Süni İntellektin inkişaf mərhələləri


Süni intellekt sistemlərində biliyin təsviri modelləri



Yüklə 0,82 Mb.
səhifə8/24
tarix07.01.2024
ölçüsü0,82 Mb.
#202872
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
C fakepathSЬN NTELLEKT-mьh (1) (Repaired)

Süni intellekt sistemlərində biliyin təsviri modelləri
Süni intellekt sistemlərdə biliklər aşağıdakı formalarda təsvir olunur:
1.Məntiqi modellər şəklində
2.Semantik şəbəkə şəklində
3.Freymlər şəklində
4.Produksiya qaydaları şəklində
1 .Məntiqi model.Bir sıra məntiq hesablamaları özündə birləşdirir.Konkret sahə üçün bütün biliklər bu hesabi formulalar və ya çıxış qaydaları formasında yazılır.Formula şəklində yazılanlar deklaratov biliyi,çıxış qayda şəklində olanlar isə prosedur biliyi təsvir etməyə imkan verir.Məsələn sobada temperaturun tənzimlənməsinə baxaq:Əgər sobada temperatur 120˚ C çatıbsa və temperatur normadan artıq hesab edilirsə,sobanın qoşulmasından 30dəq.dən az vaxt keçibsə onda təzyiq kritik qiymətdən keçə bilməz.Əgər sobanın qoşulmasından 30dəq.dən çox vaxt keçibsə onda 2 nömrəli ventili açmalı.Bunu məntiqi şəkildə aşağıdakı kimi yaza bilərik
P(p=120)T(t<30) (P
kr)
P(p=120)T(t> 30) F(№2)
Burada P(P=120)-predikatdır.Temperatur=120˚ C olduqda həqiq olur.
P
kt-təzyiqin kritik nöqtədən az olduğunu göstərir.
F(№2)-2 nömrəli ventilina açılması rəmzidir.
Riyazi məntiqə əsasən belə hesablamaların xətaları böyük olur.
2.Semantik.Bu modelə əsasən istənilən biliyi obyekt və onlar arasında əlaqə toplusu şəklində təsvir etmək mümkündür.Semantik şəbəkə modelində predmet sahəsini təsvir etmək üçün qraflar nəzəsiyyəsindən istifadə olunur.Qraflar nəzəriyyəsinə görə istənilən abstrakt verilənləri təsvir etmək mümkündür.Bildiyimiz kimi qraf quran zaman iki əsas əlaqedən istifadə olunur.1-ci qovşaqlardan;2-ci əlaqələrdən.Əlaqələrin və qovşaqların təsvir olunmasından asılı olaraq qraflar aşağıdakı şəkillərdə ola bilir.

1)sadə markirovkalı 2)petləli 3)istiqamətlənmiş

Semantik şəbəkə modelində istiqamətlənmiş qrafdan istifadə olunur.Bu zaman qovşaqlar predmet sahəsini, oxlar isə bu predmet sahələri arasındakı əlaqəni əks etdirir.Bu əlaqələr aşağıdakı tiplərdə ola bilirlər:


1.Obyektin tipini göstərən əlaqələr
2.Funksional əlaqələr
3.Miqdar əks etdirən əlaqələr
4.Ətraf-mühiti əks etdirən əlaqələr
5.Zaman əlaqəsi
6.Atribut əlaqəsi
7.Məntiqi əlaqə
Semantik şəbəkənin çatışmıyan cəhəti odur ki, məsələnin həllini axtarmağı və çıxış mexanizmi çətindir.Üstün cəhətlərindən biri odur ki, insan yaddaşına uyğun olaraq uzun müddətli saxlana bilməsidir.
3.Freym modeli.Freym anlayışı ilk dəfə 70-ci illərdə Marvin Minsky tərəfindən təklif olunmuşdur.Freym hər hansı bir hadisənin,xəbərin,situasiyanın,prosesin və ya obyektin mahiyyətinin mümkün minimal yazılışıdır.Təşkil olunmağına görə Freym semantik şəbəkəyə daha uyğundur.Lakin semantik şəbəkə ilə müqayisədə ierarxik verilənlərin təsviri üçün Freym daha təbiidir.Aşağıdakı misala baxaq.
4 bucaqlı fiqur anlayışı dedikdə abstrakt olaraq 4 bucaq anlayırıq.
Məsələn:Freym modeli yaradarkən verilmiş bu 4 bucaqlının bütün atributları nəzərə alınaraq təsvir olunmalıdır.4 bucaqlı anlayışı tam olmayan informasiyadır.
Freym modelinin əsas ideyası bir obyektə aid olan bütün informasiyaların mərkəzləşdirilməsidir.Freymin strukturu çox sadedir.Hər hansı obyektin adını və mənasını özündə birləşdirən siyahı slot adlanır.Slotlar eyni cinsə malikdirlər.Əksər hallarda slotları domen kimi də adlandırırlar.Slotun strukturu aşağıdakı kimidir.

Freym zəncirvari şəkildə aşağıdakı kimi yazılır:


Freym=;;
;1>;2>;3>;4>;<şərt,x5>
Burada subyekt,obyekt və.s slotların adlarıdır.Slotların mənaları əvəzinə isə x1 ,x2,.., xn dəyişənləri verilmişdir.Bunu belə oxumaq olar: x1 detalı x3 yerindən götürülür x4 vaxtında, x5 şərti ilə.
4.Produksiya modeli.Produksiya modeli biliklərin təsvirinin ən geniş yaylımış modelidir.Bu model 1943-cü ildə təklif edilib.1972-ci ildə Post tərəfindən intellektual sistemlərdə istifadə olunmuşdur.Modelin əsasını produksiya sistemi təşkil edir və onun yazılışı aşağıdakı kimidir:
Əgər a onda b
Bu o deməkdir ki a şərti odənilirsə b nəticə yerinə yetirilir.Produksiya modelinə misal olaraq aşağıdakı ifadəni yaza bilərik.
Qayda 1.Əgər A iki ildən artıq bir yerdə işləyirsə onda A daimi iş yerinə malikdir.
Qaydaların tərkibində bir neçə ifadədən istifadə oluna bilir.Bu ifadələr bir-birilə və, və ya, yox iadələri ilə birləşirlər.
Qayda 1.Əgər A daimi iş yerinə malikdir və A-nın 18 yaşı varsa və A-nin maliyyə borcu yoxdursa.Onda A kredit ala bilər.Produksiya modeli yaranan zaman sadə faktlardan istifadə olunur.Maşının nəticə çıxarma strukturuna baxaq.



1.A bir yerdə iki ildən artıqdır ki işləyir.
2.Əgər A bir yerdə 2 ildən artıq işləyirsə onda o,daimi iş yerinə malikdir.
3.A daimi iş yerinə malikdir və heç bir maliyyə baza yoxdur.
4.A-nın 18 yaşı var.
5.Qaydalar toplumu.
6.A kredit ala bilər.
Produksiya qaydalarında qaydaların yerinə yetirilməsinin iki üsulu mövcuddur:
1.Birbaşa mühakimə və ya birbaşa çıxış.
2.İkinci əks-əlaqəli mühakimə,ək-əlaqəli çıxış.
Yuxarıda birbaşa mühakimə metodudur.Bu tip mühakimələr əsasən diaqnostika,təlimatların verilməsi zamanı,obyektin tipini təyin edən zaman istifadə olunur.Qərar qəbul etmə zamanı bir qayda başqa qaydaya istinad edə bilər.Bu məqsədlə metoqaydalardan istifadə olunur.Metoqayda- qayda haqqında bilik deməkdir.Mühakimə zamanı metoqaydalar birbaşa istifadə olunmur.Metoqaydalar predmet oblastı ilə əlaqəli olmur.Buna görə də metoqaydalardan başqa təyinatlarda da istifadə etmək olar.Bütün məsələlərin həllində produksiya qaydalarından istifadə olunmasına baxmayaraq böyük qaydalar yığımı zamanı,qərar qəbul etmə çətinləşdiyindən produksia modeli bir qədər az istifadə olunur.Ona görə də qaydaların klasterləşməsindən istifadə olunur.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin