Suriya böhranı və Türkiyə-Rusiya münasibətləri



Yüklə 54,29 Kb.
səhifə2/4
tarix19.10.2022
ölçüsü54,29 Kb.
#65487
1   2   3   4
Suriya böhranı və Türkiyə

Bəşər Əsəd hakimiyyəti
Suriya Böhranından əvvəl Bəşər Əsədin ABŞ, Rusiya, Avropa Birliyi kimi qlobal güclər, İsrail, İran, Türkiyə kimi regional güclərlə qarşılıqlı münasibətlərdə necə bir xarici siyasət xətti izlədiyinin araşdırılması hazırda Suriyadakı vəkalət savaşlarına birbaşa və dolayı yolla cəlb olunmuş həmin güclərin siyasi davranışlarının rasional şəkildə dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bəşər Əsəd Suriya prezidenti olduğu andan etibarən istər daxili siyasətdə, istərsə də xarici siyasətdə bəzi mühüm addımlar atmaq üçün səy göstərmişdir. Suriyanın xüsusilə xarici siyasətdə sancılı dövr yaşadığı və çox əhəmiyyətli keçid prosesində olduğu bir vaxtda dövlət başçısı postuna gələn Bəşər Əsəd, ölkənin atasından miras qalmış xarici siyasətinin təməl parametrləri çərçivəsində yeni meyllər və təşəbbüslər reallaşdırmaq siqnalları vermişdir.
Suriyanın həssas olduğu məsələlərdə bəzən atası Hafiz Əsədin siyasəti ilə müqayisədə çox fərqli bir münasibət sərgiləsə də, bəzən də atasının siyasətini
davam etdirmişdir. Bəşər Əsədin hakimiyyətə gəlməsi qlobal və regional güclər
tərəfindən diqqətlə izlənməklə yanaşı, Bəşər Əsədin daxili və xarici siyasət
baxımından necə bir Suriya inşa edəcəyi sualı həmin güclərin nəzərində başlıca
məsələlərdən biri olmuşdur.
Suriya-Türkiyə qarşılıqlı əlaqələri
Suriya-Türkiyə qarşılıqlı əlaqələrinə nəzər yetirdikdə, Böhrana qədər AKP hökümətinin xarici siyasətdə yeni bir konsepsiya qəbul etməsi və "qonşularla sıfır problem" anlayışının iki ölkə arasındakı əlaqələrin mütəffiqliyə qədər irəliləməsinə gətirib çıxardığı məlum olur. Bu əlaqələr ikitərəfli rəsmi səfərlərlə daha da möhkəmləndirilmişdir. Nəticədə Suriya ilə Türkiyə əlaqələrinin keçmişdə əsas problemləri olan su məsələsi və Hatay problemi ikinci plana keçmişdir. Bəşər Əsədin qarşılıqlı münasibətlərə başlıca yanaşması keçmiş problemlərin unudulub əlaqələrin problemlərsiz davam etdirilməsi istiqamətində olmuş, o cümlədən Türkiyənin İsrail və Suriya arasındakı sülh danışıqlarında vasitəçilik etməsi Suriya rəhbərliyi tərəfindən böyük məmuniyyətlə qarşılanmışdır. Suriyada baş qaldıran böhrana qədər Suriya-Türkiyə münasibətləri keçmişin problemlərindən tamamilə azad olmuş və qarşılıqlı hörmət və qonşuluq münasibətləri çərçivəsində günbəgün inkişaf edən münasibətlər təsiri bağışlayırdı. Lakin Suriya böhranı iki ölkə arasındakı münasibətlərin keçmişin problemlərindən azad və çox da möhkəm olmadığını üzə çıxardı.



Yüklə 54,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin