T ətbiqi Proqram Təminatı Orta ixtisas t



Yüklə 4,14 Mb.
Pdf görüntüsü
səhifə4/39
tarix16.12.2023
ölçüsü4,14 Mb.
#181850
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   39
tetbiqi-proqram-teminati

elektron 
cədvəllər
adlanır.Cədvəldə verilənlər sətir və sütunun 
kəsişməsindəki xanalarda saxlanılır.Xanalarda ədəd, simvol 
verilənləri və düsturlar saxlanıla bilər. Düsturlar digər xanaların 
məzmunundan asılı qiymətlərlə bir xanada verilir.Xanaların 
məzmununun dəyişməsi ilə ,bundan asılı olan xanadakı qiymət 
dəyişir. 
Geniş istifadə olunan elektron cədvəllər: Microsoft Excel, Lotusl -2 
-
3, Quattro və s. 
Verilənlər Bazasının Ġdarəetmə sistemləri (VBĠS).
İnformasiya təminatının maşındaxili təşkili və idarə edilməsi üçün 
xüsusi TPP – dən verilənlər bazasının idarəetmə sistemlərindən 
istifadə olunur. 
Verilənlər 
bazası
– 
diskdə 
saxlanılan, 
bir-birilə 
əlaqələndirilmiş və mərkəzləşdirilmiş idarə olunan fayllar 
məcmusudur. 
Verilənlər bazasının
 
idarə olunması dedikdə verilənlərin bazaya 
daxil edilməsi, onların təshihi (bazaya yazıların əlavə olunması, 
silinməsi, yeniləşdirilməsi) və sorğulara görə verilənlərin axtarışı 
əməliyyatları başa düşülür. Verilənlərin təşkili üsullarından asılı 
olaraq, aşağıdakı VBİS – lər mövcuddur: 
-
iyerarxik modelli VBİS 
-
şəbəkə modelli VBİS 
-
relyasiya modelli VBİS 
Relyasiya modeli daha əlverişli və səmərəli olduğundan son 
illərdə yaradılmış VBİS – lərdə məhz bu modeldən istifadə olunur. 
Bunlara aşağıdakıları misal göstərmək olar: dBase – in müxtəlif 
vari
antları, FoxBase+, Clipper, Dpase for Windows, FoxPro, 
R:base, Database, İnformix, İngers, Sybase, Progress, Paradox, 
Acces, Oracle və s. 
ĠnteqrallaĢdırılmıĢ paketlər
müxtəlif fuksiyaları yerinə 
yetirən proqram komponentlərini özündə birləşdirir. Müasir 
inteqrallaşdırılmış TPP –yə mətn redaktoru, elektron cədvəl, 
qrafiki redaktor, VBİS və kommunkasiyalı modullar daxildir. 
İnteqrallaşdırılmış paketlərə əlavə modullar kimi, faylların eksport 



– importu, kalkulyator, təqvim, proqlamlaşdırma sistemləri də daxil 
edilir. Komponentlərarası informasiya əlaqəsi müxtəlif verilənlərin 
təsviri formatlarının unifikasiyası ilə təmin olunur. Müxtəlif 
komponentlərin vahid sistemdə inteqrasiyası istifadəçiyə 
interfeysdə xeyli üstünlük verir. Bu cür paketlərə misal olaraq 
Framework, Startnave, Microsoft Office göstərmək olar. 
CASE 

Yüklə 4,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin