üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil
müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.
4. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu
imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının
1.3-1.7-ci bəndlərinə
əsasən aşağıdakı kateqoriyadan olan
Azərbaycan Respublikası
vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət
büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya
quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
şəhid ailəsinin üzvləri;
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
məcburi köçkün statusu olan şəxslər;
I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud
18 yaşınadək uşaqlar.
Yuxarıda qeyd olunan kateqoriyalardan olan abituriyentlər barədə məlumat DİM
tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə
olunur.
Dostları ilə paylaş: |