Biliklərin mənbəyinin aşkarlanması və onlarla iş biliklər mühəndisinin əsas vəzifəsidir. BB-nin yaradılmasında biliklər mühəndisi çox mühüm funksiyaları yerinə yetirir. O, tədqiqat sahəsində yaxşı orientasiya olunmalı və biliklərin əldə olunması prosesində ekspertlə ünsiyyət qurmaq üçün hansısa mənada psixoloq olmalıdır. Bununla yanaşı o həmçinin kompüterlərin proqram təminatı imkanlarını yaxşı bilməlidir.
Tədqiqat sahəsi haqqında əsas bilik mənbəyi insan-ekspertdir. Biliklər mühəndisi onunla dialoq və ya müsahibə (intervyu) rejimində işləyir və obyektlə iş üçün lazımi həcmdə bilik və məlumat formalaşdırır. Sonradan uyğun şəkildə emal edilən sorğuların istifadəsi mümkündür. Bir neçə taqşırıq üçün kitablar, texniki təsvirlər, təlimatlar və sənədlər əlavə informasiya mənbəyi rolunu oynayır. Obyektin biliklər haqqında intellektual sistemlərinin tətbiqinin bir neçə sahəsini informasiyanın emalının statik və informasiyanın imitasiya olunmuş nəticələr haqqında istifadəsi yolu ilə formalaşdırmaq olar. Son zamanlar daha çox BB-nin avtomatlaşdırılmış doldurulması istifadə olunmağa başlayır.
Biliklərin digər vacib mənbəsi İnternetdir. Lazımi informasiya və biliklərin İnternetdə ənənəvi axtarışından əlavə hal-hazırda biliklərin axtarılması prosesinə intellektual agentlər cəlb olunur. İntellektual agentlər (proqram robotları) biliklərin tapılması üçün sənədlərin daxilində işləyə və ya Web-də axtara bilər, sonra isə biliklərlə lazımi formatda geri qayıda bilərlər.
İntellektual sistemlər proses və obyektlər haqqında öz biliklərini sistemə ötürən mütəxəssislərlə birgə hazırlanır. Ekspert və ya mütəxəssislə iş prosesi biliklərin çıxarılması və ya biliklərin daha düzgün və korrekt əldə olunmasından ibarətdir. Bu texniki, psixoloji, istehsal və sosial xarakter faktorları özündə saxlayan çətin və zəhmət tələb edən bir prosesdir. Sözügedən prosesdə biliklər mühəndisi əsas rol oynayır. Uzun zaman kəsiyində biliklər mühəndisi tapşırıqları müəyyənləşdirmək, mühüm anlayışları aydınlaşdırmaq və bu anlayışlar arasında qaydaların müəyyənləşdirilməsi və formalaşdırılması üçün ekspertlə birgə işləyir. Biliklər mühəndisi tədqiqat sahəsini yaxşı bilməli, biliklərin formalaşması və təqdim olunması metodlarına malik olmalı və müxtəlif vəziyyətlərə tez oreintasiya olunan psixoloq olmalıdır.
Ekspert intellektual sistemə tədqiqat sahəsinin öyrənilməsinə kömək edə biləcək vəziyyətdə və arzuda olmalıdır. O dərk etməlidir ki, intellektual sistemlər iş yerində gələcəkdə onu “əvəz” etmək üçün deyil, əksinə ona kömək üçün nəzərdə tutulub.
Biliklər mühəndisi adətən determinləşdirilmiş (детерминированная) daxili quruluşu olmayan pis müəyyən olunmuş tapşırıqlarla işləməli olur. Ekspertlər öz təcrübi fəaliyyətində bu tapşırıqları məsələnin bütün parametrlərinin analizini qeyri-mümkün edən məsələnin həll operativliyi şərtləri və ya problemin mənasının başa düşülməsində olan çatışmazlıqları empirik qaydalar olan evristikalardan istifadə etməklə həll edirlər. Buna görə də tapşırıqların həllində intellektual sistemlər evristik prosedurların yerləşdirilməsinə çalışırlar.
Biliklər mühəndisinin işində çətin məqam ekspertə predmet konsepsiyalarını müəyyənləşdirən və formalaşdıran tədqiqat biliklərinin strukturlaşdırılmasına cəhd zamanı kömək edilməsidir.
Konkret şəxsə aid olan biliklərin əldə olunması ilə əlaqəli iş, yəni biliklərin çıxarılması biliklərin mühəndisliyində elə də aşağı səviyyəli rol oynamır.
İntellektual və ekspert sistemlər üçün biliklərin çıxarılmasının xüsusiyyətləri nədədir? Bu sualın cavabı digər bir sualın – “Haradan, nə və necə çıxarmalı?” sualının cavabındadır.
Bilikləri haradan çıxarmalı? Yuxarıda qeyd edildiyi kimi intellektual və ekspert sistemlər üçün biliklər mənbəyi rolunda dərsliklər, sorğu kitabçaları, konkret tədqiqat sahəsinə aid araşdırılmış materiallar, iqtisadi informasiya və s. çıxış edə bilər.
Buna baxmayaraq biliklərin klassik mənbəyi həmin sahənin ekspertidir, hansıki onun biliklərini sistem hazırlayıcısı rolunda çıxış edən biliklər mühəndisi mənimsəyir.
Bəs ekspert kimdir? Bu, ya adi icraçıdan fərqlənən yüksək ixtisaslı mütəxəssisdir, ya da xam və ya təzə işçidən fərqli olan təcrübəli insandır. Aydındır ki, tədqiqat sahəsində ekspertin bacarığı nə qədər yüksəkdirsə, onun tapşırığın həlli üçün istifadə etdiyi biliklərin təsviri bacarığı bir o qədər aşağıdır.Votermen bunu bilik mühəndisliyinin paradoksu adlandırmışdır. Əgər biz ekspertdən soruşsaq ki, hər hansı bir tapşırığı yerinə yetirərkən konkret nə iş görür, o buna cavab olaraq özünün ağlı kəsdiyi formada, lakin mühakimələrin real prosesindən tamam ayrı olan bir prosesi izah edəcək ki, burada da ehtiyatlı olmaq lazımdır.
Belə bir fikir də var ki, ekspertin bilikləri məsələlərin daxili modelləri ilə sistemli hala düşür və eyni zamanda ekspertin konkret vəziyyətdə ilk dəfə qarşılaşdığı problemin həlli onun yaddaşından seçilir və seçim ümumi qanunauyğunluqlar şəklində süurlu olaraq müəyyən olunur.
Hansı bilikləri seçmək (nəyi çıxarmaq?). Əgər sistemin funksiyaları müəyyənləşibsə, onda təbii olarq ən vacib olanı bu funsiyaların realizəsi üçün lazım olan çıxış qaydalarını əldə etməkdir.
Hər şeydən əvvəl bu baza quruluşudur. Problem sahəsinin baza quruluşunu formalaşdıran obyekt, anlayış və atributları saymaq və sahənin xüsusiyyətlərini bilmək vacibdir. Obyekt, bilik və anlayışlar arasında əlaqə qaydalar çıxışı vasitəsilə təşkil edilir.
Daha sonra şüurluluq meyarları (kriteriya)ortaya çıxır, yəni nəyə görə ekspert problemi məhz bu üsulla həll edir? Ola bilər bu üsul yüksək evristik qiymətə malikdir və ya uğursuzluq hallarına hazırlıqlıdır? Bu üsula hansı formada kömək etmək olar?
Ekspert tərəfindən istifadə olunan vasitələrə, məsələn, həllin qəbulunda istifadə edilən modellər aiddir.
Bilikləri necə seçmək lazımdır? Aşağıdakı cədvəldə (Cədvəl 4.1) sahənin eksperti və onun təsvirinin əsas biliklərin çıxarış metodları verilmişdir.
Biliklərin seçmə texnikasını altı əsas sinfə bölmək olar: köməkçi suallarla sorğu, quruluş verilmiş sorğu, özünü müşahidə, öz işi haqqında hesabat, dialoq, tənqidi icmal. Öz növbəsində hər bir sinif bir neçə texniki metodlardan ibarətdir. Əhatəli informasiyanı biz nəzərdən keçirməyəcəyik, bircə bu biliklərin analiz olunmasından asılı olan biliklərin seçilməsi məqsədinin müxtəlif üsullarla əldə olunmasını nəzərdən keçirəcəyik.
Hesablama texnikası ilə işləmək bacarığı olan ekspert bilavasitə redaktə olunan proqram vasitəsi ilə intellektual sistemlə qarşılıqlı əlaqə yarada bilər. Bu proqram BB haqqında inkişaf etmiş dialoq interfeysi və biliklərə malik olmalıdır. Lakin, ekspertin proqramla əlaqəsinin effektivliyi problemi ortaya çıxır.
Biliklərin əldə olunmasının daha bir üsulu biliklərin avtomatlaşdırılmış çıxarılışı və onların BB-də yazılmasıdır. Mütəxəssislərin biliklərinin avtomatlaşdırılmamış yığımı çox zəhmət tələb edən prosesdir. Bununla əlaqədar olaraq inkişaf etmiş intellektual sistemlərdə biliklərin əldə olunması üçün köməkçi alətlər qabaqcadan nəzərə alınır.
Dostları ilə paylaş: |