l i m ə. Xeyr, sən ağanın yava kənizlərini siğə etməyə gedirsən.

U s t a  İ m a n. Arvad nə sarsaq-sarsaq danışırsan? Əgər mənə etibar etmirsən

bismillah buyur səni də aparım.

S ə l i m ə. Al ey, kül başına. Sən elə fikir edirsən ki, mən qısqanclıq edirəm?

Bəli, sənin gül camalına, sərvi-qamətinə aşiqəm.

U s t a  İ m a n. Aşiq olsaydın gedib cinatdel olmazdın.

S ə l i  m ə. Əlbəttə,  siz  məşədi-kərbəlayılar  jenotdeli  sevməzsiniz;  çünki

arvadlarınıza etdiyiniz zülmün qarşısını o alır.

A l l a h q u l u (ayağa qalxaraq). Ata, mən yaçeykaya gedirəm.

Səlimə o biri otağa gedir.

U s t a İ m a n. Bəs məni ötürməyə getməyəcəksən?

A l l a h q u l u. İclasımız tez qurtarsa gələrəm.

U s t a  İ m a n. Sənin o sabrannm mənim ziyarət səfərimdən əfzəldir ki, qalmaq

istəmirsən?

A l l a h q u l u. Əlbəttə, min qat əfzəldir. Biz yeni dünya, yeni həyat qururuq.

Sən və sənin yoldaşların da əski dünyadan bərk-bərk yapışıb bizə mane olursunuz.

U  s  t  a    İ  m  a  n. Siz  yeni  dünya tikmirsiniz,  insanları əski  bütpərəstliyə,  daha

doğrusu, dinsizliyə dəvət edirsiniz.

A l l a h q u l u. Sənnən mübahisə etməyə vaxtım yoxdur, get imama yalvar ki,

tezliklə bizi yıxsın. Yoxsa siz sadiq bəndələri də yoldan çıxardacayıq. (Çıxır.)

U s t a İ m a n (yalqız). Arvad - cinatdel, oğul - komsomol, qız -pənirkə, heç

bilmirəm imam həzrətləri mən günahkar atanın taqsırından keçəcəkdirmi?

M ə h ə m m ə d R ə h i m  (əlində bir  dolu  xurcun  daxil  olur.)  Usta əmi,

tapşırıqlarının  hamısını əmələ gətirdim.  Lakin  malları sən  deyən  qiymətə ala

bilmədim. Dükançılar malın qiymətini artırmışlar.

U  s  t  a    İ  m  a  n. Vay,  allahsizin insafınızı  kəssin.  Bidin  uşaqları bidin.  Elə

kommunxoz  yaxşı  eləyir  ki,  bu  alverçiləri  sıxır.  Beş  köpüyə aldıqları malı  bir

manata satırlar.

M ə h ə m m ə d R ə h i m. Puldan da bir az kəm oldu. Məşədi İbrahim  yüz

manat əvəzinə altmış  manat verdi,  dedi: əldə pulum  ancaq  budur.  Usta İman

ziyarətdən qayıdınca yerdə qalanı da hazırlayıb evə verərəm.




Milli Kitabxana

234


U s t a  İ m a n. Eybi yoxdur. O düz adamdır. Ancaq alanda özündə saxla, evə

vermə. Cümlətanı neçədir?

M ə h ə m m ə d R ə h i m. Altı yüz əlli manatdır. (Cibindən çıxarıb sayır.)

Nazlı daxil olur.

N a z l ı (Məhəmməd Rəhimə). A kişi, dayıma pul ver, Xorasandan mənə ipək

yaylıq alsın.

M ə h ə m m ə d R ə h i m. Pulum yoxdur. Bunlar dayının puludur. İrandan mal

alacaqdır.

N a z l ı. Bəs mənim başım yaylıqsız qalsın?

M ə h ə m m ə d R ə h i m. Hələlik  köhnəsilə dolan.  Sonra  alaram.  (Pulları



Usta İmana verir.) Buyurunuz, düz altı yüz əlli manatdır.

U s  t a   İ  m a  n (pulları  sayarkən). Bacı qızı, sənə yaylıq  da alacağam, başqa

sovqat da. Ancaq bu evdən, eşikdən muğayat ol. Yoxsa o dinsizlər mən gəlincə evi

soyacaqlar. Bir də mənim arvadıma qoşulub cinatdel olma.

N a z l ı. Dayı can, doğrudur, məni də yoldan çıxarmaq istəyirlər, lakin arxayın

ol, mən elə iş etmərəm ki, sizə binamusluq gəlsin.

M ə h ə m m ə d R ə h i m. Elə bir balaca o yan-bu yan elədin, o saat kəbinini

verib evdən qovacağam.

U s t a  İ m a n. Nazlı mənim namuslu bacımın qızıdır. O pis iş etməz.

Çöl qapı döyülür.

M ə h ə m m ə d R ə h i m. Nazlı o biri otağa keç. Yəqin axund Rəhmətullah

ilə Hacı İsmayıldır.

Nazlı yan qapıdan, Məhəmməd Rəhim orta qapıdan çıxırlar, sonra Axund Rəhmətullah,

Hacı İsmayıl, dallarınca Məhəmməd Rəhim daxil olurlar.

R ə h m ə t u l l a h. Səlamünəleyküm.

U  s  t  a

İ  m  a  n.  Vəəleyküməssəlam.  Çox  xoş  gəlmisiniz,  buyurunuz,

buyurunuz.

Otururlar.




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin