2.Neyron şəbəkələrin təsnifatı və onların əsas xüsusiyyətləri.
Adətən neyron şəbəkələri strukturalarına, təyinatlarına və siqnalların ötürülməsi istiqamətinə görə fərqləndirilir.po
Neyron şəbəkələr əsasən əlaqələrin istiqamətinə görə təsnif edilir. Siqnalların ötürülməsi istiqamətinə görə neyron şəbəkələri aşağıdakı şəbəkələrə ayırmaq olar: 1.əks əlaqəli - rekurent (feed-back)
2.əks əlaqəsiz – qeyri rekurent(feed-forward) ;
Əks əlaqəsiz şəbəkələrə aşağıdakı şəbəkələr daxildir:
-xətaların geriyə yayılması ;
Bu tip şəbəkələr fiksə olunmuş strukturu, iterasiyalı təlimləmə, çəkilərin səhvlərə görə korrektə edilməsi ilə xarakterizə olunur.
- Koqnitron və neokoqnitron;
Əks əlaqəsiz şəbəkələrdə bir layın neyronları siqnalları yalnız xarici mühitdən və ya əvvəlki layın neyronlarından qəbul edir və siqnalları ya xarici mühitə ya da sonrakı layın neyronlarının girişinə ötürürlər.
Əks əlaqəsiz şəbəkələrin üstün cəhəti onun realizəsinin sadəliyi və verilənlərin laylardan keçdikdən sonra zəmanətli cavabın alınmasıdır.
Əks əlaqəsiz şəbəkələrin çatışmayan cəhəti şəbəkənin ölçülərinin minimallaşmasıdır-neyronlar verilənlərin emalında bir neçə dəfə iştirak etməsidir.
Şəbəkənin kiçik həcmli olması təlimləmə prosesini yüngülləşdirir.
Əks əlaqəli şəbəkələrdə müəyyən laydakı neyronlar siqnalları özləri- özlərindən və həmun layda yerləşən digər neyronlardan qəbul edirlər. Beləliklə , əks əlaqəsiz şəbəkələrdən fərqli olaraq əks əlaqəli şəbəkələrin neyronlarının çıxış siqnallarının qiyməti yalnız girişlərdəki siqnalların cari qiymətləri və uyğun əlaqələrin çəkiləri ilə deyil, həm də bəzi neyronların əvvəlki zaman anındakı çıxış qiyməti ilə təyin olunur.
Əks əlaqəsiz şəbəkələrin öz layının neyronları ilə əlaqələri mənfi çəkili əlaqələr olan halda (ləngidici olan halda) onu lateral ləngidici şəbəkə adlandırırlar. Şəkil3- də əks əlaqəsiz , əks əlaqəli, lateral ləngidici çəbəkələr təsvir olunmuşdur.
Əks əlaqəli şəbəkələrə aşağıdakıları aid etmək olar:
1.Hopfild şəbəkəsi (assosiativ yaddaş );
2.Koxonen şəbəkəsi (klaster analizi);
Əks əlaqəli şəbəkələrin üstün cəhəti mürəkkəb təlimləmə prosesinin olmasıdır.
Əks əlaqəli şəbəkələrin mənfi cəhəti oxşar hesablamalarda xüsusi şəraitin tələb olunmasıdır.
Neyron şəbəkələr aşağıdakı kimi də təsnif olunur:
-Birbaşa paylanan şəbəkələr;
-Rekurrent şəbəkələr;
Birbaşa paylanan şəbəkələrə aşağıdakıları misal göstərmək olar:
1.Perseptron;
2. Back Propagation
3.Qarşılıqlı paylanan neyron şəbəkələr
4.Koxonen kartı
Rekurrent şəbəkələrə aşağıdakıları aid etmək olar.
1.Xopfild şəbəkəsi;
2.Elman şəbəkəsi;
Təlimləmə növünə görə neyron şəbəkələr müəllimli və müəllimsiz təlimlənən şəbəkələrə ayrılırlar. Şəbəkələrin müəllimli təlimlənməsi zamanı hər bir giriş üçün doğru cavab və ya cavabın keyfiyyətini qiymətləndirən funksiya tələb olunur. Belə təlimləmə idarəolunan təlimləmə adlanır. NŞ giriş və çıxış siqnalları ilə təqdim edilir, lakin o müəyyən alqoritmlə sinaptik əlaqələri düzür. Təlimləmə zamanı şəbəkənin çəkiləri çıxış siqnalının faktiki qiymətləri ilə giriş siqnalının əvvəlki qiymətinin müqayisəsinin nəticəsinə görə korrektə edilir
Şəbəkələrin müəllimsiz təlimlənməsi zamanı verilənləri daxili strukturu açılır və ya verilənlər toplusu arasında korrelyasiya (müqayisəli asılılığı) edilir.Şəbəkənin çıxışı sərbəst olaraq formalaşır, lakin çəkilər yalnız girişləri və bu girişlərdən törəyən siqnalları nəzərə alan alqoritm üzrə dəyişir. Belə təlimləmə idarəolunanmayan təlimləmə adlanır. Belə təlimləmə nəticəsində obyektlər kateqoriyalara bölünürlər, kateqoriya və onun sayı əvvəlcədən məlum olmur.
Strukturalarına və təyinatlarına görə şəbəkələrin üç əsas tipini göstərirmək olar: 1 İyerarx şəbəkələr.. Belə şəbəkələrdə məlumat iyerarxiyanın bir səviyyəsindən digərinə ardıcıl keçirilməklə ötürülür.
2. Məhdud təsir dairəsinə malik olan neyronlardan formalaşmış lokal şəbəkələr. Bu tip lokal şəbəkənin neyronları iyerarxiyanın bir səviyyəsi çərçivəsində məlumatı emal edirlər. Bu zaman funksional lokal şəbəkə özünü nisbi izoleolunmuş ləngidici və yaxud da həyəcanlandırıcı struktur kimi təqdim edir.
Neyron şəbəkələr əlaqələrin tipinə görə əsas olaraq 3 hissəyə ayrılırlar:
1. Tam əlaqəli şəbəkələr;
2. Çoxlaylı neyron şəbəkələri;
3. Zəif əlaqəli şəbəkələr.
Tam əlaqəli neyron şəbəkələri əsas olaraq süni neyron şəbəkəsində iştirak edən hər bir neyronun digər neyronlar ilə əlaqəsinin olmasıdır. Çoxlaylı neyron şəbəkəsinə gəldikdə isə bu neyronlar çoxlu sayda laylar vasitəsi ilə qurulur. Hər bir layda neyronların sayına heç bir məhdudiyyət qoyulmur. Layda istənilən sayda neyron ola bilər. Neyronların sayı özündən əvvəlki və sonrakı laydan heç asılı deyil. Çox laylı neyron şəbəkələrin aşağıdakı tipləri mövcuddur.
1.Monoton
2.Tərs əlaqəsiz şəbəkələr
3.Əks əlaqəli neyron şəbəkələri.