Paltoluq parçalar. Paltoluq parçaları öyrənən zaman nəzərə almaq lazımdır ki. bunlara bir neçə kostyumluq parçalar da aid edilə bilər. Təmiz paitoluq parçalara müxtəlif kimyəvi liflərin tətbiqi ilə hazırlanan süni xəzlər və əsasən süni saplardan hazırlanan xovlu parçalar aid edilir. Bu qrup parçaları öyrənən zaman parçanın toxunmasına, xovdakı iplik və sapın növünə, xovların bərkidilmə üsuluna diqqət yetirilir.
Plaşlıq parçalar. Burulmuş kompleks kapron saplardan olan parçalar öyrənilir və aşağıdakılara diqqət yetirilir. Bu parçalar əsasən polotno toxunması ilə hazırlanır, yüksək sıxlığa və az kütləyə malik olur, saya boyanmış, güllü və plyonka örtüklü olur. Həmçinin qarışıq lavsan-viskoz və ya lavsan- päınbıq ipliklərindən olan parçalar öyrənilir, bu parçalar əsasən sarja toxunması ilə hazırlanır, sayaboyanmış, suyadavamlı hopdurulmuş olur.