Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix03.04.2022
ölçüsü0,84 Mb.
#54630
1   ...   8   9   10   11   12   13   14   15   ...   26
Elan 11 illik kollec 2022

Xarici dil 

-  Dinləyib-anlamaya  dair    mətn  (publisistik  və  ya  dialoq  formalı)    və  mətnə  aid  6  tapşırıq: 

qapalı tipli 3 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq; 

-  Qapalı tipli 16 tapşırıq; 

-  Oxuyub-anlamaya  dair  mətn  və  mətnə  aid  8  tapşırıq;  qapalı  tipli  4  və  yazılı  şəkildə 

cavablandırılması tələb olunan açıq tipli 4 tapşırıq. 




Azərbaycan (rus) dili 

-  Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq; 

-  Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 

20 tapşırıq): qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 5 tapşırıq. 



Riyaziyyat 

-  Qapalı tipli 13 tapşırıq; 

-  Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 5 tapşırıq;  

-  Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 7 tapşırıq. 

Qəbul  imtahanında  abituriyentlərin  toplaya  biləcəkləri  maksimal  bal  hər  fənn  üzrə  100  bal 

olmaqla,  cəmi  300  baldır.  Səhv  cavablar  düz  cavabların  nəticəsinə  təsir  etmir.  İmtahanın 

müddəti 3 saatdır. 

 

Abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus 



dili  (tədris  dilinə  uyğun  olaraq),  riyaziyyat  və  xarici  dil  fənlərindən 

qəbul  imtahanı  verirlər.  Tam  orta  təhsil  səviyyəsini  Azərbaycan 

Respublikasının  ümumi  təhsil  müəssisələrində  cari  ildə  bitirən 

abituriyentlər qəbul imtahanı  vermirlər  və  müsabiqədə bu üç fəndən 

buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər. 

 

Qəbul  (buraxılış)  imtahanlarının  nəticələri  2  il  qüvvədə  olur.  Həmin  nəticələr  əsasında 



abituriyent müvafiq illər üzrə müsabiqə şərtlərini ödədiyi halda cari və növbəti tədris ilində 

orta  ixtisas  təhsili  müəssisələrinə  tam  orta  təhsil  bazasında  keçirilən  tələbə  qəbulu  üzrə 

müsabiqədə  iştirak  edə  bilər.  Beləliklə,  2021-ci  ildə  qəbul  (buraxılış)  imtahanında  iştirak 

edən və imtahanda topladığı balı bu ilki müsabiqə şərtlərini ödəyən abituriyent öz istəyindən 

asılı  olaraq  cari  ildə  keçirilən  qəbul  imtahanında  iştirak  edə  və  ya  etməyə  bilər.  İştirak 

etmədiyi halda abituriyentin qəbul imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas 

götürülür.  İmtahanda  iştirak  etdiyi  halda  isə    müsabiqəyə  hansı  imtahanın  nəticəsi  ilə 

qatılacağını  ixtisas  seçimi  zamanı  özü  müəyyən  edir.  2021-ci  ildəki  qəbul  (buraxılış) 

imtahanının  nəticəsinə  əsasən  cari  ildə  müsabiqədə  iştirak  etmək  istəyənlər  elanın  2-ci 

bəndində  göstərilən  müddətdə  və  qaydada  elektron  ərizələrini  təsdiq  etməlidirlər 

(etdirməlidirlər). 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin