Sumqayit döVLƏt universiteti faküLTƏ


Həlledicinin dəyişdirilməsi metodu



Yüklə 0,99 Mb.
səhifə17/22
tarix02.01.2022
ölçüsü0,99 Mb.
#47227
1   ...   14   15   16   17   18   19   20   21   22
Dispers sistem. tesn.

Həlledicinin dəyişdirilməsi metodu dispers mühitin tərkibi və xas­sə­lə­rinin dəyişdirilməsinə əsaslanır: hər hansı maddənin məhlulu qarış­dı­rıl­maq­la tədricən həmin maddənin həll olmadığı mayeyə əlavə edilir. Bu za­man həllolan maddənin molekulları kondensləşərək kolloid hissəciklər əmə­lə gətirir. Bu üsulla kükürd, fosfor, kanifol, antrasen və digər mad­də­lə­rin spirtdəki məhlularını suya tökməklə onların hidrozollarını almaq müm­kün­dür.
Qazların buxarların məsaməli cisimlərdə adsorbsiyası.

Polyaninin potensial nəzəriyyəsi
Daxilində məsamələr olan bərk cisimlər məsaməli cisimlər adlanır. Dispers sistemlərin aqreqat halına görə təsnifatına əsasən məsaməli cisimlər bərk dispers mühitli dispers sistemlərə aiddir.

Qeyd edilidyi kimi məsaməli cisimlərin müxtəlif təsnifatları mövcuddur. Onların ən geniş yayılmış təsnifatı M.M.Dubinin tərəfindən verilmişdir. Bu təsnifata görə I fəsildə göstərildiyi kimi məsaməli cisimlər 3 növə bölünür: makroməsaməli, keçid məsaməli (mezoməsaməli) və mikroməsaməli.

Makroməsaməli cisimlərdə məsamələrin radiusu 200 nm-dən böyük olur. Makroməsaməli cisimlərin xüsusi səthi 0,5-2 m2/q olur. Molekulların ölçüsü nəzərə alınarsa, onda bu məsamələri hamar səthlər hesab etmək olar. Makroməsamələr adsorbtiv molekullarının nəql kanalları rolunu oynayır və onlarda adsorbsiyanı nəzərə almamaq olar. Makroməsaməli cisimlərə Lənqmürün adsorbsiya nəzəriyyəsi tətbiq olunur.

Keçid məsaməli cisimlərdə məsamələrin radiusu 2-200 nm intervalında olur. Onların xüsusi səthi 10-500 m2/q –dır. Bu məsamələrin səthində kiçik təzyiqlərdə buxarların polimolekulyar adsorbsiyası baş verir, bu proses buxarın təzyiqinin artması nəticəsində kapilyar kondensləşmə ilə başa çatır. Keçid məsaməli sənaye adsorbentlərin silikagellər, alümogellər və alümosilikagellər aiddir.

Mikroməsaməli cisimlərdə məsamələrin ölçüsü adsorbsiya olunan molekulların ölçüsü tərtibindədir. Bu məsamələrin radiusu 0,5-2 nm intervalındadır. Bu cisimlərin xüsusi səthi 500-1000 m2/q və ya daha böyük olur. Mikroməsamələrin fərqləndirici cəhəti ondan ibarətdir ki, onlarda divarlar bir-birinə çox yaxın yerləşdiyindən səthi qüvvələrin sahələri bir-birini qapayır və bu qüvvə sahələri məsamələrin bütün həcmində təsir göstərir. Mikroməsamələrdə adsorbsiya potensialının artması adsorbsiya zamanı buxarların buxarın kiçik nisbi təzyiqlərində belə mikroməsamələrin adsorbat molekulları ilə dolmasına səbəb olur. Mikroməsaməli cismlərə mikroməsamələrin həcmi dolması nəzəriyyəsi tətbiq edilir. Mikroməsaməli adsorbentlərə seolitlər və bəzi aktivləşdirilmiş kömürlər aiddir. Sənaye adsorbentlərinin mikroməsamələrinin ümumi həcmi 0,5 sm3/q tərtibindədir.

Bu nəzəriyyə polimolekulyar adsorbsiyanın termodinamik təsviri üçün M.Polyani tərəfindən təklif edilmişdir (1915). Qeyd etmək lazımdır ki, Polyani nəzəriyyəsi faktiki olaraq Gibbs nəzəriyyəsinin xüsusi halıdır və konkret olaraq heç bir adsorbsiya izotermi vermir. Lakin buna baxmayaraq bu nəzəriyyədən makroməsaməli adsorbentlərdə buxarların böhran temperaturunda aşağı temperaturlarda adsorbsiyasını təsvir etmək üçün geniş istifadə olunur.

Polyani nəzəriyyəsinin əsas müddəaları aşağıdakılardır:


  1. adsorbentin səthində adsorbsiya yalnız fiziki qüvvələrlə bağlıdır;

  2. adsorbentin səthində aktiv mərkəzlər mövcud deyil, adsorbsiya qüvvələri səthin yaxınlığında təsir göstərir və səthdə fasiləsiz qüvvə sahəsi (potensial sahə) yaradır;

  3. adsorbsiya qüvvələri adsorbtiv molekulunun ölçüsündən böyük olan məsafələrə təsir göstərir, ona görə də deyilir ki, adsorbentin səthində adsorbsiya həcmi mövcuddur və bu həcmə adsorbtiv molekulları dolur;

  4. adsorbentin səthindən uzaqlaşdıqca adsorbsiya qüvvələrinin təsiri azalır və müəyyən məsafədə sıfıra bərabər olur;

  5. molekulun adsorbentin səthi tərəfindən cəzb olunması adsorbsiya fəzasında digər molekulların olmasından asılı deyil;

  6. adsorbsiya qüvvələri (additivlik xassəsinə malik olan dispersiya qüvvələri) temperaturdan asılı deyil, ona görə də adsorbsiya həcmi temperaturun dəyişməsi ilə dəyişmir;

  7. bütün adsorbsiya olunmuş maddə praktik olaraq səthdə maye halda olur.

Polyani nəzəriyyəsi məsaməli adsorbentlərdə adsorbsiyanı təsvir etməklə yanaşı S şəkilli izotermii də keyfiyyətcə izah edir.

Polyaninin polimolekulyar adsorbsiya nəzəriyyəsinin müddəalarından aydın olur ki, adsorbentin səthində səth qüvvələrinin yaratdığı sahə qravitasiya sahəsi ilə oxşardır (sahənin doymamışlığı, qüvvənin temperaturdan asılı olmaması).

Polimolekulyar adsorbsiya nəzəriyyəsinə əsasən adsorbsiya fəzasının kəsiyini nəzərdən keçirək (şəkil 5.1).





Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin