9
3.Problemyönlü Tətbiqi proqram paketləri
Tətbiqi proqram paketlərinin çox geniş sinfi problemyönlüdür.
Praktiki olaraq elə tədqiq sahəsi yoxdur ki, burada heç olmasa bir
TPP olmasın. Problemyönlü TPP elə proqram
məhsuluna deyilir
ki, burada konkret bir sahənin hər hansı bir məsələsinin həlli
nəzərdə tutulur.
Problemyönlü TPP sənaye, qeyri sənaye və xüsusi sahələrdə
tətbiq üçün proqram paketlərindən ibarətdir.
Sənaye sahələri üçün problemyönlü TPP. Bu tip müasir sistemlər
aşağıdakı xüsusiyyətlərə malikdirlər.
Birincisi, bu sistemlər yalnız istehsalı mükəmməl üsullarla
planlaşdırmaq deyil, həmçinin iş planın (ehtiyatların
idarə
olunması,müştəri sifarişləri və s) yerinə yetirilməsinə nəzarət,
texnaloji kartanın tərtibi, maliyyə və əmək ehtiyyatlarının idarə
olunmasına, bir sıra “qeyri- istehsal” funksiyalarını –
servis
xidməti, hazır məhsulun və marktinqin paylanmasına nəzarət
funksiyalarını da yerinə yetirirlər.
İkincisi, onlar kliyent – server arxitekturası, çoxməsələli,
çoxistifadəçi əməliyyat sistemləri və relyasiya verilənlər bazası
əsasında yaradılır, qrafiki istifadəçi
interfeysinə malik olur və
CASE-
texnalogiyasından geniş istifadə olunur.
Üçüncüsü, müasir sistemlər müxtəlif tip istehsalı nəzərə
almalıdırlar.
Qeyri
– istehsal sahələri üçün problemyönlü TPP – ləri material
istehsalı ilə bağlı olmayan firmaların (bank, birja, ticarət və s.)
fəaliyyətinin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Bu
sistemlərdə əsas tələbat, istehsal sahələri üçün TPP – də olduğu
kimi çoxsəviyyəli inteqrallaşdırılmış sistemin yaradılmasıdır.
Qeyri
– istehsal sahələri üçün TPP – yə bank, maliyyə və hüquq
sahələrinin avtomatlaşdırılması paketlərini aid etmək olar.
Ayrı-ayrı tətbiq sahələri üçün TPP mühasibat uçotu, maliyyə
menecmenti, hüquq sistemi və s. üçün nəzərdə tutulur.
Müasir mühasibat uçotunun TPP – nin əksəriyyəti Windows
əməliyyat sistemi mühitində işləyir
və lokal şəbəkələr üçün
nəzərdə tutulmuşdur. 1C və Microsoft firmalarının məhsullarından
10
təşkil olunmuş “Ofis” mühasibat uçotu TPP yalnız mühasibat
funksiyalarının avtomatlaşdırılması üçün deyil, həmçinin firmanın
bütün işinin “elektron ofis” şəklində təşkilinə də imkan verir.
Maliyyə menecmentinin TPP firmanın fəaliyyətinin analizinin
və planlaşdırılmasının maliyyəsi ilə əlaqədar olaraq yaranıb.
Hüquq sisteminin TPP böyük
həcmli qanunlarla səmərəli
işləmək üçün nəzərdə tutulub. Bütün iqtisadi cəhətdən inkişaf
etmiş ölkələrdə hüquq sisteminə dair proqram paketləri var.
Dostları ilə paylaş: