Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna


Xüsusi qabiliyyət tələb edən ixtisasların



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix03.04.2022
ölçüsü0,84 Mb.
#54630
1   ...   9   10   11   12   13   14   15   16   ...   26
Elan 11 illik kollec 2022

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak etmək üçün tələb olunan 

qabiliyyət imtahanının nəticəsi yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olduğu üçün, 

xüsusi  qabiliyyət  tələb  edən  ixtisaslara  qəbul  olunmaq  istəyən  abituriyentlər  cari  ildə 

keçirilən müvafiq qabiliyyət imtahanlarında iştirak etməlidirlər. 

 

9. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 

cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər  və müsabiqədə Azərbaycan dili və ya 

rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında əldə 

etdikləri  nəticələr  əsasında  iştirak  edirlər.  Lakin  aşağıdakı  xüsusi  hallarda  bu  abituriyentlər 

əlavə  olaraq  2  və  3  aprel  2022-ci  il  tarixlərində  əlavə  olaraq  bəzi  fənn  və  yaxud  fənlərdən 

imtahan  verirlər.  Bu  zaman  onlar  hər  əlavə  imtahan  üçün  ödəniş  edirlər.  Ödəniş  etmək  üçün 

abituriyent tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir. 

-  Tədris dili Azərbaycan və  rus dillərindən fərqli olan  ümumi təhsil müəssisələrinin 

məzunları  orta  ixtisas  təhsili  müəssisələrinə  qəbul  olmaq  üçün  ərizə  təqdim  etdikləri  halda 

ərizədə  qeyd  etdikləri  bölməyə  uyğun  olaraq  Azərbaycan  dili  və  ya  rus  dili  fənnindən  əlavə 

olaraq imtahan verirlər.  

-  Tədris  Azərbaycan  dilində  aparılan  ümumi  təhsil  müəssisələrində  təhsil  alan 



şagirdlər  orta  ixtisas  təhsili  müəssisələrinin  tədris  rus  dilində  aparılan  ixtisasları  üzrə 

müsabiqədə  iştirak  etmək  üçün  əlavə  olaraq  rus  dili  fənnindən,  tədris  rus  dilində  aparılan 




ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər isə orta ixtisas təhsili müəssisələrinin tədris 

Azərbaycan  dilində  aparılan  ixtisasları  üzrə  müsabiqədə  iştirak  etmək  üçün  əlavə  olaraq 

Azərbaycan  dili  fənnindən  imtahan  verirlər.  Bu  halda  abituriyentlər  "Abituriyentin  elektron 

ərizəsi" formasını  doldurarkən, müsabiqəsində iştirak etmək istədikləri ixtisasların tədris dilinə 

uyğun  olaraq  ərizənin  “Test  imtahanı  verəcəyi  dil  (Bölmə)”  bölməsində  Azərbaycan  və  ya  rus 

dilini seçirlər. 





Qəbul imtahanında buraxılış imtahanı çərçivəsində verdikləri xarici dil fənnindən 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin