Süni İntellektin inkişaf mərhələləri



Yüklə 1,23 Mb.
səhifə11/27
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#49292
1   ...   7   8   9   10   11   12   13   14   ...   27
suni intelekt




Ekspert sistemlər.
70-ci illərin ortalarında Süni İntellekt sahəsində yeni bir istiqamət, ekspert sistemləri inkişaf etdi.Ekspert sisteminin məqsədi elə proqram işləmədən ibarətdir ki,məsələnin həlli zamanı effektivlik və keyfiyyət nöqteyi nəzərdən heç bir güzəştə getmedən nəticə alınmış olsun.Ekspert sistemlər çətin alqoritmə malik olurlar və qaydalara əsasən işləyirlər.Xüsusi bazaları vardırki, buna qaydalar bazası deyilir.Bu sistemlər formal produksion model adlanırlar.E.S Nyuel və Saymona görə qərar qəbul etmənin əsasını təşkil edir.Onların nəzəriyyələrinə görə qərar qəbul etmə zamanı insan analoji qaydalardan istifadə edərək mühakimə yürüdür.Nyuelə görə produksion sistem aşakıdakı kimi təsvir olunur.
PS.=.

Burada F-işçi yaddaş(verilənlər bazası),İ-interpretator,P-seçmə prosesdir.


Göstərmək olar ki, Nyuəl fərziyyəsi Malkov alqoritminin qeyri-formal ümumiləşməsidir. Produksion sistemlərdə əməliyyat sistemi Fon-Neyman arxitekturalı maşınlarda gedən proseslərdən fərqlənir.Fon-Neyman arxitekturalı maşınlarda proqramlar və verilənlər yaddaşda eyni sahədə saxlanır.Produksion sistemlərdə isə proqram komponentləri demək olarki olmur.Sistem yalnız verilənlərlə idarə olunur.Produksion sistemlərin tərkibinə qaydalar bazası,işçi yaddaş, çıxarış mexanizmi daxildir.Bundan əlavə istifadəçi ilə əlaqə yaratmaq məqsədi ilə bilikləri qazanma sistemi daxil edilir.Ekspert sistemin ümumiləşmiş sxemi aşağıdakı kimidir.


İşçi yaddaş-cari verilənləri saxlamaq üçün istifadə olunur,verilənlər bazası adlanır.Bilik bazasında qaydalar toplusu yığılır.İnterpretatorun vəzifəsi odurki, məsələnin şərtinin qurtardığını göstərir.Hər modulu ayrı-ayrılıqda cari dəyişənlərdən yerinə yetirilməsini təmin edir.Əgər qaydada məqsəd(antesedent), nəticə (konsekvent) hissədə yerinə yetirilmiş olarsa onda sistem işləməyi davam etdirir və növbəti qaydaya keçid verir.Məqsəd-nəticə alınmırsa onda qaydalar bazasında axtarış aparılır və məqsədəuyğun nəticə tapılır.Bu halda yeni faktlar əlavə edilir.Və çıxarış prosesi məsləhət prosesini əvəz edir.Çıxarış qaydası birbaşa yeni faktlardan nəticələr çıxarılması yolu ilə və ya əksinə aparılır.Nəticələr ardıcıl olaraq yoxlanır və işçi yaddaşı bu nəticələri təsdiq edən faktlar aşkara çıxarılanadək bu proses davam etdirilir.
Linqvistik prosessor-istifadəçi və ekspertlə təbii dildə dialoq əlaqəsini həyata kəçirir.Buna bəzən qarşılıqlı əlaqə komponenti də deyilir.
Bilikləri qazanma bloku-bu blok ekspert sistemlərdə əsas rolu oynayır.Bilikləri qazanma bloku bilik bazasına yeni qaydalar əlavə edə və ya onları dəyişə bilər.Bu blok qaydaları elə şəklə salir ki, sonradan çıxarış mexanizmində bunlardan istifadə etmək mümkün olsun.
E.S kompüter sistemi olduğu üçün onlarda daxili informasiya 2-lik sistemdə olur.E.S qeyri-peşəkar istifadəçilər üçün nəzərdə tutulmuşdur.Əksər sistemlərdə təbii dildə istifadə üçün interfeys müvcuddur.Bu zaman istifadəçi Hə,Yox cavabları əsasında sistemlə ünsiyyətdə ola bilər.Əksər ekspertlər alınmış nəticəyə inanmır və qərarın necə alındığını öyrənmək istəyir.Bunun üçün sistemdə izahetmə altsistemi mövcuddur.Sistemlə məsləhətləşərkən bu blok istənilən halda alınmış qərarı əsaslandıra bilir.Eyni zamanda məsələnin həllinin alınması, alınmaması haqqında informasiyanı istifadəçiyə verir.İzahetmə bloku eyni zamanda hansı biliklərdən istifadə edildiyini göstərir. E.S iki rejimdə işləyir.

1-ci bilikləri qazanma rejimi



2-ci məsləhət rejimi.

Bilikləri qazanma rejimində ekspert sistemlərlə ünsiyyətdə ekspert sistemin özü iştirak edir.Bu zaman E.S sistemi biliklərlə yükləyir.Qeyd edək ki,bu rejim ənənəvi proqramlaşdırma, alqoritmləşdirmə, proqramın yoxlanması və səflərin aşkar olunması metodları ilə yerinə yetirilir.2-ci rejim ekspert sistemi təyinatından asılı olaraq ixtisasçının olmasını tələb etmir.Bilikləri qazanma rejimində ekspert,ekspert oblastı haqqında bilikləri sistemə daxil edir.Bililər sistemə təbii dildə daxil edilir.Yəni biliklərin daxil edilməsini və bilik bazası ilə birləşmə prosesini bilikləri qazanma bloku həyata keçirir.Biliklərin kifayət qədər olmasını dəqiqləşdirmək üçün ekspert, sistemə sorğu edir.Alınmış nəticələr eksperti qanə etmirsə izahetmə bloku vasitəsilə nəticələrin necə formalaşması barədə məlumat alır.Nəticələr yoxlanır,səflər düzəldilir,sistem yenidən istifadəçiyə vərilir.Alınmış məlumatlar linqvistik prosessorda emal edilir və işçi yaddaşa daxil edilir.Linqvistik prosessor aşağıdakıları yerinə yetirir:
-Təbii dildə verilmiş giriş verilənlərini sistemin daxili dilinə çevirir.
-Sistem haqda məlumatları istifadəçiyə ötürür.
İnterpretator ümumi faktlara və qaydalara əsaslanaraq məsələni həll edir.Əgər nəticə istifadəçini qane etmirsə o, sistemdən məsələni nəcə həll etdiyi barədə məlumat tələb edir.Məsləhət rejimində istifadəçi bütün iştirakçıların rolunu,vəzifəsini paylaşır.Məsələ həllində onların qarşılıqlı vəzifələrini təyin edir.Ekspert sistemlərində əsasən 6 istiqamət inkişaf etdirilmişdir.
1.Biliyin təsviri
2.Biliklərin monipulyasiyası
3.Ünsiyyət
4.Təsvir
5.Öyrənmə
6.Davranış
Biliklərin təsviri-biliyin modelləndirilməsi,təsvir üçün dil seçimi və biliyin müxtəlif tiplərə ayrılmasını həyata kəçirir.
Biliklərin monipulyasiyası-məsələnin həlli zamanı biliklərdən istifadəni nəzərdə tutur.Bu zaman biliklərin ünsiyyət proseduru işlənilir,abstrak anlayış formalaşdırılır.Çıxarış mexanizmi işlənir, mühakimə modeli təqdim olunur.Ünsiyyət istiqamətində məhdud və qeyri-məhdud təbii dil mətnləri yaradılır,sintez edilir,süni intellektlə əlaqə modeli işlənir və nitq sintez edilir.
Təsvir etmə prosesində ekspert oblastı sistemə öyrədilir.
Davranış.Ətraf mühitlə və insanla qarşılıqlı əlaqədə ola bilməlidir sistem.Bunun üçün məqsədəuyğun davranış modeli seçilir.Bu məqsədlə planlaşdırma metodlarından istifadə olunur. Ekspert sistemlərin hazırlanması kollektivində minimum dörd nəfər olmalıdır:

  • Ekspert;

  • Biliklər üzrə mühəndis;

  • Proqramçı;

  • İstifadəçi.

Sistemin hazırlanmasında əsas fiqur rolunu biliklərinə əsaslanan biliklər üzrə mühəndis oynayır.

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin