Taramadan dərləmə sözlər



Yüklə 5,11 Mb.
səhifə3/42
tarix14.01.2017
ölçüsü5,11 Mb.
#5472
1   2   3   4   5   6   7   8   9   ...   42

bağıcı

1) < büyücü, bağlayan, boğucu, bükücü, əngəlləyən.2) < baxıcı, baxan, çəkləyən.




bağır

göğüş

yay bağrı, kamanın göğüşü






bağırbasmaq

əlin göğsünə qoyub sayqılamaq

baş endirib bağır basdı






bağırdaq

beşik bağı. bağ ip şırığ ki beşikdə cocukları onla səridlərlər.




bağırdaq

ürərk bağıtarama, beşigə bağlanan bağ ta beşik yırqalananda uşaq beşikdən düşməsin.




bağış

bağışıq, maaf




bağış

parsa, dəri, bəxşiş




bağışlamaq.

yarlıqamaq




bağışlanmaq

yarıqılanmaq

yarlıqanlar, bağışlananlar.






bağışmaq

bərkişib birləşmək, pəkişmək, barışmaq, uzlaşıb anlaşmaq,




bağlamaq

durdurmaq, saxlamaq,

yarışda onu bağladı.






bağlanmaq

ara vermək, uzaq qoymaq

iki ölkə ortası bağlanmaq.






bağrak

bir neçə oyma oluşan oba, kiçik yığıncağa.




bağraq

oba, oymaq




bağsaruq

bağırsaq.




bağyas

1) yeni evlənənlərin tanışlara verdiyi qonaqlıq 2) bağış, şaydana.




baha

dəyər, ödək

qan bahası: qan ödəyi






baxı

dərman




baxıcı

mahafiz, yasakçı, mə'mur




baxlanca

bəkləncə. barınga, barınağ. oturula gözlənilən gizlənilən yer




bala

balağ, malağ.




balçaq

< balıq. qılıc sapı




baldır

sağa, bitgi gövdəsi. qol




balqı

parlaq, süslü. gözəl, ışıqlı.




balqımaq

parlamaq, ışıq saçmaq




balqıran

yaldan, yalayan. ıldıran, ışıqlandıran, ışıq verən.

gözlərindən ışıq balkırır.






balqırmaq

parlamaq, saçmaq

günəş nuru onun üzüznə balkırdı.

yarağın gör bilirlər bunu hamu, ki olur yaz uçmaq, qışın tamu





balqurmaq

alçalmaq, qıyılmaq




bam

dik

bam bam təpələr: dik dik təpələr.






ban

ulu, böyük, iləri gələn, bəy

ban oğlu ban.






ban ev

ulu böyük ev çadır.




bandırmaq

batırmaq, bulaşdırmaq.

yağa bandır.






banğlamaq

uca səslə səsləmək bağırmaq. banq vermək.




banq bamağı

şəhadət barmağı




bargah

dərgah, devlət eşiyi




barınağ

oturula gözlənilən gizlənilən yer




barınaq

yataq. yatakçı.




barınmaq

barşıb keçinmək, ötüşmək, dolanmaq.




barınmaq

oturmaq, istirahat etmək




barışdırmaq

uyşdurmaq.




barışmaq

xoş keçirmək. uyuşmaq.




barışmaq

uyuşmaq, onuşmaq




barışmaq

il edmək




bark

ev ilə bark ilə şəhrə yanaşdı




barq

barıncaq yer




barmağ

peşvaz

- barmağına çıxmaq.




basdırıq

bir şeyin durumun sağatmaq dayağlamaq üçün işlənən şey

qapı basdırığı: qapı dəğəsi: dayağı






basınc

zulum, istibdad.




basıncaq

yüksəlmək üçün ayağ altına alınan şey. yüksəlmək aləti.




basınmaq

xor görmək

bu işlərin hamısı bizi basınmaqlarını gösdərir.






basırılmaq

basdırılmaq, qapatılmaq, saxlanılmaq.




basqaqlıq

başlıq, valilik.




basqı

çevirgi, paltar ətəklərinin çevrilməsi




basqı

paltar ətəklərinin çevrilməsi




basmaq

təhqir edmək.




baş çənbəri

baş örtüsü




baş datmaq

qalxmaq, üsyan




baş gəlmək

dikinə gedmək, dik gəlmək, muxalifət edmək. qafa tutmaq. tərsə durmaq.




baş ip

çözıəlilik, dəzgaha gərilən dirəzilik ip, əriş




baş qoşmaq

baş başa vermək, oydaşlıq, fikir birligi yapmaq.




baş otaq başı

yasakcı başı, çarkacı, subaşı, baş çavuş, baş çukadar.




baş örtüsü

sərpitmə, çəmbər




başaçıq

qorxusuz.

çox qorxusuz adamdı.






başbuğ

baş, başqan, komutan.




başdaş

dək, bərabər, müsavat




başdaşlıq

dəklik, dənglik, bərabərlik, müsavat




başı

başına, hər

gün başına: hər gün






başı qara

kefli, özün itirmiş.




başı soyuq

(< başına souq keçmək). səfehləmək.




başıq

1) qarantı ) yarada baş verən qabıq.




başıqmaq

yaralanmaq.




başıqmaq

yaranın baş tutmaq.




başın

başda, ilkin, öncə, ən başda.

başına danışmaq söyləmək: öz özünə danışmaq.






başına

yalnız, öz özünə, tək başına, təkinə

başına danışır söyləmək: öz özünə danışmaq.

başına namaz qılmaq: təkinə namaz qılmaq(peşnamazla yox).





başına

- başına danışmaq: öz özünə, başına söyləmək: öz özünə danışmaq.




başına

- başına qoymaq yalnız bıraqmaq.




başqa

azad, ortaqsız, müstəqil.




başqa

başlı başına, kəndi başına, ayrı.




başqa

- başqa çıxarmaq: yana qoymaq, ayırmaq, yetgəmək.




başqa

- başqa çıxmaq: baş çıxarmaq, göz ad çıxarmaq.




başqalıq

azadlıq, ortaqsızlıq, istiqlal.




başlamaq

başçılıq edmək, yönətmək, aparmaq. bəylik edmək

çəri başlamaq.

plkəni, evi, işi başlamaq





başlanqıc

ağızlıq




başlıanmaq

başaqlanmaq.




başlıca

əhmiyətli




başlıq

padaş< başad.




bataqlıq

batılıq.




batı

duluncaq




batılıq

bataqlıq.




batın

çeviklik, itilik, çabıqlıq, yeyinlik

batın atın mindi.

batın geddi batın gəldi.





batmaq

qərq olmaq, gömülmək, basılmaq.




batuq

batmış, alçaq, müflis.




batur

yarar, yararlı, yetkili




batur

yararlı, yarar, yetkili, yetikli

ölkəni qoruyan alp baturlar gərək.






bay

quş avlamaq üçün işlənən başqa quş




bayağ

qabax zaman, əvvəlki zaman.

bayağ keçdi indini tut.

bayağdan dediyimdi.





bayağı

əvvəlki, əsgi, əsgisi.

halım bayağıdan xoşdur.

bayağa görə durum yaxcıdı.

bayağı çuval, bayağı duval, əsgi hamam, köhnə tas. bayağı baş, bayağı börk.

bayağıda olan kimi durur genədə.

anılar məni bayağı dərdə salır.






bayağı

qabaxki

bayağı halım: qabaxki durum.






bayağılayın

əsgisi kimi

bayağılayın çörəyin yeyib uzandı.






bayat

tanrının ''qədim'' əsgi olduğunu gösdərən ''köhnə'' anlamında.




bayıq

açıq, düz, sərt, aşgar, gerçək, sübhəsiz, qəti, mütməin

bayıq bilin ki

bayıq deyib bayıq eşid.

bayıq kişi.






bayıq

ayıb, qapalı, qapamağa yarar




bayılmaq

düşünmək, üşünmək, üzülmək

bi işi mənbacarram sən bayılma.






bayımax

bəymək, bəylənmək, devlətlənmək.




bayımaq

zənginləşmək

qoyun ucundan bayıdı.

bayırsa bayırmasada iyi olur bizə.

bir var bəy olub bayıyır, biri bayına görə bəylıq qazanır.






bayımaq

zəginləşmək. bəy qılmaq.




bayın

< bəy: böyük, bol, dik) bayan




bayın

uvannd, abad

qaraca oğlan dər ki birə ərənlər, mən gediyom bayın olsun örənlər.






bayıtmaq

zəginləşdirmək.




bayıtmaq

bəyliyə mala dövlətə çatdırmaq.




bayqınlıq

uğunuk, huşdan gedmək.




baymaq

inanmaq

biz baydıq, siz bizə baymısız.






bazar başı

çarşı ağası, müfəttiş.




bazar(a)

- bazar(a tutmaq: bazara çıxarmaq.




bazı

güc, zor

bazlı adam






bazlamaç

külüçə.




bazu

qaraca, qolun dirsəkdən çiginə qədər ki bölümü.




becid

çabıq, çalıq, tez. sıx sıx, davamlı olaraq

becid becid gedmək.

becid daşa basdılar.





becid

yaman, çox

becid həvəsli.

becid istəkli.





becid

gərək, lazım

becidisə deyin.

becid işləri qabağa salın.





becidmək

becidləmək, becid sıx tutmaq, becid olmaq, bərk tutmaq, sürəkli çalışmaq, aldırmaq , vurqulamaq, üstünə düşmək, tə'kid edmək. sırtılmaq.

nədən böylə becidirsən, vermir vermirda.

becid tuddular istədilər.





becidmək

hazırlamaq




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin