KÖVKƏBİ-HÜRRİYYƏT
1
Şahzadə nağıla başlayaraq deyir:
- Şahim, zamani-sabiqdə, Süleyman peyğəmbərin əsrində, tərəfi-şimalda bir
tayfeyi-əzim sakin idi. Bu tayfanın vətəni bir cənnət misal məkan idi ki, təbiət öz
gözəlliyini orada sübuta yetirmişdi. Lakin bu torpaq bir mərəzi-bidərmanə mübtəla
olub, o gözəl nemətlərdən məhrum qalmışdı. Bu mərəz pirlik mərəzi idi: belə ki, 18
yaşında cavanın saçı-saqqalı ağarıb, bəli ikiqat olurdu. Əlləri, ayaqları əsib
gözlərinin nuru gedirdi. Həştad yaşında bir qocaya dönürdü. Bu xalqdan iyirmi beş
yaşına çatan olmamışdız. Bir gün bu tayfa məclisi-kübra qurub mərəzlərinə çarə
tapmağa şüuru etdilər. Lakin aciz qalıb məyus oldular. O vaxt onlardan biri
kürsüyə qalxıb dedi:
- Qardaşlar, biz özümüz bu azara çarə tapa bilmədik. Mənim başıma bir fikir
düşmüş; söylərəm, bəyənsəniz, onu əmələ gətirərik. Tərəfi-cənubda, Asiya
torpağında bəni-İsrail tayfasının arasında alim bir şəxs var. Bu alim hər bir çətin işə
əlac və hər bir dərdə dərman bilir. Ağıllı adamlar seçib, onun hüzuruna göndərək
və dərdimizə çarə istəyək.
Hamı bu təklifə razı oldu. Elçilər seçib, hədiyyələrlə bərabər, o alimin yanına
göndərdilər. Elçilər o zaman gəlib çatdılar ki, alim həzrətləri əyləşib, işə məşğul
idi. Elçilər divanxanaya daxil olub təzim etdilər və dedilər:
Ey tilsimlər açan, heyvanların, quşların dilini bilən, ey əcinnəyə hökmü çatan.
Biz, əhli-şimalıq. Yerimiz cənnətmisal bir yerdir. Xuda hər nemətini bizə əta
etmişdir. Lakin biz bir mərəzi-bidərmana mübtəla olmuşuq. Hənuz cavan ikən piri-
faniyə dönürük. Ey sultani-hökmran, bizə bir nəzər et. Bax, qamətimiz bükülüb,
saç-saqqalımız ağarmış, lakin heç birimizin yaşı iyirmidən ziyadə deyildir. Bu nə
mərəzdir? Lütf elə, çarəsini söylə.
Alim dedi:
- Ey əhli-şimal, bu azarın dərmanı kövkəbi-hürriyyətin şəfaətidir. O, ulduz
torpağınızın şərq tərəfində bir dağ dalında pünhandır. O dağ
Azadlıq ulduzu
Milli Kitabxana
242
təbii deyil, onu divlər hörüb sizi kövkəbi-hürriyyətin şəfaətindən məhrum etmişlər;
zamani ki, onu dağıtdınız, kövkəbi-hürriyyətin nuru canınıza sirayət edib ruh və
bədənlərinizi təzələyəcəkdir. Sizləri cavanlaşdırıb öz təbii halınıza salacaqdır.
Elə ki, elçilər dərdlərinin çarəsini bildilər, alimə artıq razılıq edib, şad və
xürrəm öz vətənlərinə qayıtdılar və vətəndaşlarını işdən hali etdilər, onlar da balta,
bel, kürək, ling və qeyri alət gotürüb dağı dağıtdılar və kövkəbi-hürriyyətin üzü
açıldı. Onun şöləsi üstlərinə düşüb cümləsini cavan etdi. İnsanlar ruha gəlib, al
libaslara girib bayram etdilər.
Lakin şadlıqları artıq davam etmədi. Bir müddət keçəndən sonra qara buludlar
kövkəbi-hürriyyətin üzünü tutub onu yenə pünhan etdi.
Milli Kitabxana
243
YUXU
Yuxumda özümü bir qaranlıq yerdə gördüm. Gözlərim heç şey seçmirdi. Lakin
ayaqlarımın altında torpaq olduğunu hiss edirdim. Bir müddət keçərək gözlərim
zülmətə
öyrəşdi. Yavaş-yavaş
ətrafımdakı
əşyanı seçməyə
qadir oldum.
Müqabilində bir səhra açıldı, orada qoyun sürüsü göründü. Sürüyə tərəf yönəldim,
yaxınlaşdıqda belə bir şəkil gördüm: qoyunlar başlarını yerə əyib, gözlərini ota
dikib guya otlamaq istəyirlər, lakin hərəkətsiz durmuşlar. Çobana gəldikdə o da
çomağının ucunu ovuclarına alıb çənəsinə dirsək vermişdi. Onda da heç bir hərəkət
yox idi. Mən təəccübdə ikən gözlərimə meşə və çay sataşdı. Oraya getdim. Meşədə
çoxlu heyvan və quş var idi. Fəqət bunlar da hərəkətsiz, sükuta getmişdilər. Hətta
çayın suyu görünərək sanki yuxuya dalıb dayanmışdı. Məni heyrət götürdü. Bu
anda sağ tərəfimdə qəbiristan və orada insanlar göründü.
- Gedim, onlardan harada olduğumu soruşum, - deyə yola düşdüm. Gəlib
çatdıqda gördüm ki, qəbirlər arasında əmmaməli, fəsli, papaqlı, sarıqlı insanlar
dərin yuxuya getmişlər.
- Xudaya, bu nə məxluq və nə məkandır ki, mənə rast gəlmiş?.. Bu fikirdə ikən
gözümə bir gün bəd dəydi. Yanına getdim. Günbədin heç bir qapısı yox idi. Lakin
mərmər divarın üzərində barmaq işarəsi, qapı bura olduğunu göstərirdi. Diqqətlə
baxdıqda bu yazını seçdim. "Bura zülmət aləmidir. İşıqlığa çıxmaq istəyənlərin
yolu buradır".
Yazının altında belə bir üçbucaq çəkilmişdi: l∆
ε
m. Onun hər guşəsindən qızıl
qarmaqlar asılmışdı. Bu tilsimi açmaq qəsdi ilə sağ qarmağı çəkib sol və üst
qarmaqla bitişdirdim, qapı açılmadı. Sonra sol qarmağı üst və sağ qarmaqla
bitişdirdim, yenə də açılmadı. Axırda üst qarmağı sol və onu da sağ qarmağa tərəf
çəkib bitişdirdim, o saat qapı açıldı. Mən girdim, qapı yenə üzümə örtüldü. Bir
qədər getdikdən sonra bir meydana çıxdım. Buradan 72 yol ayrılırdı.
Bunların hansı məni işıqlığa çıxarar - fikrində ikən yol başında, dirək üzərində
barmaq şəkli "İ" hərfini işarət etdiyini gördüm, o yolu tutub getdim. Başqa bir
meydana çıxdım. Orada da yol başında qondarılmış dirək üzərində "R" hərfi
yazılmışdı. Bu minval ilə hər meydanda, dirək üstündə "Ş", sonra "A" və axırda
"D" hərfləri göstərişi ilə qapıya çıxdım. Bu qapının üzərində dirəklər üstündə
yazılmış hərflər mürəkkəb olub, "İrşad" ləfzi yazılmışdı. Qapını açdıqda günəş
pəncərədən gözlərimə düşüb məni oyatdı.
Küçədən:
- "İrşad", "İrşad", təzə qəzet, - sədası gəlirdi.
Milli Kitabxana
244
Dostları ilə paylaş: |