A.Ə.Abasova t.e.n., dosent, Azərbaycan Memarlıq və İnşaat Universiteti ORCİD 0000-0003-1633-6257 F.R.Mirzəlizadə magistrant,Azərbaycan Memarlıq və İnşaat Universiteti
Məqalə redaksiyaya daxil olub 05.10.2022 The article was received by editorial board on 05.10.2022 Статья принята к печати 05.10.2022
Xülasə İnnovasiya prosesləri bazar iqtisadiyyatının inkişafının ən perspektivli forması hesab olunur. Azərbaycanda həyata keçirilən sosial transformasiyalar iqtisadiyyatın köklü yenilənməsi üçün, innovativ yollar və vasitələrin fəal axtarışını cəlb edir. Bu baxımdan, yerli alimlərin xarici mütəxəssislərlə birlikdə, innovasiya fenomeninə hərtərəfli tədqiqatlar aparmaq üçün fəal cəhdlər göstərilməsi marağını başa düşmək olar. Açar sözlər: İnnovasiya prosesləri, innovativ fəaliyyət, biznes strategiyası, novatorlıq, vençur fondları, sənaye parkları. GİRİŞ Müasir dünyada, postindustrial dövrdə rəqabət prosesinin xarakteri dəyişir. ]Ənənəvi sahələrdə xərclər və gəlirlər arasında balans tapmaq və müvəffəqiyyət qazanmaq günü gündən çətinləşir. Firmalar tərəfindən getdikcə daha aktual olan strategiya qiymətlə rəqabət aparmaq deyil, innovasiya nəticəsində bazarda müvəqqəti inhisar üstünlüyü əldə etməkdir. İnnovativ irəliləyişin əhəmiyyəti indi bütün səviyyələrdə tanınır: bunlar fəaliyyət göstərən iri müəssisələrdir ki, beynəlxalq bazarlarda transmilli şirkətlərlə rəqabət aparırlar, eləcədə bunlar daxili milli bazarda fəaliyyət göstərən və idxal olunan məhsul istehsalçıları ilə rəqabət aparmağa məcbur olan müəssisələrdir.[1]
İnnovasiya prosesləri bazar iqtisadiyyatının inkişafının ən perspektivli forması hesab olunur. Azərbaycanda həyata keçirilən sosial transformasiyalar iqtisadiyyatın köklü yenilənməsi üçün, innovativ yollar və vasitələrin fəal axtarışını cəlb edir. Bu baxımdan, yerli alimlərin xarici mütəxəssislərlə birlikdə, innovasiya fenomeninə hərtərəfli tədqiqatlar aparmaq üçün fəal cəhdlər göstərilməsi marağını başa düşmək olar. İnnovativ fəaliyyət çox vaxt yeni (yüksək) texnologiyaların istifadəsi kimi şərh olunur. Bir çox müəssisə və təşkilatlar müstəqil innovativ fəaliyyət aparmaq üçün nəzərdə tutulmuş və ya xüsusi olaraq yaradılmış törəmə şirkətlər və ya innovasiya mərkəzlərindən istifadə edirlər.
Patent və lisenziya fəaliyyəti, əqli mülkiyyətin qorunması və innovasiyaların kommersiya istifadəsi üçün zəruri olan digər komponentlər üzrə peşəkarlar və mütəxəssislər işə götürülür.
Biznes strategiyasının ən mühüm komponenti innovativ strategiya-səriştə sistemidir (unikal biliklər, təcrübələr, rutinlər, bacarıqlar), həyata keçirmək üçün məqsədlər, alətlər, resurslar, məhsul, texnoloji və təşkilati - idarəetmə, innovasiyalarının yaradılmasına yönəlmiş idarəetmə qərarları, prinsipləri və elementləri şirkətin biznes strategiyasının ümumi çərçivəsində formalaşır. Eyni zamanda, bacarıq deyəndə, məhsulların istehsalı və təşviqi üçün aktivlərin istifadəsi üzrə təkrarlanan hərəkətlər başa düşülür. Yenilikçi strategiyaları həyata keçirərkən, tədqiqatların təşkilinə və işlənilməsinə diqqət yetirmək lazımdır - bu isə müəssisələrin və iri korporasiyaların innovativ fəaliyyətlərinin geniş spektridir.
Uğurlu tədqiqatlar müəssisələrin: yeni bazara təsirli girişini, məhsulların tətbiqini, yeni texnoloji və istehsal xərclərini azaldan idarəetmə üsülunu, informasiya texnologiyalarının və bu kimi, strategiyalarının keyfiyyət və kəmiyyət aspektlərini müəyyən edir.[2]
Biznesdə innovasiyaları aşağıdakı istiqamətlərdə təsnif etmək olar:
- ideyalar və texnologiyalar,
- biznesin idarə edilməsi üsulları,
- novatorlıq və ya qabaqcıl yeniliklər.
Innovativ ideyalar texnologiyaların modernləşdirilməsinə, keyfiyyətin yüksəldilməsinə, istehsal vaxtının azaldılmasına və həcmin artmasına,
məhsulların, malların, xidmətlərin eləcədə rəqabət.qabiliyyətinin artırılması töhfə verir.
Belə ki, biznesın məqsədi mənfəət əldə etməkdir müəssisə və təşkilatların innovativ ideyalara marağı tamamilə aydındır. Biznesin idarə edilməsi metodları deyəndə müəssisədə iş axınının təşkilinə yanaşmalar başa düşülür. Bir tərəfdən, innovativ idarəetmə - birbaşa prioritet məqsədlər, vəzifələr, iş planlarının qurulması, işə qəbul menecmentidir. Digər tərəfdən isə innovativ layihələrin və ideyaların həyata keçirilməsinə nəzarəti və monitorinqidir.
Müəssisələrdə mütəxəssislərin işini əlaqələndirən, ideyaların yaradılması prosesini idarə edən və nəzarət edən şöbələr yaradılır. Onlar həmçinin biznes ideyalarının həyata keçirilməsini planlaşdırır, vaxtını və həcmini müəyyən edirlər.
Bu, çox məsuliyyətli bir işdir, çünki innovativ ideyaların yalnız 20% -i biznesdə tətbiq olunur və onlardan da yalnız 7-10% effektivdir və mənfəət gətirir. Menecera uzaqgörən və riskli olmaq, lazımlı və ən perspektiv ideyalardan seçim etmək vacibdir.İnnovasiya menecerlərinin işlərinin təşkili adətən elə qurulur ki, şirkətin bütün bölmələrini nəzarət etmək olsun [3]. Biznesdə aparıcı və ya innovativ ideyalar, hələ heç bir yerdə istifadə olunmamış və bazara çıxarılmamış, tamamilə yeni növ məhsul və ya texnologiyalar yaratmağa yönəlib. Bu həm biznesin, həm də bütövlükdə iqtisadiyyatın hərəkətverici qüvvələridir. Məhz bu cür innovasiya növü yeni fəaliyyət istiqamətinin, innovativ ideyaların maliyyələşdirilməsi üçün - vençur fondlarının yaranmasına bilavasitə səbəb olub. Onların fəaliyyəti o vaxt bitir ki, yeni məhsul və ya texnologiya bazarda çoxalır, maksimum mənfəət əldə edilir və yeni rəqiblər meydana çıxır. Bundan sonra, müəssisə öz işini müstəqil şəkildə aparır.
Aparıcı biznes innovasiyalarına misal olaraq artıq mövcud olan LED işıq lampalarını göstərmək olar, gündəlik həyata möhkəm inteqrasiya olunub, enerjiyə qənaət edir və xərcləri azaldır. Elm daim inkişaf edir və informasiya texnologiyalarının sürətli inkişafı fantastik nailiyyətlər əldə etməyə imkan verir. Nəticədə - obyektlərin, o cümlədən avtomobillərin səsin köməyi ilə idarə edilməsi, robototexnikada süni intellektin, tibbdə yeni qeyri-cərrahi, lazer, texnologiyaların istifadəsi. İnnovativ biznesə dəstək: innovasiya biznesinin inkişafının əsas hərəkətverici qüvvəsidir, həm də ən çox vəsait tələb edən elementdir. Çünki onlar ilk mərhələdən maliyyə tələb edir - ideyanın yaradılması, onun eksperimental sınaqdan keçirilməsi, sınaq partiyasının yaradılması, bazara çıxarılması, reklam dəstəyi və s.
Amma ən mühüm çətinlik ideyanın yaradılmasıdır. Heç də hər böyük müəssisənin elmi söbə yaratmağa maddi imkanı yoxdur, kiçik biznesidən heç söhbət gedə bilməz.
NƏTİCƏ Bu məsələdə aparıcı rol oynaya bilər vençur fondlarının yaradılması, lakin onlar hələ cəmiyyətimizdə kök salmayıb və əsasən innovativ layihələrin yüksək risk dərəcəsi ilə bağlıdır. Ona görə də dövlətinin müdaxiləsi olduqca vacibdir.
Dövlət qanunvericilik səviyyəsində tənzimlənir, innovasiya prosesi ilə yanaşı, həm də ixtisaslaşmış tədqiqat mərkəzləri yaradır, onların fəaliyyətini maliyyələşdirir, tədqiqat institutları, kiçik biznesin inkişafına kömək edir.
Elm adamlarını, testçiləri, dizaynerləri, menecerləri, innovativ ideyaları bir araya gətirən sənaye parkları dünyada geniş yayılmışdır. Bu, ABŞ-da "Silikon Vadisi", "Silikon Adası" Yaponiyada, IDEON - Danimarka və İsveçin birgə layihəsi, Hindistanın Banqalor şəhəri və s.