Tapşırıq 5. PARÇALARIN KEYFİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Parçaların keyfiyyəti onların təyinatına uyğun olaraq müəyyən tələbatı yerinə yetirməsi üçün yararlığını təmin edən istehlak xassələrinin cəmi ilə xarakterizə edilir. Parçaların keyfiyyətinin qiymətləndirilməsi üçün əsasən aşağıdakı xarakteristikalardan istifadə edilir: istehlak xassələrinin müəyyən olunmuş normalara uyğunluq dərəcəsi; sort, keyfiyyət kateqoriyası. Göstərilən xarakteristikalar uyğun normativ - texniki sənədlərə əsasən təyin edilir.
PARÇALARA DAİR NORMATİV TEXNİKİ SƏNƏDLƏRİN ÖYRƏNİLMƏSİ
Keyfiyyətin qiymətləndirilməsini aparan zaman parçanın lazımi istehlak xassələrinin göstəriciləri müxtəlif lif tərkibli parçaların keyfiyyət göstəricilərinin nomenklaturasına dair standartlara əsasən təyin edilir. Parçaların və ədədi məmulatların keyfiyyət göstəricilərinin sırasına dair Dövlət Standartları öyrənilir. Parçaların və ədədi məmulatların müxtəlif keyfiyyət göstəricilərinin tətbiq olunması imkanlarına diqqət yetirilir. Müxtəlif lif tərkibli və təyinatlı parçaların keyfiyyət göstəriciləri sırasmdakı fərq aşkar edilir.
Keyfiyyət göstəriciləri ümumi texniki şərtlər, ümumi texniki tələbəlr, parametrlər və ölçülər, texniki tələblər, parametrlər və öiçülər, texniki təsvir standartları ilə normalaşdırılır. Texniki şərtlər standartında keyfiyyət göstəricilərinə olan tələbatdan başqa qəbul qaydaları, nəzarət metodları, markalan- maya, qablaşdırmaya, daşınmaya və saxlanmaya qoyulan tələblər müəyyən edilir. Parçalar və ədədi məmulatlar üçün olan texniki tələblər standartlarında adətən bir vacib keyfiyyət göstəricisi üzrə normalar göstərilir.
Parametrlər və ölçülər standartında əsas parametrlər və istehlak xassələri üzrə təsnifləşdirilmiş parça növləri verilir.
DÖST 9204-84-də təmiz yun və yarımyun parçaların və dəri məmulatların eninin normaları verilir ki, bu da texniki şərtlər standartlarında parçanın eninin normalaşdırılması üçün əsas götürülür.
Müəyyən keyfiyyət göstəricisi üzrə parametrlər və ölçülər standartı varsa, texniki şərtdə uyğun standarta istinad edilir.
Göstərilən standartları öyrənərək, onların əsas bölmələri ilə tanış olurlar.
Keyfiyyət göstəricilərinin müəyyən edilmiş sırası, norma- laşdırılan göstəricilərlə müqayisə edilir və hazırda normalaş- dırılmayan göstəricilər aşkara çıxarılır.
Texniki Sənədlər standartının «Markalanma, qablaşdırma, daşınma, saxlanma» bölməsində uyğun DÖST-na isnadlar verilir.
İlkin (daxili) qablaşdırmaya və markalanmaya, həmçinin ikinci (xarici) markalanmaya və qablaşdırmaya, daşınmaya və saxlanmaya qoyulan tələbləri müəyən edən standartlarla tanış olurlar.
Dostları ilə paylaş: |