1
Az
ə
rbaycanda R
ə
qab
ə
tlilik
v
ə
Ticar
ə
t (ACT) Layih
ə
si
İdxal prosedurları zamanı xə
rcin
mü
ə
yy
ə
n edilm
ə
si, bu sah
ə
d
ə
işin
t
ə
kmill
əşdirilmə
si v
ə
yeni potensialın
yaradılması. (Balıq və
quş yeminin idxalı
misalında)
Hazırladı: İqtisadi Tədqiqatlar Mərkəzi
İ
yul 2011-ci il
Bu sənəd ABŞ Beynəlxalq İnkişaf Agentliyində baxılmaq üçün İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən hazırlanıb.
2
ABŞ Beynəlxalq İnkişaf Agentliyi üçün hazırlanıb, USAID Contract Number AID
-EEM-I-00-07-
00003-00, Task Order # AID-112-TO-10-00002
Sibley International
şirkə
tind
ə
ə
laq
ə
l
ə
ndirici:
David Snelbecker
CEO
Sibley International LLC
1250 Connecticut Ave., NW, Suite 200
Washington, DC20036
Tel: 1.202.833.9588
Email : dsnelbecker@sibleyinternational.com
Az
ə
rbaycanda:
Melani Schultz
Layih
ə
R
ə
hb
ə
ri
ACT Layih
ə
si
B
əşir Sə
f
əroğlu küç. 133
SATPlaza, 15
ci
m
ə
rt
ə
b
ə
,
Bakı AZ1009 Azə
rbaycan
Tel: +994 12 596 2435
melani.schultz@actproject.net
3
QEYD
Bu sənəddə qeyd edilən müəllif fikirləri ABŞ Beynəlxalq İnkişaf Agentliyi və ya ABŞ Hökumətinin fikirlərini
əks etdirməyə bilər.
4
Azərbaycan Rəqabətlilik və Ticarət
(ACT) Layihəsi
1.
Şirkətin adı: İqtisadi Araşdırmalar Mərkəzi
2.
Elektron adres: office@erc-az.org
3.
İnternet səhifəsi:
www.erc-az.org
Müəlliflər:
Fuat Rəsulov, i.e.d, professor
Qalib Bayramov
5
Mündəricat:
Xülasə
3
1. Giriş. Problemin təsviri. Tədqiqatın məqsədi, mövcud problemlər
5
2. Metodologiya. Toplanmış informasiya bazasının emalı üsulları
6
3. İdxal prosesinin mərhələlər üzrə araşdırılması
9
4. Qanunvericilik sahəsində mövcud vəziyyət
13
4.1 Yem və yem əlavələrinin idxalını tənzimləyən qanunvericilik aktları
13
4.2 Baytarlıq icazəsinin və nəzarətinin qanunvericilik əsasları
14
4.3 İdxal karantin icazəsinin verilməsinin və fitosanitar nəzarətin qanunvericilik
əsasları
20
3.4 Gömrük prosedurlarını tənzimləyən qanunvericilik aktları
22
5. İdxal prosedurlarına birbaşa və dolayısı ilə təsir edən amillər
25
5.1 Peşəkar sahəvi birliklərin fəaliyyətsizliyi
25
5.2
Sahibkarların qanunvericiliyin tələb və öhdəliklərindən xəbərsiz olması
25
5.3
İdxal üçün müraciət edənlərin informasiya əldə etmək sahəsində çətinlikləri
25
5.4 Milli səviyyədə statistik bazanın yoxluğu
26
6. Mövcud idxal prosesinin daxili bazara təsiri
27
7. Toplanmış informasiya bazası əsasında xərclərin hesablanması və
qiymətləndirmə
30
8. Tapıntılar
36
9. Təkliflər və onların təsirlərinin qiymətləndirilməsi
37
10. Əlavələr
45
6
Xülasə
Bu tədqiqatın mövzusu İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən 2011-ci ildə keçirdiyi “İdxal
prosedurları zamanı xərcin müəyyən edilməsi” layihəsi çərçivəsində müəyyənləşdirilmiş və
tədqiqat qrupuna tapşırılmışdır.
Bu tədqiqatın məqsədi quş və balıq yemi idxalı timsalında idxal prosedurlarında inzibati
baryerləri yaradan mərhələləri müəyyən etmək və onun təsirlərini qiymətləndirməkdir.
Tədqiqatın qarşısında duran əsas vəzifə - idxal prosesinin tədqiqi nəticəsində tapıntıları
qiymətləndirmək və beynəlxalq təcrübəyə əsaslanaraq təkliflər paketi hazırlamaqdır.
Metodologiya. Tədqiqatın metodoloji əsaslarına yem idxalı ilə məşğul olan sahibkarlarla,
aidiyyəti dövlət qurumlarla sorğular keçirilib, məlumat bazasını yaratmaq. İnzibati xərcləri
müəyyən etmək məqsədilə aşağıdaki düsturdan istifadə edib, xərcləri müəyyən etmək:
İnzibati xərclər = C x P
C = (H x S) + (A + E)
H – Şirkət təfindən sərf olunan vaxt (saatla)
S – Orta əmək haqqı (1 saata düşən)
A – Rəsmi ödənişlər və vergilər
E – Qeyri-rəsmi ödənişlər
Qanunvericilik sahəsində mövcud vəziyyət. Quş və balıq yeminin idxalı prosesinin qanunvericlik
bazası 4 qanundan, 2 məcəllədən və 12 qayda, təlimat və qərardan ibarətdir. Qanunlarda ümimi
prinsiplər təsbit olunub ki, bunların da əsasında hər bir dövlət strukturu öz konkret qaydalarını
formalaşdırıb.
Qanunvericlik aktlarının ekspertizası nəticəsində müəyyən olunub ki, yem idxalı prosesini
tənzimləyən qanun və qaydalarda bir-birinə zidd maddələr, eyni zamanda qeyri-müəyyənlik var.
Heç bir qanunvericilik aktında yem idxalının aydın prosedurunu izah edən konkret maddələr
yoxdur, maddə və fəsillər ümumi şəkildə məlumat verilməsinə xidmət edir.
“Yemlər” və “Yem əlavələri” anlayışlarına ikili yanaşma, onların bəzən baytarlıq preparatlarına
aid edilməsi ziddiyyətlərin meydana gəlməsinə səbəb olur.
Sorğu zamanı əldə olunan informasiya bazası əsasında xərc hesablamaları aparıldı və sonra
qanunvericilik tərəfindən nəzərdə tutulan xərclərlə muqayisə olundu. Aşkar olundu ki,
şirkətlərin idxal prosedurlarına sərf etdiyi vaxt qanunvericiliyə uyğun 82 saat, faktiki isə 59
saatdır. Qanunvericliklə nəzərdə tutlan ödənişlər 7683 manatdır, faktiki isə 13373 manatdır (o
cümlədən 7220 qeyri-rəsmi).
7
Müəyyən olundu ki, idxal prosessində əksər hallarda rəsmi xərclər faktiki xərclərdən çoxdur. Bu
mənada “idxal zəncirinin” hansı mərhələlərində artıq xərclərin yarandığı və onların səbəbləri
araşdırıldı. Sahibkar üçün çox əhəmiyyətli göstərici vaxtdır. Göründiyi kimi idxal prosessinin
mövcud ganunvericiliklə müəyyən olunmuş prosedurlarda yüksək dərəcədə vaxt itkiləri nəzərdə
tutulub.
İkinci vacib göstərici isə xərcdir. Xərclərə gələrkən, müəyyən olunub ki qanunla nəzərdə tutulan
rəsmi ödənişlər və rüsumlar faktiki xərcləri üstələyir.
8
1.
Giriş. Problemin təsviri. Tədqiqatın məqsəd və vəzifələri
Azərbaycanda quşçuluq və balıqçılıq sənayesinin inkişafı üçün son illər dövlət tərəfindən
məqsədli və təyinatlı şəkildə işlərin görülməsi, vəsaitlərin ayrılması barədə mütəmadi rəsmi
məlumatlar yayılsa da, rəsmi statistik göstəricilər bu sahədəki mövcud vəziyyətin vəd edilən
iqtisadi inkişaf tempi ilə uyğunlaşmadığı mənzərəsini yaradır.
Xüsusilə, Dövlət Proqramlarında respublikada quşçuluğun, balıqçılığın inkişaf etdirilməsi ilə
bağlı Kənd Təsərrüfatı Nazirliyinə həlli vacib olan işlər tapşırılıb. “Azərbaycan Respublikasının
Ərzaq Təhlükəsizliyi Proqramı” (2001-2010), 2008-2015-ci illərdə Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı», "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", «2008-
2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət
Proqramı» kimi respublika əhəmiyyətli sənədlərdə kənd təsərrüfatı sahəsində qarşıya konkret
məqsədlər qoyulub.
Quşçuluq və balıqçılıq təsərrüfatlarının məhsuldarlığının və rəqabət qabiliyyətinin aşağı
olmasının səbəbləri sırasında özəl təsərrüfat sahiblərinin qarşılaşdıqları inzibati maneələri,
iqtisadi müstəqilliklərinin məhdudluğunu, texniki imkanlarının zəifliyini və biliklərinin azlığını
göstərmək olar.
Həm quşçuluq, həm də balıqçılıq təsərrüfatları özlərini müstəqil şəkildə yemlə təchiz edə
bilmədiyindən xammmal təchizatı sahəsində asılı vəziyyətə düşür ki, bu da quşçuluq və balıqçılıq
məhsullarının maya dəyərinin bəzi hallarda yüksəlməsinə, təsərrüfat və ölkə səviyyəsində
strateji planların düzgün tərtib olunmamasına, tələb-təklif tarazlığının pozulması, balıq
məhsullarının idxalını artması nəticəsində qiymətlərin yüksəlməsinə şərait yaradır.
Azərbaycan son 3 ildə (2008-2010) balıq və quş məhsulları idxalını ildən-ilə artırıb. Rəsmi
statistik məlumatlara görə, “Balıqlar və xərçəngkimilər, digər su onurğasızları” mal qrupu üzrə
idxal 2008-ci ildə 3927.8 min dollar, 2009-cu ildə 4415.6 min dollar, 2010-cu ildə isə 4722.6 min
dollar olub.
Xüsusilə, balıqçılıq təsərrüfatlarının problemi böyükdur, çünki balıq yemi xüsusi reseptura
əsasında və yüksək texnoloji şəraitdə, müxtəlif heyvan mənşəli əlavələrin qatılması yolu ilə
istehsal olunduğundan, kustar yolla yem hazırlayıb tələb olunan proteini əldə etmək qeyri-
mümkündür.
Hər iki təsərrüfat subyektləri yüksək məhsuldarlıq əldə etmək üçün yalnız xaricdə istehsal
olunmuş yemdən istifadə etməlidirlər. Ancaq balıq və quş yemi idxalı sahəsində olan
problemlər, sahibkarlara yaradılan süni əngəllər və inzibati maneələr idxal prosesinin
mürəkkəbliyi ilə şərtlənir.
Bu tədqiqatın məqsədi quş və balıq yemi idxalı timsalında idxal prosedurlarında inzibati
baryerləri yaradan mərhələləri müəyyən etmək və onun təsirlərini qiymətləndirməkdir.
9
Tədqiqatın qarşısında duran əsas vəzifə idxal prosesinin tədqiqi nəticəsində tapıntıları
qiymətləndirmək və beynəlxalq təcrübəyə əsaslanaraq təkliflər paketi hazırlamaqdır.
2.
Metodologiya. Toplanmış informasiya bazasının emalı üsulları
Tədqiqatın metodologiyası inzibati maneələri aşkara çıxarmaq, istehsalın həcminə, daxili bazara,
rəqabətqabiliyyətliliyə təsirləri qiymətləndirmək üçün toplanmış məlumat bazasının vahid
sistemə gətirilərək, sərf olunmuş vaxtı manata çevirməklə işlənilməsini nəzərdə tutur.
Metodologiya ilkin mərhələdə konkret olaraq quş və balıq yeminin idxalına aid qanunvericilik
bazasının toplanılması, ekspertizası, potensial idxalçıların qanunvericlik öhdəliklərinin və
tələblərinin müəyyənləşdirilməsini əhatə edir.
Tədqiqatın metodoloji əsaslarına quş və balıq yemi idxalı ilə məşğul olan sahibkarlarla, müfaviq
peşəkar sahəvi birliklərin (biznes assosiasiyaları) rəhbərləri ilə fokus-qrup müzakirələrinin
aparılması və ilkin informasiya bazasının formalaşdırılması daxildir. Müzakirələr nəticəsində
yığılmış informasiya bazasının aidiyyəti dövlət qurumlarının (Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitar Xidməti, Dövlət
Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu) səlahiyyətli şəxsləri ilə dəqiqləşdirilməsi,
korrektələrin edilməsi, faktiki və qanunvericilik idxal icazəsi prosedurlarının sxem şəkilində
formalaşdırılması və işlənilməsi daxildir.
Eyni ilə, müstəqil inkişaf yoluna Azərbaycanla oxşar şərtlər daxilində qədəm qoymuş, lakin
hazırda beynəlxalq ticarət reytinqi ölkəmizdən xeyli yüksək olan ölkələrin (Latviya, Makedoniya
və sair) idxal prosedurlarını əhatə edən təcrübələrinin öyrənilməsi tədqiqatın metodlogiyasına
daxildir.
Metodolgiyanın daha bir istiqaməti - görüşlərdə yığılmış məlumat bazasının və fokus-qrup
müzakirələrində toplanmış informasiyaların əsasında, aşağıdakı nümunəvi sorğu anketi
formasının hazırlanmasıdır. Sorğular vaxt və digər xərclərin işlənməsinin vahid prinsiplərini
müəyyənləşdirmək və təsirlərini qiymətləndirmək üçün hər bir addım üzrə manat ifadəsində
xərcləri müəyyən etmək üçün bir əsas olub. Və beləliklə quşçuluq və balıqçılıq təsərrüfatlarında,
yem idxalı ilə məşğul olan sahibkarlıq subyektlərində sorğular keçirilib.
10
İdxal
prose
duru
üzrə
addı
mlar
İşçi
qüvvəsi
üçün
sərf
olunan
vaxt
(saat)
Əlavə
xərclər
(saat)
25%
Ümumi
vaxt
(Saatlar)
Saat
hesabı
ilə orta
əmək
haqqı
(160
manat)
Şirkətin
xərcləri
(manat
)
Rəsmi
ödənişlə
r
Qeyri-
rəsmi
ödənişlə
r
Cəmi
xərclər
A
B
C
D
Keçirilən sorğuların nəticəsində əldə olunmuş məlumat bazasının işlənməsi üçün düsturlar
tərtib olunub. İnzibati xərcləri müəyyən etmək məqsədilə aşağıdaki düsturdan istifadə olunub:
İnzibati xərclər = C x P
C = (H x S) + (A + E)
H – Şirkət təfindən sərf olunan vaxt (saatla)
S – Orta əmək haqqı (1 saata düşən)
A – Rəsmi ödənişlər və vergilər
E – Qeyri-rəsmi ödənişlər
Müəssisə səviyyəsində alınan nəticələri milli səviyyədə tətbiq etmə üçün aşağıdakı düsturdan
istifadə olunub.
11
Milli səviyyədə:
P = N x F
N – şirkətlərin sayı
F – İl ərzində idxalın həcmi
Qeyd edək ki, müəssisə səviyyəsində faktiki xərclər 10 ton balıq yeminin idxalı timsalında
hesablanılıb.
Aşkar olunmuş tapıntılar əsasında təkliflər paketi hazırlanıb.
Hesablamaların nəticələri tədqiqatın hesabat hissəsində və “Əlavələr” bölməsində verilib.
12
3.
İdxal prosesinin mərhələlər üzrə araşdırılması
Tədqiqatın metodologiyasına uyğun olaraq qanunvericlik aktları ekspertiza edildikdən, yem
idxalçıları, balıq və quşçuluq sənayesində çalışan sahibkarlarla fokus-qrup müzakirələrindən,
intervülərdən, bu sahədə fəaliyyət göstərən biznes assosiasiyalarının rəhbərləri və idxal icazəsini
verməli olan müvafiq dövlət orqanlarının rəhbərləri ilə görüşdən sonra tərtib olunmuş müvafiq
sorğu anketi üzrə 6 təsərrüfat rəhbəri və yem idxalçısı ilə sorğular keçirildi. Nəzərə alsaq ki, sırf
quş və balıq yemi idxalı ilə məşğul olan sahibkarların sayı azdır və sorğunun coğrafiyası
Azərbaycanı bütünlüklə əhatə edir, üstəlik sorğuların nəticələri üst-üstə düşür, onda sorğu
keçirilən obyektlərin sayının kifayət etdiyi aydın olar.
Sorğu keçirildikdən sonra əvvəlcə bütövlükdə idxal prosesi zənciri quruldu (Sxem №1). İdxal
prosesi zəncirində ixracçı ilə daşınma və ödəniş şərtlərinin razılaşdırılmasından başlayaraq idxala
icazə verməli olan orqanlardan tutmuş malın yüklənib gondərilməsi, bank ödənişləri də daxil
olmaqla malın gömrüyə daxil olması və gömrük zonasından son təyinat məntəqəsinə
göndərilməsinə qədər bütün addımlar əks etdirilib.
Sxemdə yalnız idxalçının atmalı olduğu addımlar təsvir edilidiyindən bu idxal haqqında ümumi
təsəvvür yaradırdı, tələb olunan sənədlər və xərclər (vaxt və manat ifadəsində) barədə
təfərrüatı ilə informasiya verilmirdi.
13
Sxem №1. İdxal prosesi zənciri (addımbaaddım)
Ona görə də xərclər haqda ilkin təsəvvür yaratmaq, addımları hər bir dövlət orqanı üzrə daha
detallı izləmək üçün Dövlət Baytarlıq Xidməti (Dövlət Dərman Preparatlarına Elmi Nəzarət
İnstitutu ilə birlikdə), Dövlət Fitosanitar Nəzarəti Xidməti, müvafiq gömrük orqanı və bank
ödənişləri üzrə ayrı-ayrılıqda analoji sxemlər quruldu.
İdxal üçün baytarlıq icazəsinin alınması proseduru sxemində (Sxem №2) idxalçının baytarlıq
icazəsini almaq üçün həyata keçirməli olduğu fəaliyyətlər, təqdim etməli olduğu sənədlər,
maldan nümunə göndərilməsi və son nəticədə idxal üçün baytarlıq icazəsinin alınması əks
etdirilib. Bu sxem (eləcə də bundan sonra məlumat veriləcək digər sxemlər) əsasında idxalçının
çəkdiyi xərcləri hesablamaq mümkündür.
14
Sxem №2. Baytarlıq icazəsinin alınması
Yem idxalçısının idxal karantin icazəsi üçün müraciət etdiyi orqan Dövlət Fitosanitar Nəzarəti
Xidmətidir. Xidmət ancaq bitki mənşəli məhsulların gətirilməsi üçün idxal karantin icazəsi verir.
Əgər söhbət quş və ya balıq yemindən gedirsə, bunun üçün mütləq Dövlət Baytarlıq
Xidmətindən icazə alınmalıdır. Biz reallığı nəzərə alaraq bu sxemi tərtib etdik. Məsələ
burasındadır ki, hazır quş yemi (balıq yeminin komponentlər üzrə idxalı mümkün deyil) idxalı
prisesi mürəkkəb və uzun vaxt tələb edən proses olduğundan əksər idxalçılar hazır yemdənsə,
onun komponentlərini (buğda, arpa, soya, qarğıdalı və sair) gətirməyə üstünlük verirlər.
Sonradan həmin komponentlərə xüsusi dəyirmanlarda yem əlavələri qarışdırıldıqdan sonra
(proporsiyalar gözlənilmək şərtilə) hazır quş yemi alınır.
Məhz adıçəkilən həmin komponentlərin idxalına Fitosanitar Nəzarəti Xidməti idxal karantin
icazəsi verir. Qeyd edək ki, baytarlıq icazəsindən fərqli olaraq idxal karantin icazəsinin alınması
proseduru çox sadədir (Sxem №3.). Aşağıdakı sxemdən də göründüyü kimi idxal karantin
icazəsini almaq üçün əsasən məlumat xarakterli sənədlər tələb olunur.
15
Sxem №3. İdxal karantin icazəsi
Gömrük prosedurları da (Sxem №4) digər sxemlərdə olduğu kimi addımbaaddım göstərilib.
Qeyd edək ki, əvvəlki dövrlərə nisbətən gömrük prosedurları xeyli sadələşdirilib. Bu da idxalçının
gömrükdə çox ləngiməməsinə, vaxt itkisinin yaranmamasına səbəb olur. Ancaq sorgunun
nəticələri göstərdi ki, gömrükdə qeyri-rəsmi ödənişlər hələ də qalmaqdadır.
Sxem №4. Yemin gömrükdən buraxılması
Yem və yem əlavələrinin idxalı prosesinin araşdırılması göstərdi ki, idxal zəncirinin ən rahat
mərhələsi bank ödənişləridir. Sahibkar bu prosedurları yerinə yetirən zaman heç bir vaxt və pul
itkisinə yol vermir, ödənişlər vaxtında həyata keçirilir, çoxlu sənəd tələb olunmur. Bank
ödənişlərinin addımları ilə Sxem 5.-də tanış olmaq mümkündür.
16
Sxem №5. Bank prosedurları
Dostları ilə paylaş: |