T ətbiqi Proqram Təminatı Orta ixtisas t


MS Word- də qrafik imkanlar



Yüklə 4,14 Mb.
Pdf görüntüsü
səhifə21/39
tarix16.12.2023
ölçüsü4,14 Mb.
#181850
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   39
tetbiqi-proqram-teminati

MS Word-
də qrafik imkanlar 


46 
Şəkillər və fiqurlarla işləmək üçün Вставка 
menyusundan 
şəkildəki fiqurlardan istifadə etmək 
lazımdır
Рисунки bölməsində kompyuterin yaddaşında olan 
şəkillərdən istifadə edə bilərik şəkili səhifəyə qoyan kimi yeni 
menyu
açılır. 
Burada şəkil üzərində müxtəlif lazım olan əməliyyatları apara 
bilərik. Məsələn , 
Şəkilin fonunda lazim olmayan hissələrini silir, Rəng effektlərini 
dəyişdirir, Şəkili kiçildib və böyüdür, Şəkilə müxtəlif formalı 
ramkalar əlavə edir,Şəkilə müxtəlif effektlər verir, Şəkili ön və arxa 
planda yerləşdirmək olur, Şəkili firlatmaq olur, Şəkilin ölçüsünü 
dəyişmək, Şəkili kəsmək və sair əməliyyatları aparmaq olur. 
Fiqularla 
işləmək üçün Фигуры bölməsindən istifadə olunur. 
Вставить фигуры bölməsindəki düymələrdən istifadə edərək 
istənilən fiquru çəkmək olar. 
Формат menyusunun - Стили фигуры sahəsində Контур 
фигуры düyməsini sıxmaqla açılan pəncərədəki rənglərdən 
istifadə edilir. 


47 
Naxışlı xətt stillərindən istifadə etmək üçün Узор səhifəsindən 
istifadə edilir. Xəttin rəngi Штриховка, fon rəngi isə Фон 
qutusundan seçilir. 


48 
Толщина 
-
Xətt qalınlığını; 
Другие линии - müxtəlif xətt stilləri; 
Нет контура - kənar xətləri götürmək üçün. 
Fiqurun içərisini rəngləmək üçün Стили фигуры sahəsindən 
Заливка фигуры seçilir. 
Градиент - fon üçün uyğun olan bir, iki və ya qarışıq rənglərdən 
istifadə edə bilərsiniz. 
Узор-naxış; 
Рисунок - şəkil; 
Нет заливки - fon rəngini götürmək üçün istifadə edilir. 
Mətn qutusu yaratmaq üçün Вставка menyusunun Текст 
bölməsindən Текстовое поле əmrini seçin. 
Bu zaman mausun 
oxu + formasını alır. Mausun sol düyməsini basılı saxlayaraq
düzbucaqlı çəkin və həmin çərçivənin içərisinə mətn yazın. 
Добавление надписи - mətn əlavə edir; 
Направление текста-mətnin istiqamətini dəyişir; 
Создать связь - qutular arasında əlaqə yaradır. 
Çəkdiyiniz şəkillərə və mətn qutusuna üç ölçülü görünüş və kölgə 
verm
əklə daha gözəl görünmələrini təmin edə bilərsiniz. Kölgə 


49 
ver
əcəyiniz şəkili seçdikdən sonra Формат menyusunun 
Эффекты тени sahəsindən Эффекты тени düyməsini sıxaraq 
a
çılan pəncərədən kölgə istiqamətini seçin. 
Əgər üç ölçülü görünüşün, istiqamətini perspektivini və işıq 
qaynağını daha dəqiq təyin etmək istəsəniz Формат menyusunun 
Обьем sahəsindən Обьем düyməsini sıxıb uyğun formalardan 
birini seçin. 
Hissə-hissə hazırlanmış şəkilləri qruplaşdırıb tam şəkil halına 
gətirərək onu bir obyekt kimi səhifənin müxtəlif yerlərinə 
yerləşdirə bilərsiniz. Bunun üçün ayrı-ayrı şəkil hissələrini 
seçdikdən sonra Главная menyusunun Редактирование 
sahəsinin Выделить bölməsindən Выбор объектов əmrini seçin. 
Sonra Разметка страницы menyusunun Упорядочение 
sahəsindən Группировать əmrini seçin 
Qruplaşdırılmış şəkilləri daşıya, ölçülərini dəyişdirə və hamısına 
ortaq fon rəngi və effektlər verə bilərik. Qruplaşdırdığımız şəkilin 
içərisindəki ayrı-ayrı hissələri yenidən dəyişdirmək üçün 
Разметка страницы menyusunun Упорядочение sahəsindən 
Разгруппировать əmrini seçin. 
Bir neçə şəkil üst - üstə yerləşmiş vəziyyətdə olarsa onları bir 
birinin önünə və arxasına göndərə bilərik. Bunun üçün şəkil 
seçdikdən sonra Вставка - Средства рисования - Формат 
menyusunun Упорядочение sahəsindən lazım olan formalardan 
birini seçin. 


50 
На передний план – şəkil ən üstə yerləşir; 
На задний план – şəkil ən altda yerəşir; 
Переместить вперед – şəkil bir pillə üstdə yerləşir; 
Переместить назад – şəkil bir pillə altda yerləşir; 
Поместить перед текстом – şəkil mətnin üstündə yerləşir; 
Поместить за текстом – şəkil mətnin arxasında yerləşir. 
Əgər şəkilləri ekranda sərbəst olaraq sürüşdürmək və ölçülərini 
dəyişdirmək istəyiriksə Сетка – parametrlərini dəyişdirmək 
lazımdır. Формат menyusunun Упорядочение sahəsindən 
Выровнять-Параметры сетки əmrlərini seçin. 
Ekrana
Сетка и 
направляющие
pəncərəsi açılır. 
Açılan pəncərədən Привязать к другим обьектам parametrini 
işarələyin. Bundan sonra aşağıdakı parametrlər aktivləşəcək. 
По горизонтали – üfüqi tor məsafələrini artırıb azaltmaq üçün 
istifadə olunur. 
По вертикали – şaquli tor məsafələrini artırıb azaltmaq üçün 
istifadə olunur. 
Microsoft Wоrd Аrt – dan istifadə edərək sənəddə müxtəlif forma 
və şrift effektləri yaratmaq mümkündür. Bunun üçün Вставка 
menyusunun Текст sahəsindən Wоrd Аrt əmrini seçin. 


51 
Ekrana Коллекция Wоrd Аrt pəncərəsi çıxır. 
Həmin pəncərədən mətnə verəcəyimiz formalardan birini seçib 
OK 
düyməsini sıxın. 
Hazırladığınız yazını formatını dəyişmək üçün yeni aşılmış 
Формат menyusundan istifadə edirik 

Yüklə 4,14 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin