Tapşırıq Ümumi təhsil məktəblərində kimya təliminin təşkilinin əsas formaları haqqında yaz


AZOT YARIMQRUPU ELEMENTLƏRİNİN İCMALI



Yüklə 0,73 Mb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü0,73 Mb.
#36249
növüDərs
1   2   3   4   5
Ktm

AZOT YARIMQRUPU ELEMENTLƏRİNİN İCMALI.

AZOT VƏ ONUN OKSİDLƏRİ

– Atmosfer havasının əsas hissəsini hansı maddə təşkil edir?

– Kibrit istehsalında hansı maddədən istifadə edilir?

Müəllim dərsə bu suallarla, yaxud dərslikdəki motivasiya sualları ilə (A bloku) başlaya bilər.

Mövzunu elan etdikdən sonra müəllim vurğulayır ki, azot yarımqrupuna azot (N), fosfor (P), arsen (As), stibium (Sb) və bismut (Bi) elementləri daxildir, onların atomlarının xarici elektron təbəqəsində 5 elektron (ns2 np3 ) var, azot yarımqrupu elementləri də pelementləridir.

Sonra şagirdlər qruplara bölünür və onlara dərsliyin fəaliyyət hissəsində (C bloku) verilmiş sxemə əsasən suallara cavab hazırlamaq tapşırılır. Araşdırmadan sonra şagirdlərin cavabları dinlənilir və dəqiqləşdirilir.

Azot atomunda d orbitalın olmaması səbəbindən onun 2s və 2p valent elektronlarının d yarımsəviyyəsinə keçməsi mümkün deyil. Odur ki azot +5 oksidləşmə dərəcəsi göstərsə də, V valentlik göstərə bilmir. P2O5 molekulunda (eləcə də yarımqrupun digər elementlərinin R2O5 tipli birləşmələrində) rabitələrin yaranmasında fosforun 5 tək elektronu iştirak etdiyindən onun oksidləşmə dərəcəsi +5, valentliyi V olur. Bu yarımqrup elementlərinin atomlarında xarici elektron təbəqəsinin tamamlanması üçün 3 elektron çatmadığından onlar 3 elektron alaraq minimum (–3) oksidləşmə dərəcəsi də göstərə bilir.

Sonra müəllim azot yarımqrupu elementlərinin R2O3 və R2O5 formulunamalik oksidlər əmələ gətirdiyini bildirir. O, şagirdlərin qeyri-metalların oksigenli birləşmələrinin xassələri haqqında əvvəlki dərslərdə öyrəndikləri məlumatları yada salmaq üçün frontal sorğudan istifadə edə bilər: – Sizcə, azot yarımqrupu elementlərinin oksidlərinə uyğun gələn hidratlarının turşuluq xassələri qruplar üzrə yuxarıdan aşağıya doğru necə dəyişər? – Sizcə, bu dəyişmənin səbəbi nədir? Şagirdlərin cavabları dəqiqləşdirilir: – Azot yarımqrupu elementləri R2O3 və R2O5 tərkibli oksidlərinə uyğun gələn müvafiq HRO2 və HRO3 formullu turşular əmələ gətirir. Azot istisna olmaqla digər elementlər H3RO4 tərkibli orto-turşular da əmələ gətirir. Hər üç növ turşuların turşuluq xassələri R elementin nisbi atom kütləsi və oksidləşmə dərəcəsi artdıqca azalır. V qrupun əsas yarımqrup elementlərinin əmələ gətirdikləri bəsit maddələrin (N2, P4, As, Sb və Bi) oksidləşdiricilik və qeyri-metallıq xassələri sıra nömrələri artdıqca azalır, reduksiyaedicilik xassəsi isə artır. Ona görə də Sb və Bi digərlərindən fərqli olaraq metaldır.

Tədqiqat sualı: Sənayedə azot və onun birləşmələrinin geniş tətbiq olunması nə ilə əlaqədardır?

Müəllim şagird qruplarına dərslikdəki mətni araşdıraraq öyrənməyi sonra isə altbaşlıqları təqdim etməyi tapşırır: I qrupa – azotun təbiətdə yayılması və tətbiqini; II qrupa – azotun alınması, fiziki xassələri və molekulunun quruluşunu; III qrupaazotun kimyəvi xassələrini; IV qrupa – azot oksidlərini. Sonra şagirdlərin təqdimatları dinlənilir, müzakirə yolu ilə dəqiqləşdirilir (D bloku). Müəllim mövzunun daha yaxşı mənimsənilməsi üçün E blokuna müraciət etməklə azotun təbiətdə yayılması haqqında fikirləri dəqiqləşdirir. Müəllim mövzunun sonunda öyrəndiklərinizi tətbiq edin və yoxlayın hissəsində (H bloku) verilmiş tapşırıqlardan məqsədəuyğun hesab etdiklərini sinifdə, digərlərini isə evdə yerinə yetirməyi tapşıra bilər.Müəllim ən sonda qiymətləndirmə meyarlarının cədvəlini qurur bizdə onu quraq və göstərək




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin